1. Ənənəvi və strateji idarəetmə uçotu


Balanslaşdırılan göstəricilər sistemi: yaranması əsasları və təyinatı



Yüklə 300,5 Kb.
səhifə4/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   2   3   4   5   6   7   8   9   ...   23
id3

2. Balanslaşdırılan göstəricilər sistemi: yaranması əsasları və təyinatı
Əksər müəssisələr üçün 10 il bundan əvvəl çox böyük rəqabət üstünlüyü təşkil edən faktorlar artıq bu gün müvəffəqiyyət qazanmaq üçün kifayət etmir. Gələcəkdə standart malların (xidmətlərin) və proseslərin innovasiyası və təkmilləşdiriməsi yeni informasiya texnologiyalarının və biznes strukturlarının köməyilə hazırlıq keçən işçilər tərəfindən həyata keçirilir.

Müasir şəraitdə muhasibat hesabatının ənənəvi maliyyə modellərinin köməyilə qeyri – maddi aktivləri, başqa sözlə, bazara yeni məhsulların yeridilməsini, potensial imkanları, təcrübələri, işçilərin maddi marağını, müştərilərin loyallığını, məlumat sistemlərini və bazalarını və s. qiymətləndirmək mümkün deyildir. Halbuki, həm bu gün, həm də gələcəkdə həmin aktivlər və potensial imkanlar sərt rəqabət şəraitində istənilən müəssisənin müvəffəqiyyət qazanmasında bilavasitə həlledici rol oynayır. Maliyyə modeli gələcəkdə dəyər yaradacaq sferalara qoyuluşların nəticəsini deyil, keçmiş hadisələri qiymətləndirir.

Belə bir ziddiyət balanslaşdırılmış göstəricilər sisteminin yaranmasının səbəbi kimi xarakterizə oluna bilər . Bu göstəricilər artıq baş vermiş hadisələri xarakterizə edən maliyyə parametrləri sistemini tamamlayır. BGS – nin məqsədi hər br konkret müəssisənin mövcud vəziyyətindən və strategiyasından asılı olaraq formalaşır və onun fəaliyyəti dörd tərkib üzrə əks etdririlir: maliyyə, müştəri, daxili – biznes proseslər və heyətin inkişafı (şəkil 4).

Bütün tərkib hissələr müəssisənin strategiyasının real vəzifələrə və onların həlli meyarlarına dəqiq surətdə çevrilməsinin nəticəsidir.

Balanslaşdırılan sistem təkcə müəssisənin fəaliyyətinə qiymət verilməsinə yeni yanaşma deyildir. BGS – nin əsl mahiyyəti onun qiymətləndirmə sistemindən idarəetmə sisteminə transformasiyası baş verdikdə təzahür edir.



Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin