93. Hegemonların gənc nəsli müqavimət meydanından çıxarmaq üçün işlətdiyi fəndlər
Gənc nəslin müqavimət meydanından kənarlaşmalı olduğunu hiss etməsinə gətirib çıxaran hər bir hərəkət vasitəli və ya vasitəsiz Amerika və hegemon sistemə aiddir. Bu, bir ümumi meyardır. Digər ölkələrdə etdikləri (sınaqdan çıxardıqları) işləri burada da görmək istəyirlər. Gənclərin başını intim məsələlərə qatmaq, gənclərin başını şəxsi məsələlərə (problemlərə qatmaq, gəncləri narkotik maddələrə, uyuşdurucu vasitələrə aludə etmək, gənclərin zehnini inqilab ideyalarından, əsas məqsədlərdən yayındırmaq, onları kiçik məqsədlərə, xırda, sinfi məsələlərə yönəltmək, gənc nəslin İslama imanını sarsıtmaq, gənc nəslin İslam İnqilabı prinsiplərinə, İslam Respublikasına, hətta İmam Xomeyniyə olan imanını, bu böyük mübarizə yolunda işlənən, mövcudluğu zəruri olan hər şeyi gənc nəslin gözündə rəngsiz, faydasız, təsirsiz göstərmək və s. bu qəbildəndir.1
Dostları ilə paylaş: |