C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer)
vəzifəsi haqqında məlumat
1 fevral 2008
Vəzifənin adı: C`est Bon Müştərilərlə iş üzrə köməkçi (Kuryer)
İyerarxiya daxili: “Müştərilərlə iş üzrə koordinatora” tabedir
İş yeri: Bakı, Azərbaycan
Müqavilənin müddəti: Uzun müddətli
İş rejimi: Bazar ertəsi - Şənbə saat 08.30 -16.00
Məvacib: 100 AZN + bonuslar + gələcək biznesdə pay
İşin təhvil verilməsi: 10 (on) bank günü öncə
Vəzifənin məqsədi: Müştərilərə yeməkləri çatdıqmaq. C`est Bon şirkətinin fəaliyyətini və məhsullarını inkişaf etdirmək və xidmətlərini yüksək səviyyədə müştərilərə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında müştəri xidmətləri üzrə ən yüksək səviyyəli və tez çatdıran şirkəti kimi tanınsın. Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər.
Vacib məlumat: C`est Bon şirkətinin biznesi 4 əsas prinsiplər üzərində qurulub və fəaliyyət göstərir. Bunlardan biri də “Müştərilərə yüksək səviyyəli xidmətlər” prinsipidir. Bu prinsip bütün işçilərdən bunları tələb edir: Qülümsəmək, Nəzakətlik, Hörmət, Ətraflı məlumat və məsləhət. C`est Bon şirkətin hər bir işçiləri təmin etməlidilər ki, bütün müştərilər bizim xidmətlərdən məmnun qalsın.
Vəzifələr:
-
Müştərilərin sifarişlərini ünvanlara vaxtında (20 dəgigə ərzində) və müvafiqiyyətlə çatdırmaq;
-
Müştərilərə yeməkləri vaxtında və uğurla çatdırmaq üçün ən səmərəli və tez marşurut seçmək;
-
Qəbul olunmuş sifarişləri müştərilərə vaxtında və səmərəli çatdırmaq;
-
Müştərilərin təklif və narazılıqlarını qeydiyyat etmək və onları Müştəri Xidmətləri üzrə Koordinatora çatdırmaq;
-
Müştərilərə menyu haqqında və istifadə olunan texnologiyalar haqqında bütün suallara aydın və dolğun cavab vermək;
-
Müştərilərə şirkət haqqında məlumat vermək və onları maraqlandıran digər sullara aydınlıq gətirmək;
-
Müştərilərdən alınan pulu qəbul etmək və Müştəri Xidmətləri üzrə Koordinatora təhvil vermək;
-
Sifarışlərin çatdırılması üzrə qeydiyyat formasında bütün sifarişləri qeyd eləmək: oisdən çıxma vaxtı, müştərinin ofisinə çatma vaxtı, müştəriyə çatdırmaq vaxtı, alınmış məbləğin miqadarı, ofisə qayıtmaq vaxtı;
-
Müştəri Xidmətləri üzrə Koordinatorun digər tapşırıqlarını vəzifə çərçivəsində həyata keçirdmək;
-
C`est Bon şirkətinin biznes məqsədlərinə nail olmaq;
-
C`est Bon şirkətinin qarşısında duran problemləri vaxtında və uğurla aradan qaldırmaq;
-
Bütün iclas və işlə bağlı görüşlərdə iştirak etmək;
-
C`est Bon şirkətinin “Əməliyyat Prosedur” larına riayət etmək və orada duran bütün vəifələrə nail olmaq;
-
C`est Bon şirkətinin bütün korporativ prosedur və siyasətə riayət və hörmət etmək;
Fəaliyyətin qiymətləndirmə kriteriyaları:
-
Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər;
-
Müştərilərin 90% -i C`est Bon şirkətinin çatdırılmasını yüksək qiymətləndirsinlər;
-
Müştərilər xidmətlə bağlı şikayyətləri 0-a bərabərdir;;
-
İşçinin xarici görünüşü təsdiq olunmuş qaydalara uyğundur;
-
Işçilər arasında mehribançılık və hörmət mövcuddur;
-
İş vaxtı təyin olunmuş digər kriteriyalar;
Namizəd üçün zəruri keyfiyyətlər:
-
Azərbaycan və Rus dilləri bacarığı;
-
Bakı şəhərini, biznes və hökümət təşkilatların yerləşməsini yaxşı bilmək;
-
İctimai nəqliyyətlərin marşurutlarını yaxşı bilmək;
-
Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmə bacarığı;
-
Üzərinə məsuliyyət götürmə bacarığı;
-
Gərgin anlarda qərar qəbul etmə bacarığı;
-
Yüksək məsuliyyətlilik;
-
Ünsiyyətcillik və komandada işləmə bacarığı;
Məvacib və digər faydalar:
-
İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq
-
Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;
-
Il ərzində 21 gün və rəsmi məzuniyyət;
-
İş yüksək səviyyədə avadanlıqla təchiz olunub
-
Professional inkişaf üçün imkanlar
-
Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar
-
Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);
-
C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.
Müraciət etmək:
Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana müraciət etsinlər:
Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (İstiqlaliyyət və Adil Babay küçələrin kəsiyində).
Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01
Email: cestbonazerbaijan@yahoo.com
C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.
Dostları ilə paylaş: |