İnformasiya sisteminin imkanları. Müəssisədə bütün prosesləri daim yaxşılaşdırmaq üçün qüsursuz informasiya sitemləri çox mühümdür. Bəzi şirkətlər strateji informasiyaya malik olma əmsalı hazırlamışlar. O, gözlənilən ehtiyaclara münasibətdə informasiyanın xüsusi çəkisinə qiymət verir. Açıq informasiyalar bütün hallarda interaktiv recimdə müştərilər tərəfindən istifadə olunmaq imkanını özündə saxlayır.
Motivasiya, səlahiyyət və şəxsi məqsədlərin şirkətlərin strategiyası ilə əlaqəsi. Hətta bütün zəruri informasiyalara çıxışı olan ixtisaslı mütəxəssislərin motivasiyası olmazsa onlara qərar qəbul etmək sərbəstliyi verilməzsə, həmin işçilər şirkətin fəaliyyətinin müvəffəqiyyəti üçün hər hansı bir ciddi iş görə bilməzlər.