1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları



Yüklə 82,96 Kb.
səhifə53/53
tarix10.01.2022
ölçüsü82,96 Kb.
#107806
1   ...   45   46   47   48   49   50   51   52   53
Çin təcrübəsi çox əhəmiyyətlidir. Son 30 ildən artıq bir dövrdə Çin iqtisadiyyatı yüksələn xətlə tərəqqi edir. Həmin dövr Çinin xarici dünyaya açılması dövrü kimi xarakterizə edilir. Bu müddət ərzində Çinin universallaşması və qloballaşması sürətlə genişlənmişdir. Bu genişlənmə prosesində ənənəvilik və bəşəri universallığın (qloballaşmanın) optimal sintezi mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Çin bir çox baxımdan dünya təsərrüfatının dinamik inkişaf edən liderləri sırasına daxil olmuş və iqtisadi qloballaşmanın ən uğurlu iştirakçılarından biri hesab edilir .

Qloballaşmanın verdiyi üstünlüklərdən uğurla istifadə olunmasında Cənub-Şərqi Asiyanın yeni sənaye ölkələrinin (YSÖ) təcrübəsi keçid iqtisadiyyatı ölkələri üçün əhəmiyyətlidir. Qloballaşma inkişaf etməkdə olan ölkələrin (İEOÖ) ümumi strukturunda da köklü dəyişikliklərə yol açdı. YSÖ həmin qrup ölkələrin tərkibindən bir çox parametrlərə görə ayrılaraq, İEÖ-lər qrupuna yaxınlaşdılar. Bir sıra cəhətlər YSÖ-ni həm İEOÖ-dən, həm də İEÖ-dən əhəmiyyətli dərəcədə fərqləndirir. Bu xarakterik xüsusiyyətlər yeni sənayeləşmə modelinin yarandığını söyləməyə imkan verir, həm iqtisadiyyatın daxili dinamikası, həm də xarici iqtisadi fəaliyyət baxımından həmin ölkələrin təcrübəsi üçüncü dünya ölkələrində bir nümunə rolunu oynayır. YSÖ qrupuna daxil edilmək üçün BMT-nin müəyyən etdiyi metodikaya əsasən aşağıdakı meyarlar daxildir:

– adambaşına ÜDM-un miqdarı;

onun orta illik sürəti;

– ÜDM-da emaledici sənayenin xüsusi çəkisi 20 faizdən az olmamalıdır;

– sənaye məhsullarının ixracına həcmi və ümumi ixracatda xüsusi çəkisi;

– xaricə birbaşa kapital qoyuluşlarının həcmi.







Yüklə 82,96 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin