1. Ənənəvi və strateji idarəetmə uçotu


Gəlirin artması və strukturun genişləndirilməsi



Yüklə 300,5 Kb.
səhifə8/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
id3

3.2. Gəlirin artması və strukturun genişləndirilməsi
Strateji inkişafın həm birinci, həm də ikinci mərhələləri üçün gəlirlərin artımının nisbi ümumi göstəricisi kimi, satışın həcminin artması və bazarın məqsədli seqmentində onun xüsusi çəkisinin yüksəlməsi başa düşülür.

Artım mərhələsi üçün adətən mövcud məhsulların istehsalı və satışının gələcəkdə genişləndirilməsi və onun irəliləməsi, yaxud mütləq yeni mallara (xidmətlərə) tələbatın artması xarakterikdir. Həmin məqsədə çatmağın ümumi göstəricisi kimi müəyyən dövr ərzində yeni malların (xidmətlərin) tətbiqindən alınan gəlirlərin faizi götürülür. Məqsədə iki yolla nail olunur: ya mövcud məhsulların tədricən sıxışdırılması hesbına, ya da mövcud malların satışının sadəcə olaraq dayandırılması hesabına. Nəticədə yeni məhsulun satışının həcmi artır.

Tamamilə yeni məhsulun hazırlanması çoxlu material və digır xərclərə tələbatı artıra bilər. Sabit şəraitdə mövcud məhsulun artımı müəssisənin gəlirlərinin artımı üçün daha səmərəlidir. Həmin məhsulun satış faizi BGS – nin müvafiq göstəricisi ola bilər.

Mövcud məhsulların (xidmətlərin) yeni müştərilərə və bazar seqmentinə təklifi gəlirlərin artımının ən səmərəli yollarından biridir. Bu zaman yeni müştərilərdən, bazar seqmentlərindən və regionlardan alınan gəlirlərin faiz göstəricisindən istifadə olunur. Müəssisənin bazarda xüsusi çəkisinin artması bir çox hallarda onun fəaliyyətinin göstəricisi kimi qəbul edilir. Bu göstərici eyni zamanda müəssisənin bazardakı payının artması səbəblərinin qiymətləndirilməsinə, rəqabət qabiliyyətinin təkmilləşdiriıməsinə imkan verir. Bazardakı payın itirilməsi müəssisənin strategiyasında problemlərin mövcudluğu, yaxud məhsullarının və xidmətlərinin qeyri – cazibədarlığı barədə xəbər verir.




Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin