3.5. Təhsil və inkişaf tərkibi BGS – nin dördüncü tərkibi şirkətin heyətinin təhsili və inkişafs ilə əlaqədar müəyyən edilən məqsədlər və göstəricilərdir. Strateji məqsədlərə çatmaq üçün müvafiq infrastruktura yaradılmalıdır. Əgər şirkət yüksək dərəcədə uzunmüddətli maliyyə məqsədlərinə çatmaq istəyirsə, onda özünün infrastrukturunun (insanlarda, sistemlərdə, proseslərdə) inkişafına vəsait qoymalıdır.
Təhsil və inkişaf tərkibinin üç istiqaməti mövcuddur:
işçinin imkanları;
informasiya sisteminin imkanları;
motivasiya, səlahiyyətin verilməsi, şəxsi məqsədlərin korporativ məqsədlərə uyğunluğu