1. Ənənəvi və strateji idarəetmə uçotu



Yüklə 300,5 Kb.
səhifə17/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
id3

İnnovasiya prosesi ən mühüm daxili proseslərdən biridir. Şirkətlərin əksəriyyəti üçün səmərəli və vaxtında həyata keçirilən innovasiya əla təşkil olunan gündəlik əməliyyat proseslərindən çox vacibdir.

İnnovasiya prosesi bazarın ölçüsünün, istehlakçıların tiplərinin müəyyənləşdirilməsi, həmçinin yeni mallara və xidmətlərə əvvəlcədən qiymət qoyulmasıdır. Bununla yanaşı, yeni mallar və xidmətlər üçün perspektiv təhlil aparılması və yeni bazarların tapılması vacibdir. Şirkət, sadəcə olaraq müştərinin tələblərini ödəməklə kifayətlənməməli, həmçinin onu, xoşuna gələn mallarla təəccübləndirməlidir.

Bazarlar və istehlakçılar haqda informasiya, layihələrin hazırlanması və inkişafı üçün əsas sayılır. ETİ üzrə xüsusi qrup aşağıdakıları həyata keçirir:


  • istehlak dəyəri yaradan yeni məhsulların (xidmətlərin) elmi tədqiqini;

  • malların, xidmətlərin növbəti nəslinin istehsalı üçün mövcud olan texnoloci proseslərin tətbiqi imkanlarının tədqiqini;

  • yeni malları (xidmətləri) bazara yeritmək üçün onların məqsədli şəkildə inkişafına nail olmağı.

Bu fəaliyyətə mənsub olan qeyri – müəyyənliklərə və qeyri – dəqiqliklərə baxmayaraq həmin prosesin göstəricilərini yarada bilən ümumi modellər də mövcuddur. Hər bir mərhələ “çıxış” (sınaqdan keçənlərin ümumi sayı ilə müqayisədə növbəti seriyalar üçün sınaqdan müvəffəqiyyətlə keçən və seçilən məhsulların sayı), müvəqqəti tsikl (eksperiment mərhələsinin müddəti) və xərclər (bu və ya digər mərhələdə sərf edilən vəsait) kimi parametrlərlə xarakterizə oluna bilər. Bu halda “çıxışın artması” müvəqqəti tsiklin ixtisarı və hər bir mərhələdə xərclərin azalması məqsədlər kimi nəzərdə tutulur.

Daha bir göstərici – zərərsizlik dövrü yeni məhsulun hazırlanması prosesinin başlanğıcından onun bazara çıxarılmasınadək olan dövrü əhatə edir. Zərərsizlik dövrü fəaliyyətin son nəticələrini deyil, konkret mərhələnin taktikasını (artıq mövcud olan istehsal xətlərinin işlənilməsi prosesini) qiymətləndirir.

Əməliyyat prosesi özlüyündə dəyər zəncirinin yaradılmasında ən qısa müddəti təcəssüm etdirir. Bu proses mallara müştəridən alınan sifarişlə başlayır və onun çatdırılması ilə tamamlanır. Bu prosesin əsasını mövcud malların səmərəli, fasiləsiz və vaxtında çatdırılması təşkil edir. Əməliyyat prosesinin göstəricilərinə vaxt, keyfiyyət və xərclər aiddir.


Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin