Obrazlılığın və emosionallığın 3 səviyyədə göstəricisi var:
1. Fonetik səviyyədə obrazlılıq:
a) Alliterasiya sözlərin əvvəlində eyni və ya yaxın səslərin işlənməsidir: Aşpaz abbas aş asmış, asmışsa da az asmış (yanıltmac)
b) Assonans sözlərin müxtəlif yerlərində uyğun səslərin melodiya, ritm yaradaraq təkrarlanmasıdır: Ərənlər məskəni vətənim mənim → burada “ə” səsi təkrarlanaraq assonans yaratmışdır
c) Təkrar
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uyqudan indi oyanır.
d) İntonasiya
Çıxdı günəş, doğdu cahan nur ilə,
Cütcü sürür tarlada cüt şur ilə.
2.Leksik səviyyədə obrazlılıq:
Məcazlar (bədii təsvir və ifadə vasitələri), frazeoloji birləşmələr, antonimlik, omonimlik, sinonimlik, çoxmənalılıq və s.
3.Qrammatik səviyyədə obrazlılıq
a) söz sırasının pozulması (inversiya)
b) müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı
c) qeyri-normativ cümlə konstruksiyaları (düzgün nitq ölçülərindən kənara çıxan cümlə tiplərinin – qeyri normativ cümlə variantlarının işlədilməsidir).
d) ellipsis - sözlərin, yaxud şəkilçilərin ixtisarıdır.
Məcazlar
Sözün poetik imkanları ən çox məcazlarda meydana çıxır. Bədii təsvir vasitələrində sözlər həqiqi (müstəqim) mənasında yox, məcazi (qeyri-müstəqim) mənada işlənir. Buna görə də onlara məcazlar deyilir. Bunlar obrazlılığın leksik səviyyədə göstəriciləridir. Məcazın əsas növləri aşağıdakılardır:
1. Təşbeh (bənzətmə) → Bir əşya və ya hadisənin daha qüvvətli əlamətə malik başqa əşya və ya hadisəyə bənzədilməsinə təşbeh və ya bənzətmə deyilir.
Lalə tək qızarmaq üz qaydasıdır.
2. Epitet (bədii təyin)
Bədii əsərdə müəyyən bir fikri daha qüvvətli və qabarıq çatdırmaq üçün onu ifadə edən sözə başqa bir təyinedici söz əlavə olunur. Həmin söz epitet adlanır.
Bu və ya digər predmetin qeyri-müstəqim əlamətini göstərən təyinə epitet, yaxud bədii təyin deyilir. Epitet yunan sözü olub “əlavə” mənasını verir.
Gül üzlü, qələm qaşlı, sərv boylu, ahu baxışlı və s.
3. Metafora (istiarə, köçürmə, gizli bənzətmə) Bir əşyanın əlamətinin həmin əşyanın adı çəkilmədən başqa bir əşya üzərinə köçürülməsinə deyilir. Metaforada qarşılaşdırılan tərəflərdən (bənzəyən, bənzədilən) yalnız biri işlənir.
Yoxmudur, gülüm, səndə heç vəfa? (H.Cavid) (qız gülə bənzədilir)
4.Mübaliğə (hiperbola) əşyanın əlamətinin şişirdilməsi.
5.Hiperbola əşyanın əlamətinin kiçildilməsi.
6.Kinayə (ironiya) söz və ifadənin zahirən müsbət mənada deyilib, əslində mənfi mənada işlədilməsinə deyilir.
a) yumorlu
b) satirik (ən kəskin forması sarkazm - təriz).
7.Metonimiya Ad dəyişmə. Nəzərdə tutulan bir söz əvəzinə, başqa sözün, anlayışın işlədilməsi: Məsələn, Nizamini oxudum .
8.Sinekdoxa metonimiyanın bir növüdür. Bir əlamət bütöv anlayışı, sözün bir hissəsi tamı əvəz edir. Məsələn, Yarımsaqqal, Saçlı, Qaloş
9.Simvol : tülkü ( hiyləgər ), at (sədaqət), dovşan (qorxaq)
Bədii ifadə vasitələri (məcazi mənada olmaları vacib deyil)
Bədii sual 2)Təkrir (anafora, epifora) 3)Inversiya 4)Təzad (Antiteza)
Dostları ilə paylaş: |