İnnovasiya ~ bir sistem kimi fəaliyyət göstərən müəssisənin məqsədli dəyişikliyidir (Voldaçek A.);
İnnovasiya - cəmiyyətin yeni ictimai təlabatını ödəmək üçün yeni praktiki vasitələrin yaradılması, yayılması və istifadə edilməsinin kompleks prosesidir (Qivişiani D.M.);
İnnovasiya- elmi-tədqiqat, marketinq, istehsal və idarəetmə sferasının qarşılıqlı təsirinin nəticəsidir (Qoldşteyn G.);
İnnovasiya - idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə növü almaq məqsədilə yeniliyin tətbiqinin son nəticəsidir (İlenkova S.V.);