71. Müsəlmanların özünə gəlməsi, oyanışı hegemon düşərgənin ən ümdə nigarançılığıdır.
Bu gün hegemon düşərgənin, xüsusilə Amerikanın, sionizmin yoluxduğu ümdə nigarançılığı – bu nigarançılıqlar olduqca çoxdur – budur ki, müsəlmanlar özlərinə gəlmişlər, oyanmışlar. Bu oyanışda dahi İmamın, İran xalqının, bizim quruluşumuzun böyük rolu var. Onların ümdə nigarançılığı bu cəhətdəndir. Buna görə də bunu vurmaq istəyirlər2.
72. Hegemon güclərin İslam Respublikası quruluşuna və İran millətinə qarşı həssaslığının səbəbləri
Biz, birincisi, çox həssas nöqtədə yer alan bir xalqıq. Əgər biz Qərbi Afrikada, yaxud dünyanın digər ucqar bir nöqtəsində olsaydıq. İslam dünyasının mərkəzində olmasaydıq, bizə qarşı bu qədər həssas olmazdılar. İkincisi, təbii sərvətlər baxımından biz çox zəngin xalqıq. Neft və qazdan başqa (mən dəfələrlə quruluşun məsul şəxslərinin toplantısında bunu dəqiq statistik rəqəmlərlə açıqlamış və İranın həlledici rol oynadığını bildirmişəm) biz bu gün ərazi və əhali baxımından öz payımıza düşdüyündən daha çox filiz yataqlarına malikik.
Biz təqribən dünya əhalisinin yüzdə birinə, dünya ərazisinin yüzdə birinə malikik. Amma dörd əsas filiz baxımından iranlıların payına təqribən yüzdə üç, yüzdə dörd, yüzdə beş faiz düşmüşdür. Yənu bu, bizim ərazi və əhali baxımından payımıza düşəndən daha çoxdur. Bizim əkinçilik imkanlarımız var. Yaxşı suyumuz var. Əlbəttə, ümumilikdə ölkəmiz su ehtiyatı baxımından əlverişli deyil. Amma bəzi bölgələrdə payımıza düşən su ehtiyatı olduqca çoxdur. Böyük istehlak bazarımız var. Bu gün dünya fabrikantları gözlərini dünya bazarına dikmişlər. Biz bu baxımdan böyük bir bazarıq. Təqribən yetmiş milyon əhalimiz var. Bizim parlaq istedadlarımız var. Bu tablo dünyada müstəmləkəçi, tamahkar hegemonun diqqətini özünə cəlb edir.1
Dostları ilə paylaş: |