64. Bu gün bütün millətlər "Amerikaya ölum" deyirlər.
Əgər biz bu günədək düşmənlərimizə qələbə çalmışıqsa, atom bombası ilə qələbə çalmamışıq. İran xalqı iyirmi beş ildir ki, Amerikanı məğlub etmişdir. Məgər belə deyilmi? İyirmi beş ildir İran xalqından məğlubiyyət zərbəsi alan Amerika, nə ilə məğlub olmuşdur? Biz, Amerikanı nüvə silahı ilə məğlub etmişik, yoxsa əzmimizlə, iradəmizlə, imanımızla, agahlağımızla, birliyimizlə? Biz, nə istədiyimizi bilmişik? Başa düşmüşük ki, nəyin ardınca gedirik. Yolu da tanımışıq. (Həmin yolda) Hərəkət də etmişik. Onun, bunun topundan, gülləsindən, qeyzindən, qəzəbindən də qorxmamışıq. Biz belə qələbə çalmışıq. Biz, nüvə silahı ilə qələbə çalmamışıq. Keçmiş Sovetlər Birliyinin atom bombası yox idimi? Güman ki, keçmiş Sovetlər Birliyinin atom bombalarının sayı, Amerikanın atom bombalarından daha çox idi. Amma buna baxmayaraq, məğlub oldu. Dünyanın əsaslı meydanlarında qələbə və məğlubiyyət bu şeylərlə ölçülmür.
Biz, bu gün dünyada bir örnək vermişik. Dini demokratiya örnəyi, müstəqillik, milli şərəf örnəyi. Bu gün artıq iyirmi beş ildir ki, İslam dünyası Amerika əleyhinə səfərbər olmuşdur. Xalqlar Amerikaya ölüm oxuyurlar. Amerikaya ölüm şüarını kim deyirdi? İslam Respublikasından, İran xalqından başqa kim deyirdi? Bu gün isə hamı deyir. Biz atom bombası ilə irəliləmədik. Böyük, tarixi, qalıcı səhnələrdə qələbə silahlarla əldə olunmur. Məgər bu gün sionist rejimin atom bombası yoxdur? Deyilənə görə bu gün sionist rejimin anbarlarında iki və ya üç yüz nüvə başlıqlı raketlər var. Amma artıq neçə illərdir ki, həmin rejim tüfəngi belə olmayan, yalnız daşı olan – əlbəttə, iradə ilə yanaşı daş, imana söykənən daş – tərəf müqabili qarşısında aciz qalmışdır1.
Dostları ilə paylaş: |