1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları



Yüklə 82,96 Kb.
səhifə20/53
tarix10.01.2022
ölçüsü82,96 Kb.
#107806
1   ...   16   17   18   19   20   21   22   23   ...   53
NAFTA-nın yaranma tarixi
Şimali Amerika regionunda azad ticarət zonasının yaradılması bir sıra amillərlə şərtlənir:

  • iştirakçı ölkələrin coğrafi yaxınlığı və milli iqtisadiyyatların struktur oxşarlığı

  • ölkələr arasında sıx ticarət əlaqələri və genişlənən istehsalın əlaqələndirilməsi;

  • Amerikada TMK-ların Kanada və Meksikada və Kanada TMK-ların ABŞ-da genişlənən şəbəkəsi

ABŞ, Kanada və Meksika arasında əmtəələrin və xidmətlərin azad ticarəti prosesində NAFTA yeni bir mərhələdir. Qərbi Avropadan fərqli olaraq, Şimali Amerikada Təsərrüfat kompleksinin yaradılması üçün impulslar “aşağıdan yuxarı” istiqamətdə, yəni, amerikan və kanadalı şirkətlərin əməkdaşlığa meyl etməsi istiqamətində getmişdir. Bu o deməkdir ki, əgər Avropada əvvəlcə müqavilələr bağlanmış və sonra iqtisadi əlaqələr inkişaf etmişdirsə, Şimali Amerikada əvvəlcə iqtisadi əlaqələr inkişaf etmiş və sonra onlar müqavilə çərçivəsinə salınmışdır. XX əar boyu ABŞ və Kanada arasında kapitalın, əmtəələrin işçi qüvvəsinin azad hərəkəti sayəsində sərhədlər şəffaflaşırdı. Şimali Amerikada İnteqrasiya üçün birinci addım, “Ebbot planı” olmuşdur. Bu plan 1947-ci ildə qəbul edilmişdir. Və əsas məqsədi, Kanada iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarını cəlb edilməsidir. 1959-cu ildə, ABŞ və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlamışlar. Bu da Merika standartlarının kanada istehsalına daxil olmasına şərait yaratmışdır.1965-ci ildə, avtomobil istehsalı sahəsində ticarətin liberallaşması haqqında müqavilə imzalanmışdır. ABŞ , Kanada və Meksikanın ticarət birliyi ideyası, 1970-ci illərdən reallaşmağa başladı. Əvvəlcə söhbət enerji birliyinin yaradılmasından gedirdi. Bu tip ideya 1980-ci illərdə reyqan və Buş tərəfindən təklif olunmuşdur. ABŞ və Kanada arasında iqtisadi münasibətlərin keyfiyyətcə dəyişməsi,1988-ci ildə dövlət səviyyəsində azad ticarət haqqında Amerika-Kanada müqaviləsinin bağlanması ilə şərtlənirdi. Müqavilə əmtəə və xidmət ticarətində (nəqliyyat, telekommunikasiya, kompüter, maliyyə sistemləri, turizm) məhdudiyyyətlərin qarşılıqlı aradan qaldırılması öhdəliyini, Kanada ərazisində maliyyə-kredit sistemində xarici mülkiyyyətə olan məhdudiyyətlərin və eynilə ABŞ və Meksika iqtisadiyyatların qarşılıqlı əlaqəsini artırdı. 1992- ci ildə Meksika Amerika-Kanada ticarət müqaviləsinə qoşuldu. NAFTA ərazisində inteqrasiya prosesləri, Avropa İttifaqı inteqrasiyasına bənzər getməli idi: ABŞ, Kanada, Meksika əmtəələrin, kapitalın, işçi qüvvəsinin, texnologiyaların ümumi bazarın yaradılması və üç dövlətin vahid təsərrüfat orqanizminin formalaşdırılması. NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır – Canada – US. Free Trade Agreement – CUSFTA. Bu müqaviləyə görə 10 il ərzində Şimali Amerikanı birləşdirən azad ticarət zinası yaradılmalı idi. Meksikanın birləşməsi isə , 1990-cı ildən başlamışdır. İki il sonra isə, üç dövlət arasında müqavilə bağlanmışdır. Müqavilə 1994-cü ildən qüvvəyə minmişdir.



Yüklə 82,96 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin