Avropa İttifaqının genişlənməsi, 1952-2007-ci illəri əhatə edir. Genişlənmə XXI əsrə hazırlaşan Aİ-ı üçün vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəli götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. Aİ indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının Qurulmasına aid Paris Anlaşması (1951) ilə, Avropa İqtisadi Birliyinin və EURATOM-un qurulmasına aid Roma anlaşması (1957), altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, Lüksenburq və Hollandiya. Aİ bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:
1957-ci il:Belçika, Fransa, Almaniya, İtaliya, Lüksenburq və Hollandiya (qurucu üzvlər)