89. Amerikanın hədəflərindən biri quruluşun özünü doğrultmasına inamı xalqdan almaqdır.
Bunların (Amerikanın və istismarçı sistemin) israrla üzərində dayandıqları məsələlərdən biri də quruluşun özünü doğrultmasına olan inamı xalqdan almaqdır. Eşitdiyiniz bəzi sözlər təsadüfi deyil. Təsadüfi deyil ki, bəziləri gəlib İslam quruluşu haqqında bəhs edir, quruluşun legitimliyi məsələsini ortaya atırlar. Xalqın seçimi, istəyi ilə mübarizəsi, savaşı ilə, emosiyaları, duyğuları ilə iş başına gələn, bu qədər problemlərlə qol güləşdirən, bu qədər düşmənçiliklərdən, mübarizələrdən üzü ağ çıxmış bir quruluşu sual altına almaq, legitimlik böhranı yaratmaq təsadüfi deyil. Görürsünüz ki, bəzi tribunalardan yayımlanan sözlər hamısı xalqın zehnində quruluşun mənfi təsvirini yaratmağa, onların etimadını itirməyə xidmət edir. Xalqla quruluş arasında bağlılığı qırmağa qulluq edir.3
90. Prinsipial dəyərlərə şübhə yaratmaq, problemləri böyütmək Amerikanın qəti ehtiyaclarındandır.
Prinsipial dəyərlərə şübhə yaratmaq, problemləri böyütmək, uğurları danmaq, Amerikanın qəti ehtiyaclarındandır. Amerikanın bu amillərə, bu şəraitə ehtiyacı var ki, İslam Respublikası ilə mübarizədə öz uğurunu təmin edə bilsin. Kim bu sahədə Amerikanın xeyrinə işləsə, əslində Amerikanın hərbi və ya yarımhərbi yolla da olsa İran xalqına nisbətdə öz məqsədlərinə çatmasına şərait yaradır.1
Dostları ilə paylaş: |