1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları


İnnovasiya iqtisadiyyatının formalaşdırıldığı



Yüklə 189,87 Kb.
səhifə8/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
innovasiya-converted

4.İnnovasiya iqtisadiyyatının formalaşdırıldığı


şəraitdə insan amilinin rolu

Elmi, iqtisadi, texniki və sosial kateqoriya olan “innovasiya” anlayışı “innovation” ingilis sözündən yaranmışdır ki, bu da “yenilik” mənasını verir. Lakin bu anlayış öz məcrasından çıxaraq - yeniliyin yaranması, həyata keçirilməsi, maddiləşdirilməsi və bu kimi digər anlayışları və prosesləri özündə əks etdirir. İnnovasiyaya olan baxışlar müxtəlifdir. Odur ki, innovasiyaya müxtəlif təriflər verilmiş və o müxtəlif formada izah edilir. Bunlardan bəzilərini qeyd edək:



      • innovasiya (yenilikşünaslıq) - istehsal orqanizminin ilkin strukturunda gedən dəyişikliklərdir, yəni onun daxili strukturunun yeni vəziyyətə keçirilməsidir;

      • innovasiya - yeni praktiki vasitələrin yaradılması, yayılması və istifadə edilməsinin kompleks prosesidir(insanlarm məlum tələblərinin daha yaxşı təmin edilməsi üçün yeniliklərdir);

      • innovasiya - yeni texnoloji ideyaların , təkliflərin elmi- texniki qərarların praktiki tətbiq edilməsi və həyata keçirilməsidir;

      • innovasiya yeni texnologiya şəklində yeniliklərin, məhsul və xidmət növlərinin, istehsal, maliyyə, kommersiya və inzibati xarakterli təşkilati-texniki və sosial-iqtisadi qərarlardan mənfəətlə istifadə edilməsidir. Bunlar təşkilatın yüksək mənfəətlə işləməsini təmin edir;

  • innovasiya - aparılmış elmi tədqiqatların və xidməti kəşflərin istehsala tətbiq edilən (əvvəlki analoqlardan fərqli) obyektlərdir;

  • innovasiya - idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə qazanılması məqsədilə həyata keçirilən yeniliyin son nəticəsidir (Fatxuddinov R.A.) [93, s. 17-18];

Beləliklə, innovasiya - müxtəlif sahələrdə yeniliklərin, yeni ideyaların, qaydaların yaradılması və təcrübədə istifadə edilməsi prosesidir.

Qeyd edilən, innovasiyaya (yeniliyə) verilən təriflərin təhlilinə əsaslanaraq aşağıdakı nəticələrə gəlmək olar:



  • konkret vəziyyətlərdə çoxlu sayda obyeklərin, sistemlərin, müəssisələrin, ümumilikdə cəmiyyətin bir vəziyyətdən ondan daha təkmil, daha üstün olan başqa bir vəziyyətə keçməsi müəyyən yeniliyi tələb edir. Bu isə innovasiya ilə əlaqədar olduğundan ona çoxlu sayda təriflərin verilməsinə imkan yaradır;

  • daha təkmil vəziyyətə keçmək bir sıra yeniliyin - yeni vasitələrin, üsulların, məhsulların, metodların, texnologiyaların işlənilməsi, tətbiqi və yayılmasını tələb edir;

  • innovasiyaya - yeni elmi biliklər çoxluğunun reallaşması kimi baxılarsa, təcrübi olaraq müvafiq sahədə onun tətbiqi müəyyən səmərə verməlidir.

  • innovasiyanın tədqiqinin obyekti və predmetinə görə ona bir nəticə, dəyişiklik kimi baxılmışdır.

“İnnovasiya” anlayışı beynəlxalq standatrlara müvafiq olan müstəqil iqtisadi kateqiriyadır.

İnnovasiya anlayışı “Fraskati Rəhbərliyi” (İtalya) və “Oslo rəhbərliyi” (Norveç) kimi beyləlxalq sənədlərdə öz əksini tapmışdır.

Bu sənədlərin hazırlanmasında iştirak edənlərin əksəriyyəti idarəetmə üzrə nəzəriyyəçilər və praktiklər olmuşlar.

Beynəlxalq standartlara görə innovasiyaya verilən tərif aşağıdakından ibarətdir:

İnnovasiya - innovasiya fəaliyyətinin son məhsuludur. Bu öz əksini müvafiq bazarda tətbiq edilmiş yeni yaxud təkmilləşdirilmiş məhsulda, bu və ya digər təcrübi fəaliyyətdə istifadə edilən yeni yaxud təkmilləşdirilmiş texnoloji proseslərdə yaxud da sosial sahədə yeni yanaşma üsulunda tapır.

Yeri gəlmişkən qeyd edək ki, innovasiyaya verilən belə təriflə razılaşmaq olmaz. Bu tərif “innovasiya məhsulu” anlayışına daha uyğundur. Digər tərəfdən, burada innovasiyaya verilən tərif innovasiyadan törəmə söz olan “innovasiya fəaliyyəti”nə əsaslanır. Fikrimizcə, innovasiyaya məhsul kimi deyil, bir proses kimi yanaşmaq daha düzgün olardı. Nəticədə, innovasiyaya aşağıdakı tərifi vermək olar:

İnnovasiya - müəyyən yenilik ideyasının yaranmasının, onun həyata keçirilməsi məqsədilə yerinə yetirilən məqsədyönlü ardıcıl, əlaqəli proseslərin məcmuidir.

İnnovasiya fəaliyyəti bu proseslərin yerinə yetirilməsilə əlaqədardır. İnnovasiya prosesinin son nəticəsi isə alınan innovasiya məhsuludur.

İnnovasiya iqtisadi sahəyə aid olmaqla yanaşı- təhsil, elm, mədəniyyət sahələrinə habelə, hüquq və sosial münasibətlərə də aid edilə bilər.

İnnovasiya fəaliyyəti dedikdə - bütünlükdə yeniliklərə yeni və yaxşılaşdırılmış məhsulların (xidmətlərin) və onların istehsalının yeni üsullarının alınması məqsədilə elmi, elmi- texniki və intellektual potensial tədbirləri sistemi başa düşülür. Mütərəqqi yeniliklərin əksəriyyəti öz real təcəssümünü eimtutumlu və rəqabət qabiliyyətli məhsulların yaradılmasında tapır. Yeniliklərin yayılma diapazonu praktika əsasında genişlənir. Onların dəyəri insanla və onun tələbatı ilə kontaktda üzə çıxır. Dəyər münasibətləri bazar iqtisadiyyatında tənzimləmə amillərinin ayrıca bir qrupunu təşkil edir. Bu halda elm və texnika inkişaf etdikcə əmtəələrin dəyərində fiziki

əməkdən daha çox intellektual əmək sərfinə əhəmiyyət verilir. İnnovasiya prosesi müxtəlif resursların istehsal fəaliyyətinə cəlb edilməsilə bağlıdır. Əsas resurslar yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar olan tədqiqatlar və araşdırmalar aparılmasına, layihə - texnoloji və başqa işlərin yerinə yetirilməsi üçün investisiyalar və vaxt sərf olunur. Bütövlükdə, innovasiya fəaliyyəti sisteminə elm, texnologiya, innovasiya və təhsil kimi tərkib

hissələri daxildir.

Bu komponentlərdən hər hansı birinin olmaması innovasiya fəaliyyəti sisteminin bütövlüyünün pozulmasına gətirib çıxarır. Eyni qayda ilə, bütöv sistemin komponentlərindən birinin inkişafına lazımınca diqqət ye- tirilməməsi nəticəsində məhsulun rəqabətlilik qabiliyyəti aşağı düşəcəkdir, çünki, bu halda məhsulun elm tutumluluğu azalır, yaxud təhsil sahəsinə lazımınca diqqət yetirilməməsi təkcə yeni məhsullar yaradan təşkilatlarda və elmi müəssisələrdə deyil, eyni zamanda iqtisadiyyat sahələrində də kadr problemlərinin kəskinləşməsinə gətirib çıxarır. Demək olar ki, bütövlükdə, innovasiya fəaliyyəti sisteminində yuxanda nəzərdən keçirilən komponentlərin içərisində ən əsas ünsür insandır. Elm insanın tələbatına birbaşa və ya texnologiya, iqtisadiyyat və məişət vasitəsilə dolayı şəkildə təsir göstərir. Məqsədlərin, ideyaların və maraqların dəyişməsi ictimai istehsalda hökmranlıq edən texnoloji uklada adekvat olan yeni dəyərlərin inkişafına şərait yaradır. Buna görə də elmin inkişafının bir mərhələsinə xas olan dəyərlər başqa, daha mütərəqqi mərhələdə öz əhəmiyyətini itirə bilər.

Ölkələrin sosial-iqtisadi inkişafını öyrənən alimlər bu

nəticəyə gəlmişlər ki, birincisi - ölkələrin inkişafı N. Kondratyevin uzun dalğalar nəzəriyyəsinə müvafiq olaraq dalğavari gedir, ikincisi - sosial-iqtisadi inkişaf səviyyəsinə bir sıra amillər, o cümlədən texnoloji, sosial-siyasi, mədəni və bu kimi amillər təsir edir, üçüncüsü -ölkələrin inkişafının hərəkətverici qüvvəsi texnologiyanın və informasiyanın inkişaf səviyyəsidir.

XVII əsrin son illərindən bu günədək ölkələrin inkişafını təhlil edən alimlər müəyyən etmişlər ki, indiyədək ölkələrin inkişafı 5 inkişaf mərhələsi (ukladı) keçmişlər. Bu dalğalar təxminən 50 ildən bir təkrarlanır.

Birinci dalğa (1785-1835-d illər)- bu həmin dövrdə toxuculuq texnologiyasında gedən inkişaf və su enerjisindən istifadəyə (uklada) əsaslanaraq formalaşmışdır.

İkinci dalğa (1830-1890-cı illər)- buxar maşınlarının ixtira edilməsi nəticəsində dəmir yolu nəqliyytamın və xalq təsərrüfatının bütün sahələrində mexaniki istehsalların inkişafı ilə əlaqədar olan dövrdür.

Üçüncü dalğa (1880-1940-cı illər)- sənaye sahələri məhsullarının istehsalında elektrik enerjisindən istifadəyə, ağır maşınqayırma və elektrotexnika sahəsində bonıyayma məhsullarından istifadəyə, kimya sahəsində yeni kəşflərin müəyyən edilməsinə əsaslanır. Radiorabitə, teleqraf, avtomobil, təyyarələr yaradılır, əlvan metallardan aliminiumdan və plastik kütlədən və s. geniş istifadə edilməyə başlanıldı.

İrij firmalar, kartellər, trestlər yaranmağa başladı. Bazarlarda inhisarlar və oliqopoliyalar hökmranlıq etməyə başladi. Bank və maliyyə kapitalının təmərküzləşdirilməsinə başlanddı.

Dcfrdüncü dalğa (1930-1990-cı illər) - bu dalğa energetikanın daha sürətli inkişafına, bu sahədə neft və sintetilf materialların istehsalına əsaslanır. Eyni zamanda, yeni n^sil kompyuterlərin və onların proqram təminatının inkişafi etdirilməsi, radarlar yaradılması ilə əlaqədar olmuşdur. Atom enerjisindən əvvəlcə hərbi, sonra isə dinc məqsədlər üçün istifadə edilməsinə başlanılmışdır.

Fordun axın xətləri texnologiyasına əsaslanan kütləvi istehsallara başlanılmışdır.

Bazarlarda inhisar oliqapoliya rəqabətliyi hökmranlıq etmişdir. Bu dövrdə millətlər arası və transmilli şirkətlər dünyanın müxtəlif ölkələrinin bazarlarına bir başa investisiya yönəltməyə başladılar.

Beşinci dalğa (1985-2035)- mikroelektronika, informatika, biotexnologiya, genn mühəndisliyi, yeni enerji, material növlərinin alınması, kosmos fəzasının mənimsənilməsi, peyk rabitəsinin yaradılması və bu kimi nailiyyətlərə əsaslanır.

Ayrı-ayrılıqda fəaliyyət göstərən firmalar vahid iri və xırda firmalar şəbəkəsində birləşirlər və onların informasiya təminatı “İnternet” elektron şəbəkəsinin köməyilə yerinə
106

Şəbəkəyə daxil olan firmalar istehsal texnologiyası, məhsulun keyfiyyətinə nəzarət, innovasiyanın planlaşdırılması, xammal, material və hazır məhsulların bir təsərrüfatçılıq subyektindən digərinə çatdırılmasının “dəqiq-vax- tmda” prinsipi əsasında təşkili kimi işlərin həyata keçirilməsində birgə fəaliyyət göstərirlər. Ukladların hər birinin inkişafı müxtəlif mərhələlərdən keçmişdir ki, bu da ölkələrin iqtisadi artımına, bir-birindən fərqlənən müxtəlif səviyyəli təsir göstərmişdir. Köhnəlmiş ukladlar öz həlledici təsir gücünü tədricən itirmiş, fəaliyyətləri dövründə ölkələrdə yaradılmış milli varidatın tərkib hissələri olan istehsal, infrastruktur obyektlərini, elm, bilik və mədəni irsini, və s. miras qoyaraq aradan çıxmışlar. Müxtəlif dalğaların davametmə müddətləri 50-ildən çoxdur. Bunun əsas səbəbi, keçmiş dalğanın fəaliyyətinin itirilməsi dövrü ilə yeni dalğanın yaranması dövrünün müəyyən hissəsinin qismən üst-üstə düşməsi və sönmə dövrünün uzanması olmuşdur. Fikrimizcə, innovasiya proseslərinin sürətləndirilməsilə əlaqədar olaraq, gələcəkdə dalğaların davametmə müddəti qısalacaqdır. Beşinci texnoloji dalğanın ukladının dördüncü texnoloji-dalğanın ukladına nəzərən aşağıdakı üstünlüklri vardır: istehsalın və istehlakın fərdiləşdirilməsi; çevikliyin və müxtəlifliyin yüksəldilməsi; istehsalın avtomatlaşdırılması hesabına ekoliji gərginliyin azaldılması, enerji və materialların istehlakında israfçılığa yol verilməməsi; telekommunikasiya texnologiyalarına əsaslanmış kiçik şəhərlərlərdə istehsal müəssisələrinin yerləşdirilməsi vasitəsilə urbanlaşmanın qarşısının alınması və s.




  1. Yüklə 189,87 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin