Aktivlərin istifadəsi və investisiya strategiyası. Kapitalın gəlirliliyi, investisiyaların rentabelliyi və əlavə dəyərin yaradılması kimi məqsədlərə nail olunması maliyyə strategiyasının müvəffəqiyyətinin ümumi göstəriciləri (bilavasitə gəlirliliyin artması, xərclərin ixtisar olunması və aktivlərdən istifadənin genişlənməsi) hesab olunur.
Dövriyyə aktivləri, xüsusilə də debitor və kreditor borcları, həmçinin mal – material ehtiyatları istehsal, ticarət (topdan və pərakəndə) və bölüşdürücü (distributiv) şirkətlərin kapitalının mühüm hissəsidir. Dövriyyə aktivlərinin idarə olunmasının səmərəlilik göstəricilərindən biri pul tsiklidir. Pul tsikli dedikdə, mal – material ehtiyatlarının satın alınmasına sərf olunan pul vəsaitlərinin ödənməsi üçün şirkətə lazım gələn müdət başa düşülür. Bəzi müəsisələr mənfi pul tskli ilə işləyirlər. Onlar malsatanlara olan borclarını, müştərilərlə hesablaşmalardan sonra ödəyirlər. Pul tsiklinin ixtisar olunması dövriyyə aktivlərinin səmərəliliyini yüksəltmək üçün çox yaxşı məqsəd ola bilər.
Aktivlərdən istifadənin digər göstəricisi investisiya qoyuluşlarının gəlirliliyinin yüksəldilməsinə və investisiyaların qaytarılması proseslərinin sürətləndirilməsinə əsaslanan rasional investisiylaşdırma hesab olunur. Şirkətlərin resurlsarı biznes – proseslərin bütün zəncirlərinin yerinə yetirilməsinə (layihələşdirmə, istehsal, satış) yönəldilmişdir. Fiziki və intellektual aktivlərə investisiyaların miqyası və diversifikasiyası hesabına qənaət əldə etməyə cəhd göstərən şirkət bir neçə bölmə tərəfindən birgə istifadə edilən sistemli resurslardan istifadə faizini yüksəltməyi qarşısına məqsəd kimi qoymalıdır.
Dostları ilə paylaş: |