ALADİ-nini məqsədləri
ALADİ-nin məqsədi, Latın Amerikası Azad Ticarət Zonası kimi fəaliyyət göstərən təşkilatın bazasında, yeni ümumi Latın Amerikası vahid bazarını yaratmaqdır.
ALADİ-nin stukturu
Təşkilatın tərkibi
Montevideo Müqaviləsinə əsasən, istənilən Latın Amerikası dövləti təşkolata üzv ola bilər. Bu müqaviləni ilk olaraq imzalamış ölkələr Argentina, Boliviya, Braziliya, Çili, Kolunbiya, Ekvador, Meksika, Paraqvay, Peru, Uruqvay və Venesueladır. 1999-cu ikdə Kuba Respublikası ALADİ-yə üzv olmuşdur. Təşkilatın üzvləri inkişaf səviyyəsinə görə 3 qruplaşmaya bölünür:
Daha çox inkişaf etmiş –Argentina, Braziliya, Meksika;
Orta səviyyəli – Venesuela, Kolumbiya, Peru, Uruqvay, Çili;
Az inkişaf etmiş – Boliviya, Paraqvay, Ekvador.
Təşkilatın strukturuna aşağıdakı orqanlar daxildir;
Baş Katiblik;
Xarici İşlər Nazirləri Şurası;
Qiymətləndirmə və Həmrəylik Konfransı;
Nümayəndələr Komitəsi;
Köməkçi orqanlar.
Dostları ilə paylaş: |