62. "Amerikaya ölüm" şüarı bir bayraq kimi, şüar kimi qorunmalıdır.
İran xalqı hegemonizmlə mübarizə şüarını bir bayraq, şüar olaraq qorumalıdır. Çünki əgər yüksələn bu bayraq qorunmasa, sarsılsa, itib-batsa, xalqın yolu itmiş olacaq. Bunun aydın dəlilləri də var. Çünki o düşmənin düşmənçiliyi açıq-aşkardır. Bəsirət əhlinə gizli deyil. Aşkar düşmənin düşmənliyinin aşkar olmasına baxmayaraq, aldatmaq üçün həmişə hiyləsi var. Aldanan xalqların, yanılan dövlətlərin əksəriyyəti burada aldandılar, burada yanıldılar. Düşmənin metodlarını düzgün tanımadılar. Əgər biz düşmənin metodlarını tanımasaq, bizim məhvimizə susamış, düşmənlə mübarizəmizi unutsaq, məlumdur ki, düşmənin bəyəndiyi yolu gedəcəyik. Yəni məhvə doğru aparan yolu, viran qalmaq, dağılmaq yolunu.
Demək, hegemonizmlə mübarizə həmişəlik şüardır. İntəhası əsas məsələ bundan ibarətdir ki, ayıq bir xalq şüarlarla davranmaq qaydasını daim düzgün seçir. Bir zaman insan bir şüarı yalnız dilində deyir və təkrar edir. Bu çox da böyük iş deyil. Bir zaman isə şüarın dərinliklərinə gedir, onun əsasında iş görür. Bu düzgündür.
Bu gün dediyim hegemonizmlə mübarizə şüarında hegemonizmin təcəssümü Amerika təcavüzkar dövlətidir. Amerikalılar özləri, Amerika rəsmiləri inqilabın əvvəlindən bugünədək bu şüarı İran mühitindən qaldırmaq üçün bir sıra yollar keçmişlər. Nə üçün? Çünki nə qədər ki, bu şüar var, nə qədər ki, xalqın zehni "Amerikaya ölüm" şüarı ilə doludur, Amerikanın bu ölkəyə, onun qaynaqlarına hökmranlığı yenidən ələ alması mümkün deyil.
Demək, nə qədər ki, ölkə mühiti təcavüzkar Amerika dövlətinə qarşı zidd əhval-ruhiyyə ilə qeyd etdiyimiz izahla doludur, Amerikanın artıq bu ölkəyə yolu yoxdur. Nə bu ölkənin siyasətinə müdaxilə edə bilər, nə bu ölkənin iqtisadi resuslarına hökmranlıq edə bilər, nə də burada mədəni fəaliyyət göstərə bilər. Əgər bu ölkəyə qayıtmaq istəsələr, labud bu şüarı silməli, sıradan çıxarmalıdırlar. Öncə İran xalqının hökmranlığı, hökmranlarla, tam olaraq hegemon Amerika ilə düşmənçiliyini aradan qaldırmalıdırlar. ... Hegemonizmlə mübarizə şüarı, canlı bir şüardır. Hegemonların təbliğatlarının əksinə olaraq, hegemonizmlə mübarizə də mümkündür. Bunun həm gələcəyi var, həm də bu gün İran xalqı üçün vacib bir məsələdir.1
Dostları ilə paylaş: |