1. Erqonomikanın inkişafında ekoloji təhlükəsizlik Ekoloji erqonomikanın inkişafında ekoloji təhlükəsizliyin rolu



Yüklə 4,21 Mb.
səhifə37/47
tarix10.01.2022
ölçüsü4,21 Mb.
#110490
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
Birinci, torpaqlardan intensiv istifadə olunması bir tərəfdən torpaq əmələgəlmə prosesini pozur, onların kimyəvi maddələrlə başqa tullantılarla çirklənməsinə, digər tərəfdən eroziyaya məruz qalmasına səbəb olur.

Ikinci, meşə örtüyündən, kolluqlardan, otlaq və biçənəklərdən səmərəsiz istifadə olunması meşələrin sıradan çıxmasına, su mənbələrinin korlanmasına və tədricən sıradan çıxmasına səbəb olur.

Üçüncü, faydalı qazıntıların çıxarılmasında köhnə, əvvəlki üsullardan istifadə olunması torpaq örtüyünü, dağ massivlərini sıradan çıxarır, ətraf mühiti zərərli maddələrlə çirkləndirir

Hazırkı şəraitdə təbii ehtiyatlardan istifadə də hər hansı bir sahə başqa sahələr üçün rəqabət olmamalıdır. Təbii və əmək ehtiyatları vəhdət təşkil etməli, onların inkişafına bir-birindən ayrı baxılmamalı və səmərəli əlaqələndirilməlidir. 48 Təbii sərvətlərin təkrar istehsalı, müxtəlif faydalı qazıntı ehtiyatlarının tükənməsinin, ətraf mühitin zərərli tullantılarla çirklənməsinin qarşısını alır. Həmçinin təkrar istehsal, ehtiyatlardan səmərəli istifadəyə şərait yaradır. Hesablamalar göstərir ki, sənayedə hər bir damcı yanacağa qənaət etmək ildə ton yarım məhsula bərabərdir. Bir ton tullantı halında atılan yağ yenidən emal edilsə, 700-800 kq təmiz sürtgü yağı alına bilər. Metala olan tələbatın ödənilməsində metalların təkrar emalı və istifadəsi mühüm yer tutur. Hazırda bütün dünyada olan metalın 30 %-ə qədəri təkrar emal hesabında, yəni, əvvəllər istifadə olunmuş, sonra isə yararsızlaşmış məmulatın metalı hesabına ödənilir. Metalların dövri istifadəsi, yəni uzun müddət müxtəlif məqsədlərə xidmət etməsi həyata keçirilir ki, bu da bir tərəfdən metala qənaətə, digər tərəfdən də ətraf mühitin metal tullantıları ilə çirklənməsinin qarşısını almağa imkan yaradır. Faydalı qazıntıların çıxarılması və texnologiyası üçün kompleks və tam çıxarılma üsulları hazırlanmalı, sənayedə və tikintidə tullantılara ikinci ehtiyat, xammal mənbəyi, materialı kimi yanaşılmalıdır. Sənaye müəssisələrinin tullantılardan qiymətli elementlər (məs., germanium) əldə etmək mümkündür. Bəzi alüminium zavodlarında elektrotexnikanın tətbiqi nəticəsində qarşıdakı bütün komponentlər ayrılır, təkrar istehsal üçün əlavə xammal əldə edilir. Hesablamalar göstərir ki, müasir texnologiya faydalı qazıntı yataqlarının ümumi ehtiyatların 30- 50%-ni istifadə etməyə imkan verir. Deməli, yataqlardakı metal, neft və digər faydalı qazıntıların çıxarılması zamanı yarıdan çoxu yerin təkində qalır. Çıxarılan filizin bir hissəsi onun ilkin emalında, xüsusilə saflaşdırma prosesində, sonradan əridilmədə, məmulatlar hasilatında və s. itir. Belə itkilərin qarşısı alınarsa, metala tələbatı təmin etmək və ehtiyatlara qənaət etmək olar. Tullantılar (bərk, qaz və maye halında olan qalıqlar) özü də xammal sayılır. Məsələn, kanalizasiya sularında gübrə kimi, çirkab suların müvafiq təmizləmələrdən sonra yenidən istifadə edilməsi, havaya buraxılan milyon tonlarla qazların istifadəsi mühüm problemlərdən biridir. Sənaye və kənd təsərrüfatı mənşəli tullantıların təkrar istehsalı ölkəyə milyard manatlarla əlavə gəlir verməklə yanaşı, ətraf 49 mühitin çirklənməsinin də qarşısını ala bilər.

Xarici mühit şəraiti (ətraf mühit) ümumi anlayış olub, müəyyən yerlərdə təbii şəraiti və ya oradakı ekoloji vəziyyəti əks etdirir. Xarici mühit şəraiti canlı və cansız təbii komponentləri birləşdirir, canlı orqanizmlərlə qarşılıqlı əlaqədə olan mühitin bir hissəsidir. Müasir dövrdə insan fəaliyyəti Yer planetinin praktik olaraq bütün coğrafi qatını və ya örüyünü əhatə edir. İnsan fəaliyyətinin miqyası hal-hazırda qlobal təbii proseslərlə müqayisə olunandır. Belə güclü mənfi təsir ətraf mühitin bütün göstəricilərində öz əksini tapır. Nəhayət, xarici mühit şəraiti insanların yaşadığı və fəaliyyət göstərdiyi təbii və antropogen mühitlərin cəmidir.

Onların məhdudlaşdırıcı təsirinin nəticəsində orqanizmlərin müəyyən mühit şəraitində yaşaması mümkün olmur. Ekoloji amillər modifikatorlar kimi orqanizmlərin morfo-anatomik və fizioloji dəyişikliklərini müəyyən edir. Ekoloji amillərin təsnifatı onların təsir mexanizminə və mənşəyinə görə aparılır. Təsir mexanizminə görə birbaşa, dolayı və şərti təsir edən ekoloji amillər vardır.

Birbaşa təsir - ekoloji amillər orqanizmə bilavasitə, əsasən, onun maddələr mübadiləsinə təsir göstərir.


Yüklə 4,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin