Buraxılmış qiymətlər üçün təsviri (deskriptiv) statistik analiz
Bir dəyişənli statistika. Bir dəyişənli statistika hər bir dəyişən üçün buraxılmamış dəyərlərin (qiymətlərin) sayını, buraxılmış dəyərlərin sayını və faizini, orta kəmiyyəti, standart kənarlaşmanı, ən böyük (maksimum) və ən kiçik (minimum) dəyərlərin sayını əks etdirir.
Dəyişkənlərin göstəriciləri uyğunsuzluq, t testi və frekans cədvəllərini tətbiq etməkdə istifadə olunur.
Uyğunsuzluq faizi. Hər bir dəyişkənlər cütlüyü bir dəyişkənin buraxılmış dəyərinin, həmçinin digər dəyişkənin buraxılmamış dəyərinin faizini göstərir.
İndikator dəyişkənləri ilə formalaşdırılmış qruplarla t testi. İki qrupun orta dəyərləri hər bir kəmiyyət dəyişəni üçün Student’s t statistikası vasitəsilə müqayisə edilir.
Kateqorial və indikator dəyişənləri üçün çarpaz cədvəllər. Cədvəl hər bir kateqoriya üzrə digər dəyişkənlərin buraxılmamış dəyərlərinin frekansını və faizini əks etdirir.
Hadisələrin n %-dən daha azının buraxılmış dəyər olaraq qəbul edilməsi, bu hadisələrin çox kiçik bir hissəsinin ehmal edildiyini bildirir.