92. Gənclərin hegemonizm qarşısında həmişəkindən daha ayıq olmalarının zəruriyyəti
Bu gün hegemonların başlıca işlərindən biri budur ki, müsəlman ölkələrində, xüsusilə də daha ayıq müsəlman ölkələrində gənc nəsli daha çox meydandan kənar saxlasınlar. İran İslam Respublikasından başqa hansı müsəlman ölkəsi hamısından ayıq, hamısından daha canlı, hamısından daha çox hegemonlara qarşıdır? Demək, İslam İranının gəncləri bilməlidirlər ki, hegemonlar onları mübarizə meydanından - hansı ki, bu meydanda fəth və qələbə mütləq xalqlara nəsib olacaq - çıxarmaq üçün pul xərcləməklə, müxtəlif planlar hazırlamaqla məşğuldurlar.3
Dostları ilə paylaş: |