ASEAN-ın məqsədləri
ASEAN-ın təsis edilməsi haqqında bəyannamədə, təşkilatın aşağıdakı məqsədləri öz əksini tapmışdır:
Cənub-şərqi Asiya ölkələrinin iqtisadi inkişafının, sosial və mədəni inkişafının sürətləndirilməsi;
BMT Nizamnaməsinin müddəalarına üyğun olaraq, sülh və regional stabilliyin qorunması;
İqtisadiyyat, mədəniyyət, elm, texnika və kadrların hazırlığı sahəsində aktiv əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsi;
Sənaye və kənd təsərrüfatı sahəsində daha effektiv əməkdaşlığın inkişaf etdirilməsi;
Qarşılıqlı ticarətin genişləndirilməsi və üz ölkələrin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi;
Digər beynəlxalq və regional təşkilatlarla möhkəm və qarşılıqlı əməkdaşlığın qurulması.
Həmin bəyannamədə həmçinin, qeyd olunurdu ki, ASEAN onun prinsipləri, məqsəd və əvzifələrini tanıyan bütün dövlətlər üçün açıqdır. 2003-cü ildə ASEAN liderləri bəan etmişdilər ki, AEAN üç təməl sütundan ibarətdir: ASEAN Təhlükəsizlik Cəmiyyəti, ASEAN İqtisadi Cəmiyyəti və ASEAN Sosial-Mədəni Cəmiyyəti
ASEAN ölkələri aşağıdakı fundamental prinsipləri öndə tuturlar:
Müstəqillik, suverənlik, bərabərlik, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququna qarşılıqlı hörmət;
Hər bir dövlətin xarici müdaxilədən azad olaraq siyasət yürütməsi;
Bir-birinin xarici əlaqələrinə qarışmamaq;
Mübahisə və münaqişələrin sülh yolu ilə nizama salınması;
Güc tətbiq etməmək və güclə hədələməmək;
Üzv ölkələr arasında effektiv əməkdaşlıq.
Dostları ilə paylaş: |