1. İmam Xomeyninin böyük İslam inqilabının qələbəsində rolu


Qərbin sərtlik və terorizmə ikili yanaşması



Yüklə 412,09 Kb.
səhifə88/89
tarix04.01.2022
ölçüsü412,09 Kb.
#56407
1   ...   81   82   83   84   85   86   87   88   89
96. Qərbin sərtlik və terorizmə ikili yanaşması

Bəzən eşidirik ki, dünyada bizi irticaçılıqda, şiddətdə ittiham edirlər. Biz indi neynəyək? Bunlar elə sözlər deyil ki, dərrakəli, zirək adamlar qəbul etsin, dilə gətirsin. Bir xalqı sıradan çıxarmaq üçün ən yaxşı yol budur ki, onu təbliğat yığını ilə meydandan çıxarsınlar. Daim onu ittiham etsinlər. Müdafiə mövqeyi tutmağa məcbur etsinlər. Bu, bir məşhur metoddur. Bizi sərtlikdə ittiham edirlər. Bunu kimlər deyir?

Bir-iki il öncə Avropa ölklərindən birinin dövlət başçısı bura gəlmişdi. Bilirsiniz ki, yüksək rəsmi beynəlxalq görüşmələrdə danışılan əksər sözlər boğazdan yuxarıdır. O, sülhdən danışdı və dedi ki, biz sülh tərəfdarıyıq. Mən bu növ görüşlərin adi protokollarından xaric tələbə görkəmi aldım və dedim: "Bəşər tarixinin ən böyük müharibələrini siz avropalılar törətmisiniz. O qədər insanlar öldürüldülər. Biz dünyanın bu başında ola-ola sizin döyüşlərinizin yeli bizə bu qədər ziyan vurmuşdur. İndi də gəlib sülhdən danışırsınız".

Dedim: "Bizim, döyüş adlı bir problemimiz yoxdur. Müsəlman ölkələrinin heç biri müharibə marağında deyillər. Müharibədən danışan sizsiniz. Özünüz də gəlib sülh şüarı verirsiniz.

Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Demək, həqiqət bundan ibarətdir ki, ən çox şiddəti, sərtliyi onlar etmiş və edirlər. Terorizmdən danışırlar. Lakin məqsədləri budur ki, nə üçün İslam Respublikası öz vətənini müdafiə edən, qoruyan fələstinlilərə dəstək verir? Dünya informasiya vasitələrinə görə terorizmi dəstəkləmək, Fələstin mübarizlərini dəstəkləməkdir.

Fələstinlinin evini İsrail tankları ilə başına yıxmaq, bir neçə aylıq uşağı qətlə yetirmək terorizm deyil. Lakin elə ki, bir kobud, cinayətkar hərbçi bir hadisədə öldürülür öz mətbuat səhifələrində uşağının şəklini ayrı, arvadının şəklini ayrı, ağlayarkən, şivən qopararkən, torpağa tapşırılarkən, hamısını ayrı-ayrı dərc edirlər. Bununla qarşı tərəfin şiddət göstərdiyini aşılamaq istəyirlər. Bu, onların apardıqları təbliğat işləridir.1



Yüklə 412,09 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin