95. Qərb dövlətlərinin iddia etdiyi demokratiya mütləq şəkildə mövcud deyil.
Bu gün dünyada, xüsusilə Qərb dünyasında tərif verilən, iftixar olunan demokratiya nə Amerikada, nə Fransada, nə İngiltərədə - hələ Almaniyanı demirəm ki, faşist və nasist keçmişə malikdir - hətta özünü demokratiyanın beşiyi adlandıran Amerika və Fransada belə yoxdur. Onunla aralarında çox böyük fasilə var. İntəhası, qərblilərin xüsusiyyətlərindən biri budur ki, ən çirkin hadisələri ütülənmiş, qablaşdırılmış, ətirlənmiş, gözəl şəkildə təqdim edirlər. – Bütün konservləşdirdikləri kimi. – Onların xarakteri, təbiəti belədir. Bir kəslə savaşmaq istəsələr də bizlər əlbəyaxa oluruq, çığırıb-bağırırıq, lakin onlar çığırmırlar. Tərəf müqabilinin ürəyində güllə yarası açırlar. Heç əsəbləşmədən, tam söyuqqanlılıqla adam öldürürlər. Bu onların xüsusiyyətidir.1
Dostları ilə paylaş: |