3. İnqilabımızın qələbəsi xalqın saflığının, ixlasının nəticəsi idi.
İslama görə aləmi islah etməyin basilica yolu insan nəfsinin islahından, saflaşdırılmasından keçir. Hər şey buradan başlayır. Quran, öz güclü əli ilə tarix səhifəsini çevirmək istəyən nəsilə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı qoruyun”2, “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur”3. Özünüzdən muğayat olun. Özünüzə vaxt ayırın və öz nəfsinizi saflaşdırın, paklayın. “(Günahlardan) Təmizlənən kimsə isə nicat tapacaqdır”4. Əgər İslamın erkən çağ cəmiyyəti insanların saflaşdırılmasından başlamasaydı, onda kifayət qədər saf, xalis, qatqısız adamlar olmasaydı, İslam ayaq tutub yeriməzdi, genişlənməzdi. Dünyanın müşriksayağı cərəyanlarını yenməzdi, tarix İslam xətti üzrə hərəkətə başlamazdı. Əgər saflaşmış, islah olunmuş insanlar olmasa, cihad da yoxdur.
Bizim inqilabımızın zəfəri saflığın, ixlasın, sırf Allah üçün iş görməyin, şəxsi və maddi mənafedən keçməyin nəticəsi idi. Məcburi savaşda (İran-İraq müharibəsi nəzərdə tutulur) müqavimət göstərmək də belə idi.5
Dostları ilə paylaş: |