82. Hegemonlar qarşısında mütiliyə "bəli", Allah qarşısında mütiliyə "yox"?!
Bəziləri deyirlər ki, Allah qarşısında, din qarşısında müti olmayın. Amma özləri Qərb qarşısında, Avropa, Amerika qarşısında mütidirlər. Bu şəxslər Allah qarşısında mütiliyi qəbul etmirlər. Amma Qərb kapitalizmi, həmin kapitalizmə söykənən siyasi gücə canla-başla müti olurlar. 2
83. İran xalqının hegemon düzən qarşısından geri çəkilməsindən törəyən ilk ziyan
Siz bu gün görürsünüz ki, zahirdə məsləhəti düşünən, batində isə inanc zəifliyindən, qorxudan əl-ayağa düşən bəziləri deyirlər: "Gəlin bir söz deyək, bunlara tərəf (dünya qütblərinə və ya bu gün dünyanın bir qütblü olmasını istəyən güclərə doğru) bir addım ataq.
İran xalqının geri çəkilməsindən meydana gələcək ilk ziyan budur ki, İslam dünyası ictimai rəyi onun əleyhinə yönələcək. Bunlar bu işin həyata keçməsini istəyirlər. Bizim məlumatımız var ki, İslam dünyasında pullar xərcləyirlər. Mətbuatda, informasiya vasitələrində, internetdə. İslam dünyasında ictimai rəyi elə formalaşdırırlar ki, guya İran İslam Respublikası iki standartlı siyasət yürüdür. Dediyi ilə əməli bir-birinə uyğun gəlmir. Zahirdə başqa söz deyir, daxildə isə başqa iş görür. Bunu sübuta yetirməyə çalışırlar ki, İslam ümmətindən imanı alsınlar. İslam Respublikasının dərin strateji dayağını ondan almaq istəyirlər. Məqsədləri budur.1
Dostları ilə paylaş: |