NAFTA-nın fəaliyyəti
Baxmayaraq ki, NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir, bu qurum həm də digər sahələri əhatə edir. NAFTA çərçivəsində əmək və ekoloji əməkdaşlıq sahəsində müqavilələr imzalanmışdır: NAAEC- North American Agreement on Ecological Cooperation və NAALC –North American Agreement Labour Cooperation.
NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətində deyillər. Bu onunla izah olunur ki, ABŞ xarici ticarətin 70 % qeyri-NAFTA dölətlərinin payına düşür. Buna görə də, ABŞ öz xarici siyasətində azad iqtisadi siyasət yürütmək istəyir. ABŞ-da Kanada ixracının 75-80 %-i həyata keçirilir (Kanada ÜMM 20 %). ABŞ- ın Kanada xarici investisiyalar üzrə payı 75 %-dir, Kanadanın ABŞ-da isə 9 %. Meksika ixracının 70- %-i ABŞ-a istiqamətlənib, ABŞ-dan idxal isə Meksika üçün 65 %-dir. Meksikaya qoyulan bir-başa investisiyaların ümumi payından ABŞ-ın payı 60 % təşkil edir. ABŞ ÜMM, Kanada ÜMM göstəricilərini 14,5 dəfə, Meksika ÜMM göstəricilərini isə 19 dəfə üstələyir.
Dostları ilə paylaş: |