1. Ənənəvi və strateji idarəetmə uçotu


Maliyyə tərkibinin strateji istiqamətləri



Yüklə 300,5 Kb.
səhifə7/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   2   3   4   5   6   7   8   9   10   ...   23
id3

Maliyyə tərkibinin strateji istiqamətləri. Həyat tsiklinin üç mərhələsinin (artım, sabit vəziyyət, məhsul “yığımı”) hər biri üçün biznes strategiyasının reallaşmasına aparan üç maliyyə-strateji istiqaməti ( məqsədi) biri – birindən fərqləndirmək lazımdır:

  • Gəlirlərin artımı və fəaliyyət strukturunun genişləndirilməsi;

  • Xərclərin ixtisar olunması və məhsuldarlığın artması;

  • Aktivlərdən istifadə olunması və investisiya strategiyası.

Gəlirlərin artımı və fəaliyyət strukturunun genişlənməsinə məhsullara (xidmətlərə) təkliflərin sayının artması, yeni bazarların və müştərilərin tapılması, yüksək əlavə dəyər gətirən malların və xidmətlərin artırılması, qiymətlərin müvafiq surətdə yeniləşdirilməsi əsasında nail olunur. Xərclərin ixtisarına və məhsuldarlığın artmasına müstəqim və dolayı xərclərin aşağı salınması və resurslardan digər biznes - vahidlərlə birgə istifadəsi yolu ilə nail olunur. Üçüncü istiqamət biznesin həcminin saxlanılması və istiqamətinin genişləndirilməsi, habelə yeni fəaliyyət sferalarının inkişafı üçün əvvəllər fəaliyyətdə olmayan resursların fəallaşdırılması və bazar dəyərini doğrultmayan aktivlərin ləğvi kimi özünü göstərir. Bütün sadalanan tədbirlər maliyyə və maddi aktivlərdən daha səmərəli istifadə hesabına alınan gəlirlərin artmasına şərait yaradır.


Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin