1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları


Regional innovasiya siyasətinin prinsipləri və funksiyaları



Yüklə 189,87 Kb.
səhifə11/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
innovasiya-converted

Regional innovasiya siyasətinin prinsipləri və funksiyaları

Regional innovasiya siyasəti konsepsiyası aşağıdakı prinsipal müddəalar əsasında işlənilir:

regional məqsədlər ölkənin elmi-texniki və innovasi- yanın inkişafı konsepsiyasının əsas müddəaları nəzərə alınmalıdır və ölkənin strateji məqsədləri ilə ziddiyyət təşkil etməməlidir;

regional məqsədlər regionun spesifik tələbatlarını regional proqramın məqsədləri resuslar və imkanların mövcudluğunu nəzərə almalıdır.



Regional innovasiya siyasəti və onun dövlət tərəfindən tənzimlənməsLmetodları aşağıdakıları nəzərə almalıdır:

  • innovasiya fəaliyyəti inkişafının normativ-hüquqi əsaslarının işlənilməsi;

-regional innovasiya prosesləri monitorinqi sisteminin daxil edilməsi;

  • innovasiya fəaliyyətinin istifadə edilməsinə yönəldilən iqtisadi və təşkili mexanizmlərinin işlənilməsi;

  • innovasiya layihələrinin müstəqil ekspertizasını təmin edən innovasiya sferasında fəaliyyət göstərən ekspert sistemlərinin yerləşdirilməsi və reallaşdırılması;

  • region üçün əhəmiyyətli olan məsələlər üzrə innovasiya layihələri müsabiqələrinin təşkili;

  • innovasiya məsələlərinin həlli üçün əlverişli mühitin yaradılması;

  • innovasiyanın mənimsənilməsinə istiqamətlənən regional innovasiya proqramlarının və məqsədli dövlət proqramlarının innovasiya bölmələrinin formalaşdırılması;

  • regional innovasiya fəaliyyətinin təmin edilməsi və stimullaşdırılmasına istiqamətləndirilən xüsusiləşdirilmiş innovasiya infrastrukturunun formalaşdırılması;

  • regionda elmin əsaslandırılmasına və innovasiya proseslərinin təsirliliyinin artırılmasına yönəldilən iqtisadi eksperimentlərin həyata keçirilməsi.

Regionların innovasiya inkişafı və təhlükəsizliyi strategiyası üzrə işçi qrupu yaradılmalıdır. İşçi qrupu aşağıdakı məsələləri müzakirə və bu məsələlər üzrə qərar qəbul etməlidir: regional subyektlərdə innovasiya texnologiyalarının inkişafının davam etdirilməsi;

  • fegional innovasiya strategiyası siyasətinin düzgün seçilməsi;

  • 'innovasiya texnologiyaları bazarının inkişafı və ölkəniiii innovasiya resurslarının irəlilədilməsi;

  • inəhsullann regional satışı mərkəzlərinin təşkili və innovajsiya sferasında peşəkar marketinq fəaliyyəti üçün kadrlafın hazırlanması;

  • I innovasiya fəaliyyətinə dəstək verən dövlət idarələrinin fəaliyyətlərinin uzlaşdırılması;

  • ali tədris məktəbləri nəzdində elmi-innovasiya mərkəzlərinin fonnalaşdırılmasının fəallaşdınlması;

  • ölkədə yüksək eimtutumlu innovasiya məhsullarına və yüksək texnologiyalara tələbatın yaradılması;

  • innovasiya siyasəti sferasında qanunvericilik fəaliyyəti strategiyasının işlənməsi;

  • regionlarda innovasiya siyasətinin saxlanılmasının kompleks tədbirlərinin işlənilməsi.

Regional innovasiya siyasətinin prioritet prinsipləri aşağıdakılardır:

    • regional innovasiya siyasətinin dövlət elmi-texniki siyasəti və fəaliyyətdə olan qanunvericiliklərlə uzlaşdırılması;

    • dövlət və regional səviyyədə innovasiya fəaliyyətinin funkisional bağlılığının təmin edilməsi;

    • elmi, elmi-texniki və innovasiya fəaliyyətinin regional hakimiyyət orqanlarının səlahiyyəti çərçivəsində tənzimlənməsi mexanizminin işlənilməsi və tətbiqi;

  • innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının, rejim və metodlarının birliyinin təmin edilməsi; innovasiya fəaliyyəti subyektlərinin dövlət təsiri və özünütənzimləmə metodlarının səmərəli uzlaşdırılması;

  • elmi və elmi-texniki informasiyanın azad əlyetər olması üçün şəraitin yaradılması;

-rəqabətin və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi;

-elmin və texnikanın inkişafının prioritet istiqamətləri üzrə informasiya bazasının yaradılması;

-elmi-texniki innovasiya fəaliyyətinin stimullaşdırıl-

ması;


beynəlxalq və regionlararası elmi-texniki

əməkdaşlığa köməklik edilməsi;

-region subyektlərinin innovasiya siyasətinin reallaşdırılmasında ardıcıllığın müəyyən edilməsi;

innovasiya layihələrinin dövlət tərəfindən dəstəklənməsi müsabiqəsinin təşkil edilməsi;



  • innovasiya fəaliyyətinin bütün subyektləri üçün bərabər imkanların təmin edilməsi;

  • regional elmi tədqiqatların dövlət və beynəlxalq elmi-texniki proqramlarına inteqrasiyası.

Regional innovasiya fəaliyyətinin stimullaşdırılması və idarə edilməsi üsulları daha çox idarə etmə orqanlarından, innovasiya -inkişafı konsepsiyasının tərkibi və proqramlarından və eləcə də regionlarda yaradılan innovasiya infrastrukturu obyektlərindən asılıdır.

Bu ilkin şərtlərə əsaslanaraq regionda innovasiya əsaslarında sosial-iqtisadi mexanizm yaradılır. Ilk mərhələlərdə elm və istehsalın səmərəli qarşılıqlı əlaqəsi


271

təmin edilir və bütün reallaşdınlma mərhələlərində lazımi maliyyə resursları cəlb edilir.

inkişaf etmiş ölkələrdə innovasiya fəaliyyətinin stimul- laşdınlması tələb olunan innovasiya məqsədləri və prioritetləri problemlərinin işlənilməsi müxtəlif ekspet qruplarının yaradılması, onların müxtəlif idarə orqanları ilə qarşılıqlı əlaqələri vasitəsilə həll edilir. Ölkəmizdə bu qrum yaradılacaq “Regional elmi-texniki koordinasiya Şurası” adlandırıla bilər.

Onun əsas vəzifələrinə aşağıdakılar aiddir:



  • regionun elmi-texniki və innovasiya inkişafının uzun müdətli proqramının işlənilməsi;

  • elmi-texniki proqramların və layihələrin formalaşması və onların resurs təminatı üzrə təkliflərin işlənilməsi;

  • innovasiya layihəələrinin ekspertizası və həyata keçirilməsi;

  • regionda innovasiya fəaliyyətinin informasiya təminatının inkişafına köməklik göstərmək;

  • innovasiya fəaliyyətinin inkişafı üçün əlverişli şəraiti təmin edən normativ -hüquqi bazanın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

  • yerli büdcə vəsaitləri hesabına prioritet layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi;

  • regionun elmi-texniki və innovasiya inkişafının əsas göstəricilərinin monitorinqinin həyata keçirilməsi;

  • innovasiya sferası üçün kadrlar hazırlanmasının

təşkili;

yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq.Bir sıra regionlarda innovasiya sferasının bir inkişaf “lokomotivi” kimi “Pilotlayihə”-sinin işlənilməsi metodundan istifadə edilir. Təcrübədə belə layihələrə aşağıdakılar aid edilir:

  • idarə etmə orqanları strukturuna regionun innovasiya sisteminə kuratorluq edən bölmənin yaradılması; innovasiya fəaliyyətində iştirak edən müxtəlif hakimiyyət orqanları, müəssisə və təşkilatların qarşılıqlı əlaqəsi

  • müəssisə və təşkilatların perspektiv innovasiya layihələri paketinin formalaşdırılması, onların regional innovasiya inkişafı proqramına daxil edilməsi üçün ekspertizasının keçirilməsi;

  • regionun innovasiya inkişafının konsepsiyası və strategiyasının işlənilməsi; müəssisə və təşkilatların pasportunun formalaşdırılması, onların inkişaf prioritetlərinin seçilməsi;

  • regionda innovasiya fəaliyyətinin səmərəliliyini təmin edən infrastrukturun formalaşdırılması;

  • milli innovasiya sistemi ilə qarşılıqlı əlaqə, dövlətin məqsədli proqramlarına inteqrasiya;

  • regional innovasiya sisteminin qanunvericilik bazasının formalaşdırılması;

  • innovasiya texnologiyaları mübadiləsinin vahid informasiya mühitinin yaradılması;

  • elmi-texniki innovasiya fəaliyyətinin saxlanılması fondları ilə qarşılıqlı əlaqə, regionda vençur invest- isiyalaşdırma fondunun yaradılması.

Ərazi-sənaye zonalarının yaradılmasının stimullaşdırıl- ması prosesində şəhərlər çərçivəsində xüsusi proqramlar işlənilməlidir. Prinsipcə bu proqramlardan aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:

  • kredit maliyyə təminatı hesabına regionun müəssisələrinin inkişaf etdirilməsi;

  • vergi və gömrük güzəştləri, enerji resurslarına tariflərin azaldılması, büdcəyə olan borcların və enerji resurslarının ödənişi borclarının restrukturlaşdırılmasının həyata keçirilməsi hesabına yerli eimtutumlu məhsul istehsalçıları üçün ən əlverişli şərait yaratmaq rejiminin təmin edilməsi;

  • vergi və başqa güzəştləri təmin edən, xususi zonaya cəlb olunan iştirakçı statusunun hesabına yerli və xarici firmaların innovasiya fəaliyyətinin stimullaşdırılması;

  • baza müəssisələrində yüksək ixtisaslı kadrların elmi- texniki potensialının saxlanılması və s.

  • müəyyən nomenklaturalı elektron texnikası məmulatlarının icra hakimiyyəti orqanlarının sifarişi isə zəmanətli alışı üçün şəraitlərin yaradılması.

Regional proqramlarda qoyulmuş məqsədlərə nail olunması yolları və vasitələrinə xüsusi diqqət yetirmək, elmi sferada struktur və institusional dəyişikliklərə, regional innovasiya infrastrukturu inkişafina fərqli yanaşmaq məqsədə uyğundur (fondlar, banklar, vençur firmaları, elmi-texniki parklar, biznes-inkubatorlar), innovasiya fəaliyyətinin təşkilatı, informasiya, hüquqi, kadr, sosial- psixoloji təminatını mərhələlərlə vaxt üzrə, maliyyələşdirmə mənbələri və icraçılarla uzlaşdırmaq. Yalnız adı çəkilənlər məcmu şəklində reallaşdırılarsa, onda regionlarda innovasiya fəaliyyətinin səmərəli idarə edilməsinə nail olunar.


  1. Yüklə 189,87 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin