94. Bizim Amerika ilə əlaqələri bərpa etmək üçün şərtimiz bu ölkənin tövbə etməsidir.
Bizim sözlərimizlə Amerikalıların sözləri arasında yerdən göyədək fərq var. Biz deyirik ki, bunların rəsmini belə görmək istəmirik. Bunlarla sonuna qədər əlaqə yaratmaq istəmirik. Onlar isə deyirlər ki, əgər bizimlə əlaqə qurmaq istəyirsinizsə, bu işi görməlisiniz, o işi görməlisiniz. Bu iki söz arasında nə əlaqə var?
Sanki bunlarla əlaqə yaratmaq üçün onlarla vasitə salmış bir ölkə haqqında söhbət edirlər. Hələ bir şərt də qoyurlar? Nə şərt?! Biz şərt qoyuruq. Arxasında, tarixi keçmişində bu qədər faciələr olan ölkə ilə əlaqə qurmaq üçün şərt qoyuruq. Bizim şərtimiz o ölkənin tövbə etməsidir. Bizim şərtimiz dünya üçün faciələr törətməyə son qoymaqdır. Siz gəlib bizim qarşımıza şərt qoyursunuz? Əlaqə yaradılmasını şərtli, müzakirələri isə şərtsiz edirlər. Dəqiqtli olun! Mənim ürəyim istəyir ki, bu gənclərimiz, – istər oğlan, istər qız – hətta məktəb şagirdləri dünyanın ən kiçik siyasi hadisələri üzərində düşünsünlər, təhlil etsinlər2.
Dostları ilə paylaş: |