1. Ənənəvi və strateji idarəetmə uçotu



Yüklə 300,5 Kb.
səhifə18/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   ...   15   16   17   18   19   20   21   22   23
id3

Vaxt göstəriciləri:

  • sorğuya cavab reaksiyasının vaxtı;

  • vaxtında çatdırmaq;

  • sifarişlərin dəqiq vaxtında yerinə yetirilməsi.

Keyfiyyət göstəriciləri:

  • müəyyən miqdar məmulata düşən qüsurların (defektlərin) sayı;

  • çıxış (keyfiyyətli hazır məhsulların miqdarının onların hazırlandığı keyfiyyətli materialların miqdarına nisbəti);

  • tullantılar;

  • qeyri – likvidlər;

  • zay məhsulun yenidən emalı;

  • qaytarılma.

Xərclərin göstəricisi özündə maya dəyəri göstəricisini və fəaliyyət növləri üzrə xərclərin təhlilini birləşdirir.

Satışdan sonrakı xidmətə zəmanətli və təmir xidməti, malın geri qaytarılması, həmçinin kredit kartları üzrə ödənişlər aiddir. Həmin istehlakçı təklifində əsas ünsürlər kimi cavab reaksiyasının sürəti, heyətin xeyirxahlığı və xidmətin etibarlılığı çıxış edir. Satışdan sonrakı xidmətə münasibətdə müştərinin gözlədiyini tam həcmdə doğrultmaq üçün əməliyyat prosesindəki göstəricilərdən (müvəqqəti tsikl, keyfiyyət və xərclər) istifadə oluna bilər. Sifarişin daxil olmasından qüsurun tamamilə aradan qaldırılmasınadək müvəqqəti tsikl meydana çıxan problemə reaksiyanın sürətini qiymətləndirir. Xərc göstəricisi – satışdan sonra xidmət göstərmək üçün istifadə olunan resursların dəyərini – səmərəliliyini əks etdirir. Nəhayət, ilk tələb üzrə sifarişin yerinə yetirilən təkrar çağırışlara nisbətən faizi xidmətin keyfiyyətinə əyani sübutdur.

Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin