Latın Amerikası İnteqrasiya Assosiasiyası (ALADİ) Latın Amerikası İnteqrasiya Assosiyasiyası, Latın Amerikası ölkələri arasında ən iri ticarət-iqtisadi inteqrasiya qruplaşmasıdır. Təşkilat, 1980-ci ildə təsis edilmişdir. LAİ-nin yaradılmasının əsas məqsədi, Latın Amerikası regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaqdır. LAİ-nin 11 üzvü var (Mərkəzi və Cənubi Amerika dövlətləri). Üzv dövlətlər öz aralarında preferensial ticarət haqqında razılaşma imzalayırlar. Nəzərdə tutulur ki, nisbətən daha çox inkişaf etmiş dövlətlər, daha az inkişaf etmişlərə ticarət sahəsində güzəştlər edir. LAİ üzvləri üç qrupa bölünmüşdür: daha çoxinkişaf etmiş (Argentina, Braziliya, Meksika), orta səviyyəli (Velesuela, kolumbiya, Peru, Uruqvay , Çili) və az inkişaf etmiş (Boliviya, Paraqvay, Ekvador). Ümumilikdə təşkilat, 20 milyon km2 sahəni əhatə edir və ərazisində 493 milyaon əhali yaşayır. Təşkilatın qərərgahı Montevideo şəhərində (Uruqvay) yerləşir. Təşkilatın rəsmi dilləri, ispan və portuqal dilləridir.