1.Erkən
Tunc dövründə
A)insanlar ulu icma halında yaşayırdılar
B)metal əsrinin başlanğıcı qoyulmuşdur
C)əhali oturaq həyata keçməyə başladı
D)bir neçə qəbiləni birləşdirən tayfalar yaranmışdır
E)qəbilə icması yaranmışdır
2.Neolit dövründə insanlar mənimsəmişlər
A)saxsı qab istehsalını
B)ilkin əkinçilik vərdişlərini
C)heyvanları əhliləşdirməyi
D)ox və kamanın kəşfi
A)heyvanları daha uzaq məsafədən ovlamağı
3.Azərbaycanda siklopik tikililər inşa olunmuşdur
A)erkən tuncda B)mezolitdə
D)neolitdə D)Paleolitdə
E)Son Tunc-İlk dəmirdə
4.Üst Paleolit dövrünə aiddir
A)insanların ulu icmada yaşaması
B)müdafiə tikililəri
C)təfəkkür və nitq
D)süni suvarma
E)ilk dəfə oddan istifadə
5.Tunc dövrünə aiddir
A)anaxaqanlığının əsas yer tutması
B)saxsı qabların hazırlanmağa başlanması
C)metal alətlərdən istifadəyə başlanması
D)kirəmitdən istifadə
E)xış əkinçiliyinin
meydana gəlməsi
6.Uyğunluq pozulmuşdur
A)Eneolit-əhliləşdirmənin başa çatması
B)Orta Tunc-sənətkarlıq müstəqil sahəyə çevrilmişdir
C)Üst Paleolit-ağıllı insanın yaranması
D)Mezolit-ibtidai heyandarlığın yarnması
E)Alt Paleolit -Neandertal adam
7.Mezolit dövrü üçün səciyyəvi deyil
A)İstehsal təsərrüfatına keçidin əsası
B)Heyvanların əhliləşdirməyə başlanması
C)Ox və kamanın kəşfi
D)Tayfa ittifaqlarının yaranması
E)İlk əkinçilik vərdişlərinin yaranması
8.Alt və Orta Paleolit dövrlərinin ümumi cəhəti
A)ictimai əmək bölgüsünün
baş verməsi
B)ilk əkinçilik vərdişlərinin yaranması
C)neandertal insanın mövcud olması
D)ağıllı insanın formalaşması
E)əmək alətlərinin daşdan hazırlanması
9.Daş dövrü üçün səciyyəvi deyil
A)əkinçiliyin maldarlıqdan ayrılması
B)axirət dünyasına inamın yaranması
C)istehsal təsərrüfatının meydana gəlməsi
D)qəbilə icmasının yaranması
E)ilk sənət sahələrinin meydana gəlməsi
10.Ulu icmadan fərqli olaraq nəsli icmanın mövcudluğu dövründə
1.daşdan əmək alətləri hazırlanırdı
2.əkinçilik və maldarlıq yaranmışdır
3.kollektiv yaşayış forması mövcud idi
4.toxuculuq meydana gəlmişdir
A)3,4 B)1,3 C)1,2 D)2,4 E)2,3
11.Daha sonra olmuşdur
A)ağıllı insanın yaranması
B)ibtidai dini təsəvvürlərin yaranması
C)sənətkarlığın meydana gəlməsi
D)danışıq ünsiyyət vasitəsinin yaranması
E)ibtidai maldarlığın əsasının qoyulması
12.Saxsı qab istehsalı və toxuculğa aid oxşar cəhət
A)sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində yaranması
B)mənimsəmə təsərrüfatına aid olmaları
C)Neolit dövründə meydana gəlmələri
D)Tunc dövründə meydana gəlmələri
E)insanların ilk məşğuliyyəti olmaları
13.Göstərilənlər aiddir
1.ilk əkinçilik vərdişlərinin yaranması
2.ibtidai maldarlığın əsasının qoyulması
A)orta paleolit B)neolit C)mezolit
D)eneolit E)üst paleolit
14.Uyğunluq pozulmuşdur
A)orta tunc- sənətkarlığın müstəqil sahəyə çevrilməsi
B)alt paleolit-mustye mədəniyyəti
C)üst paleolit-ağıllı insanın yaranması
D)mezolit-ibtidai maldarlıq
E)eneolit-atın əhliləşdirilməsi
15.Daha sonra baş vermişdir
A)istehsal təsərrüfatına keçidin əsasının qoyulması
B)sənətkarlığın müstəqil sahəyə çevrilməsi
C)insanların toxuculuqla məşğul olmağa başlaması
D)nəsli icmanın yaranması
E)insanların dağətəyi və dağlıq zonalarda məskunlaşması
16.Daha əvvəl baş vermişdir
A)mikrolit alətlərdən istifadə edilməyə başlanması
B)atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi
C)insanların toxuculuqla məşğul olması
D)birinci ictimai əmək bölgüsü
E)ilkin şəhər mərkəzlərinin yaranması
17.Ataxaqanlığının mövcudluğu dövründən fərqli olaraq anaxaqanlığı dövründə
A)əhali sənətkarlıqla məşğul olurdu
B)metalişləmə sənəti mövcud olub
C)insanlar kollektiv halda yaşayırdı
D)əkinçilik və maldarlıq meydana gəlmişdi
E)insanlar saxsı qablar hazırlayırdı
18.e.ə XII-VIII minillikləri əhatə edən dövrdən fərqli olaraq,e.ə VII minillikdə
A)anaxaqanlıq mövcud idi
B)daş alətlər təsərrüfatda üstün idi
C)sümükdən əmək alətləri hazılranırdı
D)əhali toxuculuqla məşğul olurdu
E)axirət dünyasına inam mövcud idi
19.Xronoloji ardıcıllığı müəyyən edin
1.Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması
2.əhalinin oturaq həyata keçməsi
3.köçmə maldarlığın meydana gəlməsi
A)3,1,2 B)1,2,3 C)1,3,2
D)2,1,3 E)2,3,1
20.Uyğunluğu müəyyən edin
1.Erkən Tunc:
a.qəbilənin meydana gəlməsi
b.ataxaqanlığının yaranması
c.xış əkinçiliyinin mövcud olması
2.Orta Tunc
a.bağçılığın yaranması
b.tayfa ittifaqlarının yaranması
c.siklopik tikililərin mövcud olması
A)1-a,b; 2-a B)1-a,c; 2-a,b,c
C)1-b,c; 2-a,b D)1-b,c; 2-b,c
E)1-a; 2-a,b
21.Uyğunluğu müəyyən edin
1.Paleolit
a.ulu icmanın yaranması
b.tayfanın yaranması
c.əmək alətlərinin daşdan hazırlanması
2.Eneolit
a.mis alətlərin hazırlanması
b.anaxaqanlığın mövcud olması
c.toxuculuğun yaranması
A)1-a,c 2-a,b B)1-a,b 2-a,c
C)1-a,b 2-a D)1-c 2-a,b,c
E)1-b 2-a,c
22.Azərbaycanın e.ə IV minilliyin ikinci yarısından III minilliyin sonuna qədər davam edən dövr üçün səciyyəvi idi
A)yaşayış binalarının çiy kərpic və möhrədən dairəvi planda inşa olunmağa başlaması
B)misdən əmək alətlərinin hazırlanmağa başlaması
C)ibtidai insanların ilk yaşayış məskənlərinin yaranması
D)ikinci ictimai əmək bölgüsünün baş verməsi
E)köçmə maldarlığın meydana gəlməsi
23.Neandertal adama aiddir
A)toxuculuqla məşğul olması
B)Orta paleolit dövründə yaşaması
C)ilk dəfə heyvanları əhliləşdirməsi
D)oturaq həyat sürməsi
E)daşları cilalamağı və deşməyi öyrənməsi
24.Mezolit dövrü üçün səciyyəvi deyil
A)istehsal təsərrüfatın keçidin əsasının qoyulması
B)Heyvanların əhliləşdirilməyə başlaması
C)Ox və kamanın kəşfi
D)Tayfa ittifaqlarının yaranması
E)İlk əkinçilik vərdişlərinin yaranması
25.Qədim Azərbaycan tafalarının Assuriya ilə ticarət əlaqələri saxladığını sübut edir
A)Ziviyədən tapılan heroqlif yazılar
B)Xocalıdan tapılan muncuq
C)Kerifto abidəsi
D)II Kültəpə ibadətgahı
E)Şəkinin Böyük Dəhnə kəndindəki daş kitabə
26.Yeni daş dövrünə aid xüsusiyyətləri müəyyən edin
1.Daş alətlərin deşilməsi və cilalanması
2.Heyvanların əhliləşdirilməsinin başlanması
3.Metal emalının başlanması
4.Xış əkinçiliyinin meydana gəlməsi
5.İlk sənətkarlıq sahələrinin meydana gəlməsi
6.Əhalinin oturaq həyatə keçməsi
27.Mezolit dövrünü Üst Paleolit dövründən fərqləndirirdi
1.Ulu icmadan qəbilə quruluşuna keçidin başa çatması
2.İbtidai maldarlığn əsasının qoyulması
3.Anaxaqanlığın meydana gəlməsi
4.Ox və kamanın ixtirası
28.Orta tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin
1.təsərrüfatda kişilərin rolunun artmağa başlaması
2.Kurqanların meydana gəlməsi
3.Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması
4.İlkin şəhər mərkəzlərinin yaranması
5.İbadətgahların tikilməyə başlanması
29.Ulu icmanın mövcud olduğu dövr üçün xarakterik olmayanları müəyyən edin
1.Daşdan ilk əmək alətlərinin meydana gəlməsi
2.Neandertal insan tipinin meydana gəlməsi
3.Qan qohumluğuna əsaslanan insan birliyinin yaranması
4.Mənimsəmə təsərrüfatının yaranması
5.İnsanların əkinçilik və maldarıqla məşğul olması
30.Xronoloji ardıcıllığı müəyyən edin
1.Siklopik tikililərin yaranması
2.İlk dəfə oddan istifadə
3.İstehsal təsərrüfatının inkişafı
4.Ox və kamanın kəşfi
31.Xronoloji ardıcıllıq
1.İlk dəfə atın əhliləşdirilməsi
2.İlk əkinçilik vərdişlərinin yaranması
3.Qəbilə icmasının yaranması
4.Neandertal adamın yaranması
32.Xronoloji ardıcıllığı müəyyən edin
1.Əkinçilik vərdişlərinin yaranması
2.Əhalinin oturaq həyata keçməsi
3.Ata sitayiş ayinin meydana gəlməsi
4.Təsərrüfatda kişilərin rolunun artması
33.Xronoloji ardıcıllıq
1.İstehsal təsərrüfatının formalaşmasının başa çatması
2.Böyük tayfa ittifaqlarının meydana gəlməsi
3.Ataxaqanlığının anaxaqanlığını əvəz etməsi
4.Heyvanların əhliləşdirilməyə başlanması
34.Xronoloji ardıcıllığı müəyyən edin
1.Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması
2.İbadətgahların meydana gəlməsi
3.Ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə
4.Saxsı qabların istehsalına başlanması
35.Xronoloji ardıcıllıq
1.Atın əhliləşdirilməsi
2.Axirət dünyasına inamın yaranması
3.Üçbucaq,dördbucaq və trapesiya tipli tikililərin meydana gəlməsi
4.İlkin şəhər mərkəzlərinin yaranması
36.Uyğunluq
1.Erkən Tunc 2.Orta Tunc 3.Son Tunc
a.sənətkar-tacirlər qrupunun meydana gəlməsi
b.ilkin şəhər mərkəzlərinin yaranması
c.Əhalinin oturaq həyata keçməsi
d.Ataxaqanlığın meydana gəlməsi
e.İstehsal təsərrüfatına keçidin əsasının qoyulması
37.Uyğunluq
1.Paleolit
2.Neolit
3.Eneolit
a.qəbilə icmasının meydana gəlməsi
b.istehsal təsərrüfatının tam formalaşması
c.əkinçiliyin maldarlıqdan ayrılması
d.ilk metalın əldə edilməsi
e.itin əhliləşdirilməsi
38.Manna dövlətinin e.ə VIII əsr tarixinə aiddir
A)Romanın hücumuna məruz qalması
B)Midiyanın tərkibinə qatılması
C)ölkədə canişinlik sisteminin yaradılması
D)dövlətinin əsasının qoyulması
E)Kimmer ,iskit və sakların ölkə ərazisində məskunlaşması
39.e.ə VI əsrin əvvəllərində Manna tarixi üçün xarakterikdir
A)Assuriyanın təzyiqi ilə xırda vilayətlərə parçalanması
B)I Rusanın hücumu
C)II Sarqonun yürüşləri
D)Canişinlik sisteminin yaradılması
E)Dövlət müstəqilliyinə son qoyulması
40.Atropatenanın e.ə I əsrin I yarısı tarixinə aiddir
A)ölkəni yerli hökmdarların idarə etməsi
B)alan tayfalarının hərbi yürüşünə məruz qalması
C)İskit padşahlığı ilə ittifaqa girməsi
D)ərazisində kimmer,iskit və sak tayfalarının məskunlaşması
E)Assuriya ilə ittifaqın möhkəmləndirilməsi
41.Atropatena dövlətinin e.ə I əsrin II yarısı tarixi üçün səciyyəvidir
A)Assuriya ilə ittifaqın pozulması
B)Maqneziya döyüşü
C)Fraaspa şəhəri yaxınlığında Romanın məğlub edilməsi
D)Midiyanın hərbi yürüşlərinə məruz qalması
E)Paytaxtın Qəbələyə köçürülməsi
42.Eramızın I əsrinə aiddir
A)III Antioxun Atropatenaya yürüşü
B)Pompeyin Azərbaycana yürüşü
C)Alanların Azərbaycana yürüşləri
D)İsgəndərin adından ilk gümüş pulların kəsilməsi
E)Alban hökmdarlarının Roma imperatoru Adrian ilə dostluq münasibətləri
43.e.ə III minilliyə aid deyil
A)Su ölkəsinin müstəqil olması
B)Lullubi dövlət qurumunun yaranması
C)Kutilər tərəfindən Akkadın varlığına son qoyulması
D)Mesopatomiyada kutilərin hakimiyyətlərinə son qoyulması
E)Turukki,lullubi və kutilərin Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmaları
44.Manna dövlətinin e.ə VII əsr tarixinə aiddir
A)kimmer,iskit və sak tayfalarının ölkə ərazisində məskunlaşması
B)Mazamuanın III Tiqlatpalasar tərəfindən tutulması
C)Ullusunun Assurun siyasi ağalığından çıxması
D)II Sarqonun böyük yürüşünə məruz qalması
E)Müstəqilliyinə son qoyulması
45.e.ə I əsrdə Atropatena və Albaniya tarixinə aid oxşarlıq
A)Kür sahilində Roma qoşunlarını məğıub etmələri
B)Romanın hərbi yürüşlərinə məruz qalmaları
C)Kanidinin yürüşü nəticəsində Romadan siyasi ağalığın qəbul edilməsi
D)Midiya ilə rəqabət apara bilməyib tənəzzül etmələri
E)İskit padşahlığı ilə dostluq münasibətləri saxlamaları
46.Qobustan kitabəsi məlumat verir
A)Romalıların Albaniyada olması haqqında
B)Albaniya əhalisinin məşğuliyyəti haqqında
C)Yunanların Albaniyaya yürüşü haqqında
D)Makedoniyalı İskəndərin Şərqə yürüşü haqqında
E)Albaniyanın romalılar tərəfindən işğalı haqqında
47.Roma sərkərdəsi Pompeyi Xəzər sahillərinə yürüşü dayandırmağa məcbur etdi
A)Alban hökmdarı Oroysun sülh imzalamağa məcbur olması
B)işğallardan imperiya sərhədləriniin müdafiəsinə keçmək ehtiyacı
C)Sezarın respublikaya qarşı qiyamı
D)albanların güclü müqaviməti
E)Romanın qotlar tərəfindən tutulması
48.Xronoloji ardıcıllığı müəyyən edin
1.Kutilərin Akkad dövlətini süquta uğratması
2.Manna dövlətinin yaranması
3.İskit padşahlığının yaranması
A)2,3,1 B)2,1,3 C)3,1,2
D)3,1,2 E)3,2,1
49.Uyğunluq pozulmuşdur
A)Qədim Albaniyada mövcud olmuşdur- bütpərəstlik
B)Manna dövlətinin əsası qoyulmuşdur-e.ə IX əsrdə
C)Albaniyada hakimiyyət yerli hökmdarların əllərində idi-I əsrdə
D)Mingəçevirdəki katakomba qəbirləri aiddir-I-III əsrlərə
E)Albaniya dövləti M.İskəndərin yürüşünə məruz qalmışdı-e.ə IV əsrdə
50.Qədim Albaniyanın II əsr tarixinə aiddir
A)Antoninin başçılıq etdiyi Roma qoşununun Alban qoşunlarını məğlubiyyətə uğratması
B)Kür sahilində Pompeyin ordusuna məğlub olması
C)Kanidinin başçılıq etdiyi Roma ordusuna məğlub olması
D)Roma imperatoru Adrian ilə dostluq münasibətlərinin saxlanması
E)Roma imperatoru Domisian ilə yerli hökmdarların dostluq münasibətləri saxlaması
51.Uyğunluq gözlənilmişdir
A)II Sarqon e.ə 190-cı ildə Böyük yürüş
təşkil etdmişdir-Mannaya
B)Zamua vilayəti-Albaniyanın əsasını təşkil edirdi
C)Strabonun verdiyi məlumata görə-Atropatena Roma ilə döyüşə 40 min piyada çıxarıb
D)e.ə VIII əsrin əvvəllərindən başlayaraq Krımda yaşamağa başlayıblar-Midiyalılar
E)Manna hökmdarı rütbəsini daşıyırdı-Tuqdamme
52.Xronoloji ardıcllığı müəyyən edin
1.Mannanın Midiya tərəfindən işğal edilməsi
2.II Vaçenin başçılğı altında albanların Sasanilərə qarşı mübarizə aparması
3.Atropatena dövlətinin yaranması
4.Atropatena və Albaniyanın sasanilər tərəfindən işğal edilməsi
A)2,3,4,1 B)3,2,4,1 C)3,1,2,4
D)1,3,4,2 E)4,2,1,3
53.Uyğunluq pozulmuşdur
A)Atropatena vəAlbaniya dövlətlərinin meydana gəlməsi-Azərbaycanda vahid xalq yaranmağa başladı
B)Atropatena və Albaniyada yaşayıb-kadusi tayfası
C)Ticarətdə yerli hökmdarların adlarına kəsilmiş pullardan istifadə olunub-Atropatenada
D)Albaniya eramızın I əsrində-alanların yürüşünə məruz qalıb
E)Atropatena - indiki Cənubi Azərbaycan ərazisində yaranmışdır
54.Daha əvvəl olmuşdur
A)Maqneziya döyüşü
B)Pompeyin Albaniyaya hərbi yürüşlərinin başlaması
C)Antoninin Azərbaycana hərbi yürüşü
D)Azərbaycan ərazisində İskit padşahlığının yaranması
E)Kanidinin Albaniyaya yürüşü
55.Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət
1.Əhəmənilərin hücumuna məruz qalmaları
2.İskit dövləti tərəfindən süquta uğramaları
3.Adlarının ilk dəfə Assur mənbələrində çəkilməsi
4.Assuriyanın hücumuna məruz qalmaları
56.Xronoloji ardıcıllığı müəyyən edin
1.Roma sərkərdəsi Kanidinin Albaniyaya yürüşü
2.Qavqamela döyüşü
3.Maqneziya döyüşü
4.II Sarqonun Mannaya böyük yürüşü
57.Xronoloji ardıcıllığı müəyyən edin
1.Antoninin Şərqə yürüşü
2.Pompeyin Albaniyaya yürüşü
3.Qavqamela döyüşü
4.Xeroneya döyüşü
58.Uyğunluğu müəyyən edin
1.Manna
2.Atropatena
3.Albaniya
a.Kanidinin yürüşü nəticəsində Romadan asılı vəziyyətə düşmüşdür
b.Urartunun hərbi təcavüzünə məruz qalmışdır
c.paytaxtı Qazaka idi
d.əsası İranzu tərəfindən qoyulmuşdur
e.Roma sərkərdəsi Pompeylə sülh imzalamışdır
59.Manna hökmdarları
1.İranzu
2Ullusunu
3.Ahşeri
a.üsyan
nəticəsində öldürülmüşdür
b.e.ə VIII əsrin 30-cu illərində dövləti idarə etmişdir
c.Böyük yürüş zamanı II Sarqonun ordusunu ərzaqla təmin edib
d.e.ə VII əsrin 50-ci illərində hakimiyyətə gəlmişdir
e.müəyyən müddət Urartu dövləti ilə müttəfiq olmuşdur
60.Uyğunluğu müəyyən edin
1.e.ə I əsrin birinci yarısı
2.e.ə I əsrin ikinci yarısı
3. II əsrin birinci yarısı
a.Kür çayı sahilindəki döyüşdə romalıların qalib gəlməsi
b.Atropatenanın yenidən müstəqil olması
c.Antoninin şərq yürüşü
d.Adrianın alban hökmdarları ilə dostluq əlaqələri saxlaması
e.Maqneziya döyüşünün baş verməsi
61.Azərbaycanda Sasanilər dövründə azadlar adlanırdı
A)vergi yığan məmurlar
B)dini idarələrə məxsus torpaqlar
C)şəhər əhalisi
D)iri feodallar
E)xırda və orta feodallar
62.Azərbaycanın erkən orta əsrlər tarixinə aiddir
A)Atropatena dövlətinin meydana gəlməsi
B)Albaniya dövlətinin meydana gəlməsi
C)feodal torpaq sahibliyinin formalaşması
D)Əhəməni dövlətinin tərkibinə daxil edilməsi
E)Parfiya dövlətinin tərkibinə daxil olması
63.Sasani dövlətinin mövcudluğu dövrünə uyğun gəlir
A)İslam mədəniyyətinin formalaşması
B)iqta torpaq sahibliyinin formalaşması
C)Həştadsər vuruşması
D)Məzdəkilər hərəkatının yayılması
E)Maqneziya döyüşü
64.Sasanilər dövründə mövcud olan əsas vergi növləri
A)malcəhət,gezit
B)xaraq,gezit
C)xərac,malcəhət
D)malcəhət,çobanbəyi
E)çobanbəyi ,cizyə
65.Sasanilər dövründə feodala məxsus irsi torpaqlar adlanırdı
A)iqta
B)vəqf
C)xostak
D)dastakert
E)divan
66.Daha əvvəl olmuşdur
A)Dzirav döyüşü
B)Məzdəkilər hərəkatının başlanması
C)Həşdadsər döyüşü
D)Bələncər döyüşü
E)Amid döyüşü
67.Mehranilər sülaləsinin hakimiyyəti dövründə vaş vermişdir
A)Müsafirin başçılığı altında üsyanın baş verməsi
B)Xürrəmilər hərəkatının başlanması
C)Məzdəkilər hərəkatının yatırılması
D)Nəhavənd döyüşü
E)I Həşdadsər döyüşü
68.III əsrin I yarısında Atropatena Albaniyadan fərqli olaraq
A)Sasanilər dövlətinin tərkibinə daxil oldu
B)Roma imperiyası ilə sıx münasibətlər saxlayırdı
C)Romanın Selevkilər üzərində qələbəsi nəticəsində yenidən müstəqil olması
D)Əhəmənilər imperiyasının tərkibinə daxil olması
E)Xristianlığı qəbul etməsi
69.Uyğunluq gözlənilmişdir
A)529-cu ildə-Məzdəkilər hərəkatı başlamışdır
B)262-ci il-Sasani dövləti yaranmışdır
C)Cavanşirin hakimiyyəti dövründə-Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilmişdir
D)II Vaçenin dövründə-Albaniya ərəblərdən asılı vəziyyətə düşmüşdür
E)598-ci il-Aquen məclisi keçirilmişdir
70.I Qubadın məzdəkiləri himayə etməkdə məqsədi
A)mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara qalib gəlmək
B)zərdüştlüyü sıxışdırmaq
C)xristianlığın gözdən salınması
D)xəzərlərə qarşı mübarizədə istifadə etmək
E)şimal tayfalarının hücumlarına qarşı mübarizə aparmaq
71.Amid və Dzirav döyüşlərində Urnayrın sasanilər tərəfindən vuruşmaqda məqsədi
A)Sasanilərin köməyi ilə xəzərləri məğlub etmək
B)Roma imperiyasının torpaqlarını bölüşdürmək
C)Albaniyanın sasanilərin ərazisi olduğunu təsdiq etmək
D)Albaniya torpaqlarının bütövülyünü qoruyub saxlamaq
E)Bizansa qarşı kömək üçün
72.Sasanilərin köçürmə siyasətinin məqsədlərinə aiddir
1.Özlərinə etnik dayaq yaratmaq
2.Sasani dövlətində yaranmış əhali sıxlığını aradan qaldırmaq
3.Torpaqsız İran kəndlilərini münbit torpaq sahələri ilə təmin etmək
4.Zərdüşt məbədlərini din xadimləri ilə təmin etmək
A)2,4 B)1,2 C)3,4 D)1,3 E)2,3
73.Aquen məclisinə aiddir
1.Xristian dininə aid qanunlar qəbul edildi
2.III Vaçaqan Albaniyada hakimiyyətə tam sahib oldu
3.Vergilərin miqdarı müəyyənləşdi
4.Bütpərəstlərin toxunulmazlığına
aid qərər qəbul edildi
A)1,4 B)1,2 C)2,3 D)2,4 E)1,3
74.Sasani dövlətinin Bizansla 629-cu ildə bağladığı müqaviləyə görə
A)Kür sahilində məskunlaşan alan və sərirlər Bizansın hakimiyyətinə keçdi
B)Marlar ölkəsi Bizansa qaytarıldı
C)Albaniya Sasanilərin hakimiyyəti altında qaldı
D)Türk xaqanlığına qarşı hərbi ittifaq yarandı
E)Albaniyanın Kolt və Uti vilayətləri Bizansa verildi
75.Göstərilənlər aiddir
1.Haylandur hunlarına qarşı mübarizə aparması
2.Albaniyada xristianlığı fəal təbliğ etməsi
A)II Vaçeyə
B)III Mömin Vaçaqana
C)I Şapura
D)I Yezdəgerdə
E)I Vaçeyə
76.Xronoloji ardıcıllığı müəyyən edin
1.Alanların Albaniyaya yürüşlərinin başlanması
2.Mehranilərin hakimiyyətinə son qoyulması
3.Atropatenanın Sasanilərin tərkibinə daxil edilməsi
4.Girdiman dövlətinin yaranması
A)3,2,1,4
B)2,3,1,4
C)1,3,4,2
D)1,2,3,4
D)4,1,3,2
77.Daha əvvəl olmuşdur
A)Cavanşirin Albaniyanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparması
B)Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi
C)Albaniyanın Sasanilərdən ilk dəfə asılılığa düşməsi
D)Ktesifon döyüşündə Sasanilərin məğlub olması
E)Mehranilərin hakimiyyətdən getməsi
78.Uyğunluq gözlənilmişdir
A)387-ci ildə sülh müqaviləsi imzalandı-Sasanilərlə Bizans arasında
B)VI əsrdə yarandı-Girdiman dövləti
C)II Vaçe Firuzun vəfatından sonra imtina etdi-Xristianlıqdan
D)Xəzərlər Kür sahilində məğlub edildi-Cavanşirin dövründə
E)644-cü ildə sülh imzlalandı-ərəblərlə sasani II Yezdəgerd arasında
79.Göstərilənlər hansı döyüşün nəticəsidir
1.Alban hökmdarının müttəfiqi olduğu sasani orduları məğlub oldu
2.Albaniya Uti,Sakaşen,Kolt və Girdimanı itirdi
A)Kadisiyyə
B)Amid
C)Bələncər
D)Dzirav
E)Həşdadsər
80.Daha əvvəl olmuşdur
A)Atropatenanın Sasani dövlətinin tərkibinə qatılması
B)I Şapurun itaət altın alınmış ölkələrdə zərdüştlüyün zorla yayılması haqqında əmr verməsi
C)Albaniyanın ilk dəfə sasanilər tərəfindən tabe edilməsi
D)Urnayrın Albaniyanın müstəqilliyini qoruması
E)Aquen kilsə məclisinin çağırılması
81.Uyğunluq pozulmuşdur
A)Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdur-I Vaçe
B)Dzirav döyüşündə Bizans qüvvələrinə məğlub oldu-Sasani şahı II Şapur
C)Haylandur hunları ilə mübarizə aparmışdır-Alban hökmdarı II Vaçe
D)Albaniyanın bütün vilayətlərini birləşdirib vahid güclü dövlət yaratdı-I
Cəsur Vaçaqan
E)Sasani mərzbanları xristianlığa qarşı mübarizəni gücləndirdi-Şah II Yezdəgerdin dövründə
82.VII əsrə aid olanları müəyyən edin
1.Sasani dövlətinin müstəqilliyinə son qoyulması
2.Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi
3.Həmədan döyüşünün baş verməsi
4.Xürrəmilərin xilafətə qarşı ilk üsyanı
5.Kadisiyyə döyüşü
83.Sasani şahı I Xosrovun vergi islahatının nəticəsi
1.Vergi məhsulun həcminə görə deyil,torpaq sahəsinə görə yığılmağa başladı
2.Can vergisi ləğv edildi
3.Kənd əhalisinin vəziyyəti ağırlaşdı
4.Məhsul vergisinin miqdarı azaldı
84.Xronoloji ardıcıllığı müəyyən edin
1.Aquen kilsə məclisinin keçirilməsi
2.Erməni dövlətinə son qoyulması
3.Ktesifon döyüşü
4.Vəc-Ruz döyüşü
85.Xronoloji ardıcıllığı müəyyən edin
1.Urnayrın Albaniyanı idarə etməyə başlaması
2.Amid döyüşü
3.Atropatenanın Sasanilər tərəfindən tutulması
4.Dzirav döyüşü