Genetik faktorlar və onların insan sağlamlığına təsiri
Ətraf mühitin rolu nə qədər çox olsa da, insanın sağlamlığı üçün irsiyyətin insan sağlamlığında əhəmiyyəti təyinedicidir. Başqa risk faktorlarından insan qaçına bilər, irsiyyət isə onun taleyi, qədir-qiymətidir. Genotip insanın morfofunksional quruluşunu, bu və ya digər əsəb və psixi proseslərin üstünlüyünü, bu və ya başqa xəstəliklərə meyilli olmasını və s.-ni determinasiya edir. İnsanın irsiyyətində həm də «həyatilik» olub, özündə fərdlərin nəsilvermə və uzunömürlülük qabiliyyətini əks etdirir. Məhz bu xassəyə görə necə deyərlər «uzunömürlülük paradoksu» aydınlaşdırılır, belə ki, hətta üzvlərində və toxumalarında bir çox patomorfoloji pozuntuların olmasına baxmayaraq, bəzi adamlar uzun ömür sürür və yüksək iş qabiliyyətinə malik olur. İnsanın quruluşu ən çox onun üstünlük təşkil etdiyi tələbatı, yaşayış tərzi, qabiliyyəti, arzusu, alkoqol və digər zərərli vərdişlərə meyilliyi və s. ilə determinasiya olunmuşdur. Valideyn (ata-ana, baba) tərəfindən uşağa irsi keçən genotip bir çox nəsilləri həyatı boyu formalaşdırır. Onlara çoxlu saylı mühit faktorları (fiziki, kimyəvi, bioloji, sosial və b.) təsir göstərir. Təsir obyektinə görə onları üç qrupa bölmək olar: 1. Bir sıra sonrakı nəsillərə təsir. Bu halda ətraf mühitin vəziyyəti, coğrafi faktorlar, milli, dini, etnik və ailə adətləri, ənənələr və s. böyük əhəmyyət daşıyır. 2. Gələcək nəsillərin (valideynlərin) xromosomlarına təsir. Gələcək nəsillərin həyat tərzi başlıca əhəmyyət daşıyır, belə ki, məhz həyat tərzi cinsi toxumaların xromosomlarına və rüşeymə (embriona) yaxşı və mənfi təsir bağışlayır. 3. Daxili bətn inkişaf dövründə rüşeymin (embrion) xromosomlarına təsir. Gen aparatı xüsusən erkən embrion inkişafı mərhələsində tez təsirə məruz qalır, bu vaxt genetik proqram orqanizmin əsas fəaliyyət sisteminin təməli qoyulma şəklində həyata keçirilir. Neqativ faktorların sayının və intensivliyi təsirinin artması irsi xəstəliklərin çoxalmasına səbəb olur. İrsi pozuntular çox vaxt gələcək valideynlərin, hamilə qadının həyat tərzindən asılı olur. Qadın hamiləlik dövründə çox vaxt bir sıra neqativ təsirlərə məruz qalır, bu isə dölün normal inkişafını pozur. Bura aşağıdakılar aiddir: hərəkət aktivliyinin kifayət qədər olmaması, həddindən artıq yemək, sosial, peşəkarlıq və məişət xarakterli psixi yüklənmə, zərərli vərdişlər və s. Genetik faktorlardan asılı olan bütün xəstəlikləri, şərti olaraq üç qrupa bölmək olar.
Dostları ilə paylaş: |