1. Erqonomikanın inkişafında ekoloji təhlükəsizlik Ekoloji erqonomikanın inkişafında ekoloji təhlükəsizliyin rolu


Mühazirə 5 Ətraf mühitin mühafizəsi



Yüklə 4,21 Mb.
səhifə31/47
tarix10.01.2022
ölçüsü4,21 Mb.
#110490
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   47
Mühazirə 5

Ətraf mühitin mühafizəsi

Plan

1. Ətraf mühitin mühafizəsi ilə əlaqədar əsas anlayışlar

2. Ekoloji amillər

Ətraf mühitin mühafizəsi ilə əlaqədar əsas anlayışlar

Ekoloji problemlərin qlobal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin qorunması istiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hüquqi, tərbiyəvi) həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin mühafizəsi üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmışdır. BMT bu məsələyə daim diqqət yetirir.1962-ci ildə BMT-nin XVII Baş Məclisində ―ekoloji inkişaf və təbiətin mühafizəsi‖ adlı xüsusi qətnamə qəbul olundu. Bu qətnamədə qeyd edilir ki təbiətin mühafizəsi BMT–yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə eyni zamanda aparılmalıdır. Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanması, bərpası və münbitliyinin artırılması, meşələrin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının diqqət mərkəzindədir.

Ümumdünya səhiyyə təşkilatı sağlamlığın ətraf mühitin vəziyyətindən asılılığı ideyasını öyrənir. Məlum olduğu kimi ―ətraf təbii mühit‖ təbii və antropogen amillərin məcmusunu təşkil edir. Təbii amillər ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərini insana təsirini səciyyələndirir. V.P.Protosova görə (2000) məişət-mənzil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma xidmət sferi strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və ondan istifadə etmək vasitəsilə insana təsir göstərir. İnsan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda təbiətin əlverişsiz şəraiti ilə təbii fəlakət amillərinə qarşı mübarizə aparmaqla qarşılaşmışlar. Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrlərı ilə bioloji növlərin təkamülü baxımından nisbətən mühafizəkardır. Ətraf mühitin ekoloji tarazlığın mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından, ətraf mühit və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi ―Ətraf Mühitin Mühafizəsi‖ haqqında qanunla həyata keçirilir (4 avqust 1999)

Ətraf mühitin mühafizəsi ilə əlaqədar aşağıdakı əsas anlayışlardan istifadə edilir:




Yüklə 4,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin