1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları


Beynəlxalq inteqrasiya təşkilatları və Azərbaycan



Yüklə 82,96 Kb.
səhifə48/53
tarix10.01.2022
ölçüsü82,96 Kb.
#107806
1   ...   45   46   47   48   49   50   51   52   53
6. Beynəlxalq inteqrasiya təşkilatları və Azərbaycan
Avropa İttifaqı və Azərbaycan
Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini, Avropa İttifaqı ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın strateji mövqeyi, Aİ –nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Aİ öz Xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır.1991-ci ildən bəri Azərbaycan Aİ-dən 400milyaon avro dəyərində humanitar, texniki, ərzaq yardımı almışdır. Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyul 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. Müqavilənini məqsədləri aşağıdakılardır:

  • Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;

  • Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;

  • Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə,elmi, texniki və mədəni əməkdaşlıq;



Yüklə 82,96 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin