1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları



Yüklə 82,96 Kb.
səhifə31/53
tarix10.01.2022
ölçüsü82,96 Kb.
#107806
1   ...   27   28   29   30   31   32   33   34   ...   53
İnkişaf problemləri.

Ortaya çıxan yaxşı nəticələrə baxmayaraq(digər inkişaf etməkdə olan ölkələrin inteqrasiya qrupları ilə müqayisədə) MERKOSUR da digər inteqrasiya təşkilatlarının üzləşdiyi problemlərlə üzləşir.Üzv dövlətlərin müxtəlif tipli olması və onların iqtisadi inkişaflarının nisbətən aşağı səviyyədə olması bu təşkilatın qarşılaşdığı ən əsas problemlərdən biridir.

MERKOSUR çərçivəsində böyük və nisbətən güclü “yeni sənayeləşmiş ölkələr“ (Braziliya və Argentina) nisbətən zəif Uruqvay və Paraqvay ilə birləşməyə cəhd edirlər.Vahid sənaye rəqabəti şərtlərinin yaradılması Uruqvay və Paraqvayın sənayeləşməsinin zəifləməsinə gətirib çıxaracaq və bu da onları nisbətən güclü olan qonşulardan asılı vəziyyətə salacaqdır.Buna görə də onlar üçün davamlı olaraq ticarətdə bəzi güzəştlər tətbiq olunur.Bütün bunlara baxmayaraq Cənub konusunun zəif ölkələrində belə təsəvvür yaranır ki,onları “kasıb qohumlar“ kimi əldə saxlayırlar və onlara inkişaf etmiş ölkələrə sata bilmədikləri məhsulları satırlar.

Iqtisadçıların müşahidələri onu göstərir ki, MERKOSUR ölkələrinin qarşılıqlı ticarətində dünya bazarında rəqabət qabiliyyətliliyi aşağı olan məhsullar üstünlük təşkil edir.Nəticədə qarşılıqlı ticarət istehsalçılar üçün kömək rolunu oynamağa başlayır,amma daha inkişaf etmiş ölkələrin idxal olunmuş məhsullarını seçən istehlakçılar üçün bunun heç bir faydası yoxdur.Başqa inteqrasiya qurumlarının təcrübəsi onu göstərir ki,“ikincidərəcəli məhsullar“la qurulan qarşılıqlı ticarət heç də uzunmüddətli perspektivə malik deyil.Bunu da qeyd etmək lazımdır ki,Cənub konusunun ölkələri arasında regiondaxili məhsul dövriyyəsində yüksək texnologiya məhsullarının payı getdikcə artır:əgər 1970-ci ildə maşınqayırma sahəsindəki hasilat 3,4 % idisə,1985-ci ildə-12,6%,1996-ci ildə isə – 16,4 % olmuşdur.




Yüklə 82,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin