75. Hegemon ABŞ dövləti yalnız İran dövlətinə görə yox, həm də İran xalqına görə narahat və qəzəblidir.
Mənim dediyim, yəni biz Amerika rejimi ilə üz-üzəyik sözünün tam əks nöqtəsi budur ki, Amerika yalnız İran dövləti ilə yox, həm də İran xalqı ilə qarşı-qarşıyadır. Xalqdan narahatdır, əsəblidir. Onun problemi İran hakimiyyəti problemi deyil. Hakimiyyətdə olanlar, İranı idarə edənlər problemi deyil. Problem xalq kütləsidir. Nə üçün? Səbəb aydındır. Çünki hegemon hökmranlığına yox demək, hegemonizmə düşmən kəsilmək, öz taleyini özü həll etmək mədəniyyəti bu xalqın könlünə yer etmişdir. Onlar bundan narahatdır.
Onlar elə bir xalq istəyirlər ki, ram edilmiş bir quzu tək yerində dayansın və onlar da istədikləri rejimi, istədikləri hakimiyyəti zorla ona sırısınlar. Yaxud sərhədlərin o tayından ona diktə etsinlər. Xalqda onlara heç bir müqavimət göstərməsin, onların açdığı çığırla getsin. Ayıq-sayıq xalq, hüşyar xalq, siyasi məsələlərdən baş çıxaran xalq, hətta rəhbərləri də istəsə həmin yolun əksini gedən xalqı sevmirlər. Bir neçə il öncə, hələ İmam Xomeyni sağ ikən Amerika prezidentinin nazirlərindən biri jurnalistlərin gözü önündə açıqca dedi: "Biz, İran xalqının kökünü qazımalıyıq". Görün nə qədər axmaqcasına deyilmiş sözdür. Bu söz o zaman dünyanın hər yerində yayıldı. Bunların problemi yalnız dövlət yox, xalq problemidir. Məlumdur ki, o zaman qırx, əlli milyonluq xalqı aradan qaldırmaq olmazdı. Bu sözün mənası xalqı köksüz, əsilsiz etməkdir. Məqsəd xalqın mədəniyyətini almaqdır. Bu xalqdan o şeyləri almaqdır ki, onları müqavimətə, duruşa vadar edir.2
Dostları ilə paylaş: |