1. Ənənəvi və strateji idarəetmə uçotu


Xərclərin ixtisarı və məhsuldarlığın yüksəldilməsi



Yüklə 300,5 Kb.
səhifə10/23
tarix15.01.2022
ölçüsü300,5 Kb.
#113798
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
id3

Xərclərin ixtisarı və məhsuldarlığın yüksəldilməsi. Gəlirliliyin yüksəldilməsi və fəaliyyət strukturunun genişləndirilməsi ilə yanaşı xərclərin ixtisarı və məhsuldarlığın yüksəldilməsi vəzifəsi də qarşıya qoyula bilər.

Proseslərin avtomatlaşdırılması və standartlaşdırılması hesabına xərclərin ixtisarına cəhd göstərilməsi yeni malların və xidmətlərin yeni bazarlara yeridilməsi üçün zəruri sayılan yığcamlığı məhdudlaşdıra bilər. Buna görə də artım mərhələsində, məhsuldarlığın yüksəldilməsi vəzifəsinə, malların (xidmətlərin) dəyərini artımaq məqsədilə bir nəfər işçiyə düşən gəlirin yüksəldilməsi prizmasından yanaşmaq lazımdır.

Sabit vəziyyət mərhələsində xərclərin aşağı salınması daha yüksək mənfəət götürülməsinə və investisiyaların rentabelliyinin yüksəldilməsinə kömək göstərir. Əməliyyat xərclərinə qənaət olunması maya dəyərinin aşağı salınmasının ən sadə yoludur. Həmcins məhsullar istehsal edən müəssisələr üçün xərclərin xüsusi çəkisini (məhsul vahidi istehsalına düşən xərcləri) aşağı salmaq vəzifəsini həll etmək kifayətdir.

Bəzi şirkətlərin müştərilərlə qarşılıqlı əlaqələrinin çoxsaylı kanalları vardır. Malsatanlar və müştərilərlə ənənəvi qarşılıqlı əlaqənin yüksək xərcli kanallardan nisbətən ucuz elektron kanallarına keçirilməsi xərclərin nisbətən endirilməsinin səmərəli üsuludur. Burada səmərəlilik göstəricisi - məlumatların mübadiləsinin elektron sisteminin köməyilə baş tutan sövdələşmə faizi hesab olunur. Malsatanlarla qarşılıqlı əlaqədə baha kanallardan nisbətən ucuz kanallara keçilməsində başlıca məqsəd – məhsuldarlığı yüksəltməkdən və xərcləri aşağı salmaqdan ibarətdir.

Fəaliyyətin müvəffəqiyyət göstəricisi kimı xərclərin ümumi xərclərə, yaxud gəlirlərə fazilə nisbəti əsas götürülür. Bu, BGS – də istehlakçının tələbi, keyfiyyət, şirkətlərin nailiyyəti kimi göstəricilərlə balanslaşdırılmalıdır. Ancaq, xərclərin ümumilikdə aşağı salınması daxili biznes – proseslərə və mühüm müştərilərin cəlb edilməsinə mənfi təsir göstərməməlidir. Dolayı və köməkçi resurslardan istifadə etməklə alınan nəticələri qiymətləndirməyə cəhd göstərmək ideal variant hesab olunur. Çəkilən xərcləri sadəcə olaraq aşağı salmaq deyil, xərclərin səmərəliliyini yüksəltmək vacibdir: müştəri bazasını genişləndirmək; satışın həcmini və aparılan sövdələşmələrin miqdarını artırmaq; yeni məhsulları intensiv surətdə hazırlamaq və inkişaf etdirmək; texnoloci proseslıəri yaxşılaşdırmaq və həmçinin həmin resursların cəlb olunmasının səmərəliliyini qiymətləndirmək. Bu göstəricilərin köməyilə müəssisə və şirkətlər təhlil aparmalı, dolyaı və köməkçi resurslardan istifadə etməklə fəaliyyətə, kəmiyyətə və keyfiyyətə qiymət verməyə çalışmalıdırlar.


Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin