NAFTA-nın strukturu
Şimali Amerika inteqrasiya kompleksinin srukturu, avropa inteqrasiya modeli ilə müqayisədə özünəməxsus xarakterə malikdir. Yuxarıda qeyd edildiyi kimi , NAFTA dövlətüstü qurum deyil, sadəcə azad iqtisadi zonadır. Əsas fərqlərdən biri, ABŞ, Kanada və Meksika iqtisadiyyatınınbir-birindən asılılığının assimmetrik olmasıdır. Msələn, Meksika və kanadanın təsərrüfat stukturlarının qarşılıqlı əlaqəsi və fəaliyyəti, Kanada-Amerika və Meksika-Amerika inteqrasiyasının miqyasına nisbətən azdır. Kanada və Meksika, amerika əmtəə və işçi qüvvəsi bazarında rəqibdirlər və onlar amerikan korporasiyalarının kapital və texnologiyasının cəlb edilməsi uğrunda “mübarizə” aparırlar.
NAFTA-nın stukturu mükəmməl deyil. Bu ondan irəli gəlir ki, NAFTA daxilində də yalnız bir iqtisadi güc var- ABŞ. Bu mərkəzləşmə idarəetməni asanlaşdırır ( lider ölkə daha zəif tərəfdaşlarına öz şərtlərini qəbul etdirir), lakin eyni zamanda mübahisələrə gətirib çıxarır. Buna görə də NAFTA daxilində xüsusi güclü müxanizmə malik olan qurum yoxdur. İki əsas orqan –Azad Ticarət komissiyası və Katiblikdir. Komissiya, NAFTA-nın mərkəzi təşkilati institudur. Komissiya, ticarət nazirləri səviyyəsində fəaliyyət göstərir və üçtərəfli müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı yaranan hər hansı bir mübahisəni həll edir. Əgər dövlətlərdən hər hansı biri kmissiyanın qərarı ilə razılaşmırsa, həmin dövlətə qarşı üzv dövlətlər tərəfindən ticarət və müxtəlif sanksiyalar tətbiq olunur. Katiblik isə, inzibati-texniki məsələlərin həlli ilə məşğuldur.
Dostları ilə paylaş: |