İnnovasiya prosesi - innovasiyanın geniş təkrar istehsalının həyata keçirilməsi zamanı baş verən elmi-texniki, texnoloji, təşkilati dəyişikliklərin məcmusundan ibarətdir.
Onun ən əsas xüsusiyyəti - innovasiyanın başa çatmasıdır, başqa sözlə təcrübi olaraq həyata keçirilməsidir.
İnnovasiya prosesinin sistemlilik, dövrilik, sosial əhəmiyyət kimi xüsusuiyyətlərilə yanaşı stoxastik yaxud naməlumluq xüsusiyyətinə də malikdir. Son qeyd edilən
xüsusiyyət innovasiyanın yayılması zamanı özünü biruzə verir.
Stoxastik xüsusiyyətin nəzərə alınması ilə innovasiya prosesinin daxili strukturunun bir neçə modeli təklif edilir.
Bunlardan ən sadəsi xətti modeldir ki, bu da bütün innovasiya prosesinin ayrı-ayrı mərhələyə bölünməsindən ibarətdir. Xətti model birinci fəsildə müfəssəl verilmişdir. (bölmə 1.6).
Bu model fundamental tədqiqatlar prosesinin strukturlaşdırılmasını özündə əks etdirir. Xətti modelə görə innovasiya prosesi fundamental tədqiqatlardan başlayaraq innovasiya məhsulunun reallaşması ilə başa çatır.
Bəzi müəlliflər fundamental tədqiqatları xətti innovasiya modelinə aid etmirlər. Onlar innovasiya prosesinin - fundamental tədqiqatların tətbiqi tədqiqatlarından başlandığını iddia edirlər. iri tədqiqat mərkəzlərində yeni bilik ideyaların yaranmasına səbəb olur, bu isə öz növbəsində yeni məhsulların və texnologiyaların yaranmasına səbəb olur. Fundamental tədqiqatlara əsasən yeni nəzəriyyə yaradılır, bu isə tətbiqi tədqiqatlarda həyata keçirilir, sınaq nümunələrinin hazırlanmasında istifadə olunur və innovasiya bazannda satılır.
Xətti modelin hər bir səviyyəsində məlum nəticəyə gəlinir və o öizündən sonrakı mərhələyə ötürülərək bu mərhələ üçün ilkin irtformasiya rolu oynayır.
Bi(ik axını mərhələlər üzrə bir istiqamətə yönəldiyindən, sonrakı mərhələnin nəticəsi özündən əvvəlki mərhələ üçün ilkin informasiya ola bilməz.
Kdçən əsrin 80-ci illərindən innovasiya prosesinin strukturlaşdırılmasına xətti deyil, qeyri-xətti baxışlar inkişaf etməyə başladı. Bu innovasiya prosesinin mərhələlərinin ardıcıl deyil paralel getməsi ilə səciyyələnir.
innovasiya prosesinin paralel getməsinin şərhi D. Tvissin izahında özünü daha düzgün əks etdirir. O, qeyd etmişdir ki, innovasiya prosesi - axtarış, kəşf, işlənilmə, təkmilləşdirmə, mənimsənilmə, yeni proseslərin, məhsulların, təşkilati strukturların və təsərrüfatçılıq metodlarının kommersiyalaş- dırılmasıdır. O naməlumluqda, innovatorun öz üzərinə risk götürməsi, yoxlanılma və təkrar yoxlanılma, eksperimentlə və sınaqlarla əlaqədardır.
Hər bi r yenilik yaranmasının xətti ardıcıllıqla həyata keçirilməsi təsəvvürünü artırır, işlərin faktiki vəziyyəti ilə uzlaşmır.
Qeyri-xəttilik ümumi mənada həllərin çoxvariantlılığı, mövcud variantlardan alternativ variantın seçilməsi ilə eyni zamanda təkamül prosesinin geri dönməməsilə izah edilir.Müasir qeyti-xətti modeldə, xətti modeldə sadalanan ardıcıllığının yerinə yetirilməsinin avtonomluğuna yol verilir.
Belə ki, bir sıra innovasiyalar mövcuddur ki, tələbatın, təklifin və texnoloji imkanların daha dərindən dərk edilməsi nəticəsində yaranır. Bu halda xüsusi elmi-tədqiqat işlərinin aparılmasına ehtiyac qalmır.
Başqa bir misal, innovasiyanın yaradılması xətti modelin mərhələlərinin əksi istiqamətində aparılır. Bu zaman innovasiya prosesi yeni məhsulun yaxud texnoloji prosesin axtanşının fundamental tədqiqatlar prosesinin axtanşında fundamental tədqiqatlann apanimasından başlanır. Belə ki, yığılmış tətbiqi elmi- texniki informasiyalardan və yaranan tələbatın ödənilməsinin hazır variantlanndan istifadə edilir,
Ş^kil 8,1. İnnovasiya prosesinin qeyri-xətti modeli
327
Innovasiya prosesinə qeyri-xətti yanaşmanın ən əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, innovasiya məhsulunun mənimsənilməsi müəssisədə innovasiya strukturunun kəskin formada yaradılmasını tələb etmir.
Istphsalda yaxud satışda yaranan ideya fundamental tədqiqatçının ideyası səviyyəsində əhəmiyyətə malikdir və bu müəssisənin laboratoriyalarında məhsulun hazırlanmasının istənilən tsiklində həyata keçirilə bilər.
Bqlə yanaşma yüksək riski nəzərə alır və məhsulun ömür tsiklinijn istənilən mərhələsində yaranan yeni problemlərin həllini yerinə-yetirmək üçün əlavə səylərin o cümlədən, fundarriental tədqiqatların aparılmasının bu işə cəlb edilməsini tələb edir.
Belləliklə, qeyri-xətti innovasiya prosesinin özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:
innovasiya prosesinin başlanğıcında elmi-tədqiqat sınaq konstruksiya işlərinin (ETSKİ), xüsusi halda fundamental tədqiqatlar aparılmaya da bilər. Xaricdə belə hesab edirlər ki, innovasiya yaxud ixtira nadir hallarda yeniliyin əsası olur. Onlar təşkilatın ya daxili yaxud da xarici mühitilə əlaqədar olan məlum problemlərin həlli imkanlarına cavab vermək məqsədilə baş verir.
Elmin rolu prinsipcə dəyişir. O, innovasiya ideyasının yaranması mənbəyi kimi deyil, resurs kimi innovasiya prosesinin bütün mərhələlərində istifadə edilir
Məsələ ondan ibarətdir ki. stoxastik şəraitdə, bazar rəqabətinin sürətlə dəyişdiyi bir şəraitdə, ola bilsin ki, əlavə eimi-tədqiqat və sınaq-layihə işlərinin aparılmasına ehtiyac yaransın və bu innovasiya prosesinin istənilən mərhələsində baş verə bilər.
3. İnnovasiya prosesinin elementləri arasında keyfiyyətcə yeni tip əlaqələr yarana bilər. Əgər xətti model üçün əlaqələr mərhələlər arasında düzünə gedirdisə, qeyri-xətti modeldə bu əlaqələr əksinə gedə bilər. Belə əlaqələr innovasiya prosesinin strukturunu və mexanizmini prinsipcə dəyişər. Məhz bunun səmərəliliyi hesabına prosesin gediş müddətinin azalması ilə keyfiyyətin yüksəldilməsi və innovasiyanm nəticəliliyi əlaqələndirilir.
|