1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları


Müəssisənin innovasiya strategiyası və innovasiya



Yüklə 189,87 Kb.
səhifə16/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   ...   12   13   14   15   16   17   18   19   20
innovasiya-converted

Müəssisənin innovasiya strategiyası və innovasiya


davranışının tipləri

Müasir şəraitdə müəssisələrin innovasiya yönümlü inkişafı təkcə yeni məhsulların və texnologiyaların müəssisədə tətbiqi ilə məhdudlaşmır. Bu eyni zamanda surətlə dəyişən mühitə operativ reaksiya verməyi tələb edir ki, bu mühitdə az bir zaman müddətində yeni-yeni texnologiyalar meydana çıxır. Əvvəllər texnologiyaların həyat dövrü on illiklərlə və illərlə ölçülürdüsə, hazırda bu müddət bir sıra sahələrdə 2-3 aya qədər qısaldılmışdır.

Beləliklə. Innovasiyaya pərakəndə hadisə kimi baxmaq lazım deyil, kəsilməz surətdə dəyişən mühitin tələblərinə cavab vermək lazımdır.

P. Druker qeyd etmişdir ki, hər bir təşkilatın inkişafının bir dartıcı qüvvəsi olan innovasiya zəruridir.

innovasiya - bilik və ideyaların yeni məhsullara, xidmətlərə, proseslərə, strateqiyalara, yaxud biznes modellərin qurulmasına yönəldilməsidir, o yeni məhsulların yaradılması ilə məhdudlaşmır. Yeni proseslər, strategiyalar və biznesin aparılması metodları dayanıqlı rəqabət üstünlüyü uğrunda mübarizəyə daha əhəmiyyətli tövhə verə bilər.

Intensivləşdirməyə yönəldilən siyasət müasir dövrdə müəssisələrin ümumi korporativ strategiyasının əsas elementi kimi çıxış etdiyindən, onun innovasiya sahələrini aşağıdakı istiqamətlərə ayırmaq olar:




  • idarəetmə və liderlik metodlarının təkmilləşdirilməsi;

  • innovasiyanın idarəetmə prosesinin və sisteminin təkmilləşdirilməsi;

  • yeni əmtəə və xidmətlərin yaradılması;

  • marketinq metodlarının və alıcılara xidmətin təkmilləşdirilməsi;

  • biznes-prosesin idarəedilməsinin səmərəliliyinin yüksəldilməsi;

  • keyfiyyətin yaxşılaşdırılması;

  • mövcud texnologiyaların təkmilləşdirilməsi və yeni texnologiyanın yaradılması;

  • informasiyanın və biliyin yeni idarəetmə metodlarının yaradılması;

  • işçi münasibətlərinin, motivləşdirmə və məlumatlandırma sisteminin yaxınlaşdırılması;

  • müəssisəsinin idarəedilməsinə əməkdaşların və ən əsas tərəf-müqabillərin cəlb edilməsi.

innovasiya sahəsinin qeyd edilən istiqamətləri çoxluğu göstərir ki, menecmentin çevik təşkilatı bölmələrə ayrılan yeni təşkilati strukturlara əsaslanan yeni modeli formalaşır.
330

Bütün bunlar biznes fəaliyətinin idarəedilməsinin üç əsas aparıcı qüvvəyə: insan, bilik və qarşılıqlı münasibətlərə yönəldilməsini zəruri edir.

Bu model biznes mühitində işlərin yüksək səviyyədə aparılmasına asanlıqla uyğunlaşır, sıçrayışlı inkişafı və sürətli qlobal laşdırmanı təmin edir. Eyni zamanda innovasiya prosesinin işinin genişləndirilməsinə imkan yaradır.

Hər iki modelə uyğun biznesin təşkili prinsipləri cədvəl 8.1-də verilmişdir.




Yüklə 189,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin