Kapital xərcləri (xidməti) göstəriciləri
2.24. Kapital xərcləri (xidməti) məhsul buraxılışına kapital amilinin təsirini ifadə edir. Kapital qalığı aktivlər və passivlər balansında tam bərpa dəyərində göstərilir və balansın tərtib edildiyi tarixə kapitalın mövcud vəziyyətini nəzərə alır.
Fəaliyyət sahələrində səmərəliliyin öyrənilməsi üçün aktivlərin vəziyyətini nəzərə almaq lazımdır. Bu zaman ilkin informasiya kimi aktivin ümumi (tam) bərpa dəyərindən istifadə edilir.
2.25. Məhsuldarlığı hesablamaq üçün kapital xidməti fiziki həcm indeksini aşağıdakı kimi hesablamaq lazımdır.
1) Cari və sabit qiymətlərdə aktivlərin orta illik qalıqlarının ümumi (tam) bərpa dəyəri hesablanır.
Müxtəlif xidmət müddəti olan aktivlər carı və yaxud müqayisə dövrü üçün tam bərpa dəyərində yenidən qiymətləndirilir. Beləliklə, cari və sabit qiymətlərdə əsas fondların tam bərpa dəyərinin, orta illik qalıqlarının dinamikası tərtib edilir. Əsas fondların orta illik qalıqlarının qiymətləndirilməsi metodu “Milli hesablar sistemində əsas kapitalın istehlakının hesablanması metodologiyası”nda verilmişdir (MDB, 2006).
2) Səmərəliliyin standart vahidində cari və sabit qiymətlərdə kapital qalığı dəyərinin müəyyən edilməsi.
Təhlil göstərir ki, köhnə aktivlərin xidmət qabiliyyəti (həcmi) aşağı olduğu üçün, onların səmərəliliyi də aşağı olur. Səmərəliliyi hesablamaq üçün aktivlərin xidmət müddətindən asılılığı modeli tərtib edilir. Aktivin səmərəliliyinin onun xidmət müddətindən asılılığı modeli aktivin məhsuldarlığının onun xidmət müddətindən asılı olaraq azalmasını ifadə edir. Bəzi hallarda aktivlər sıradan çıxana kimi xidmət göstərmək qabiliyyətini dəyişmir (məsələn, elektrik lampası). Digər hallarda aktivin xidmət göstərməsi bərabər (xətti dəyişir), sabit təcillə (həndəsi artır), artan təcillə (hiperbolik artım) dəyişir.
Aktivlərin növündən asılı olaraq, səmərəliliyi müəyyən etmək üçün müxtəlif modellərdən istifadə edilir. KLEMS layihəsində isə səmərəliliyin xidmət müddətindən asılılığı üçün həndəsi artım modeli götürülür. Bu modelin əsasında əmsallar müəyyən edilir. Bu əmsal köhnə aktivin cari ildəki səmərəliliyinin yeni aktivin səmərəlilyinə nisbətini xarakterizə edir. Hesabat dövründə hər bir aktivin qalıq dəyərini müəyyən etmək üçün əmsal (aktivin xidmət müddəti) aktivin hər il üçün hesablanmış əmsalı ilə tapılır. Aktivlərin orta illik qalıq dəyəri aktivlərin növləri üzrə cari və sabit qiymətlərdə tam bərpa dəyəri üzrə alınmış əmsallara vurulur. Bu hesablama 4-cü əlavədə daha geniş verilmişdir.
3) Aktivlərin növünə görə səmərəliliyin standart vahidində kapital qalığının fiziki həcm indeksi sabit qiymətlərdə bu qalıqların dəyərinə əsasən hesablanır.
4) Kapitaldan gələn ümumi gəlirin tərkibində hər bir aktivin payı hesablanır (kapital xidmətinin haqqı).
Bunun üçün hesabat dövrünün cari qiymətlərdə hər bir aktiv üzrə səmərəliliyin standart vahidində kapital qalığının dəyəri, kapitalın gəlir normasına vurulur. Kapitalın gəlir norması hər bir kapital növü üçün hesablanır. Alınmış göstəricilərə görə ümumi kapital gəliri tapılır.
5) Kapital xidmətinin ümumi fiziki həcm indeksinin hesablanması.
Bunun üçün aktivlərin növü üzrə səmərəliliyin standart vahidində qalıq kapitalının fiziki həcm indeksi ümumi gəlirdə müvafiq aktivin payına görə tapılır və ümumi indeksə aqreqasiya olunur. Beləliklə, kapital xidməti indeksi konkret aktivdə maddiləşən texniki tərəqqinin təsirini, kapitalın səmərəliliyinin zamana görə azalmasını, aktivlərin gəlir gətirmə qabilliyətini əks etdirir.
2.26. İndiki mərhələdə məhsuldarlığın hesablanması üçün kapital dedikdə, ancaq əsas fondlar başa düşülür. Məhsuldarlıq artımını müəyyən etmək üçün digər növ kapitallar da nəzərə alınmalıdır (xüsusən, torpaq və maddi dövriyyə vəsaiti). Əgər onları nəzərə almasaq, onda həmin kapitalın hesabına alınmış gəlirin bir hissəsi əsas fondun hesabına yazılır. Bu nöqsanı aradan qaldırmaq üçün torpağı və maddi dövriyyə vəsaitlərini qiymətləndirmək və bu kapital növləri üçün gəlirlilik norması hesablamaq lazımdır.
Maddi (material) dövriyyə vəsaitlərinin qalıqlarının dəyişməsi ÜDM-in hesablanmasında istifadə edilir. Bu göstərici əsasında maddi dövriyyə vəsaitlərinin qalıqlarını qiymətləndirmək və həmin kapitalın yaratdığı gəlirin payını tapmaq olur. Belə hesablamalar iqtisadi fəaliyyət növləri üzrə məhsuldarlığın hesablanmasının sonuncu mərhələsində yerinə yetirilir. Bu hesablamalar torpağın qiymətləndirilməsinə aid edilir.
2.27. Əsas fondların təsnifatının ilkin variantı MHS-nin iqtisadi aktivlər təsnifatında verilmişdir. Əsas fondların təsnifatı əsasən aşağıdakı kateqoriyalara bölünür:
AN.11 Əsas fondlar;
AN.111 Maddi əsas fondlar;
AN.1111 Yaşayış binaları;
AN.1112 Sair binalar və qurğular;
AN.1113 Maşın və avadanlıqlar;
AN.11131 Nəqliyyat avadanlıqları;
AN.11132 Digər maşın və avadanlıqlar;
AN.1114 Becərilən aktivlər;
AN.12 Qeyri-maddi əsas fondlar.
Məhsuldarlığın hesablanması üçün qeyri-yaşayış binaları və qurğuların tərkibinə-infrastruktur obyektlərini, sair maşın və avadanlıqların tərkibinə-kompüter və kommunikasiya avadanlıqlarını, qeyri-maddi əsas fondların tərkibindən proqram təminatını ayırmaq lazımdır (əsas fondların təsnifatı cədvəldə verilir).
Avadanlıqlar iqtisadi fəaliyyət növləri üzrə qruplaşdırılmalı, yəni kompüterlər, ofis avadanlıqları (yazı maşınkası, surətçıxarma avadanlığı və s.), həmçinin tibbi, nəzarət-ölçü və naviqasiya avadanlıqları müvafiq fəaliyyət növlərinə görə bölünməlidir.
2.28. Kapital xidməti indeksinin hesablanması üçün aşağıdakı informasiya tələb olunur.
Cədvəl 4
Kapital xidməti indeksinin hesablanması
Əsas fondların növləri
|
Əsas kapital qalığının ortaillik dəyəri
|
SSV-də əsas kapitalın fiziki həcm indeksi
|
Kapital gəliri norması
|
Kapital gəlirin payı
|
tam bərpa dəyəri
|
səmərəliliyin standart vahidində (SSV)
|
cari qiymət-də
|
sabit qiymət-də
|
cari qiymətdə
|
sabit qiymətdə
|
Binalar və qurğular
|
|
|
|
|
|
|
|
o cümlədən:
|
|
|
|
|
|
|
|
yaşayış binaları
|
|
|
|
|
|
|
|
qeyri-yaşayış binaları
|
|
|
|
|
|
|
|
sair qurğular
|
|
|
|
|
|
|
|
Maşın və avadanlıqlar
|
|
|
|
|
|
|
|
o cümlədən:
|
|
|
|
|
|
|
|
nəqliyyat avadanlığı
|
|
|
|
|
|
|
|
kompüter avadanlığı
|
|
|
|
|
|
|
|
kommunikasiya avadanlığı
|
|
|
|
|
|
|
|
sair maşın və avadanlıqlar
|
|
|
|
|
|
|
|
Becərilən aktivlər
|
|
|
|
|
|
|
|
Proqram təminatı
|
|
|
|
|
|
|
|
Digər qeyri-maddi əsas fondlar
|
|
|
|
|
|
|
|
2.29. İqtisadi fəaliyyət növləri üzrə kapital xərcləri (kapital xidməti haqqı) ÜDM-dən əmək xidməti haqlarının çıxılması ilə tapılır (maddə 2.17). ÜDM-ə ümumi mənfəət, ümumi qarışıq gəlirin bir hissəsi (ev təsərrüfatı mənfəəti), istehsala digər vergilərin bir hissəsi (əmək xidmətinə aid ediləndən başqa) daxildir.
Sahələr üzrə kapital gəliri norması standart səmərəlilik vahidində kapital gəlirinin əsas fondların qalıq dəyərinə nisbəti ilə tapılır. Gəlir norması əsas fondların növləri üçün bölünür və normallaşdırılır.
2.30. Sahələr üzrə kapital xidmətinin ümumi indeksinin hesablanması sxemi 5-ci cədvəldə verilmişdir.
Cədvəl 5
Sahələr üzrə kapital xidmətinin ümumi indeksinin hesablanması
Əsas fondların növü
|
Sətrin N-si
|
SSE-də əsas fondların qalığının orta illik dəyəri, cari qiymətdə
|
SSE-də əsas fondların orta illik dəyərinin fiziki həcm indeksi
|
Kapita-lın gəlir nor- ması
1)
|
Kapita-lın gəliri
|
Kapi-tal gəliri-nin payı
|
Kapital xidməti indeksi
|
A
|
B
|
1
|
2
|
3
|
4=1x3
|
5
|
6
|
Yaşayış binaları
|
1
|
|
|
|
|
|
|
Qeyri-yaşayış binaları
|
|
|
|
|
|
|
|
Sair qurğular
|
|
|
|
|
|
|
|
Nəqliyyat avadanlığı
|
|
|
|
|
|
|
|
Kompüter avadanlığı
|
|
|
|
|
|
|
|
Kommunikasiya avadanlığı
|
|
|
|
|
|
|
|
Sair maşın və avadanlıqlar
|
|
|
|
|
|
|
|
Becərilən aktivlər
|
|
|
|
|
|
|
|
Proqram təminatı
|
|
|
|
|
|
|
|
Digər qeyri-maddi əsas
fondlar
|
|
|
|
|
|
|
|
Cəmi
|
|
|
|
Süt. 4/süt.1
|
2)
|
1
|
|
1) əsas fondlar növünə görə mütəxəssis tərəfindən müəyyən edilir (sahələr üzrə bütövlükdə gəlir normasına uyğunlaşdırılır),
2) sahənin ümumi əlavə dəyəri ilə əmək xidməti haqqı arasında fərq.
Sahə üçün kapital xidmətinin ümumi indeksinin hesablanması aşağıdakı kimidir.
SSV-də əsas fondların dəyəri (sütun 1) və SSV-də əsas fondların fiziki həcm indeksi (sütun 2) cari və sabit qiymətlərdə əsas fondların orta illik qalıq dəyərinin dinamikasına əsasən tapılır. Bu, 3-cü əlavədə göstərilən metodla hesablanır. Fəaliyyət növləri üzrə kapital gəliri (sətir 11, sütun 4) ümumi əlavə dəyərlə əmək xidməti haqqının fərqinə bərabərdir.
Bütövlükdə sahə üçün kapitalın gəlir norması aşağıdakı kimi hesablanır:
Sətir 11, sütun 3 = sətir 11, sütun 4 / sətir 11, sütun 1
Kapitalın gəlir norması əsas fondların növləri üzrə (sütun 3,sətir 1-10) mütəxəssis tərəfindən bölünür. Sonra isə bütövlükdə sahə üzrə gəlir normasına uyğunlaşdırılır.
Əsas fondların növləri üzrə kapital gəliri (sütun 4,sətir 1-10) cari qiymətdə SSV üzrə əsas fondların dəyərinin (sütun 1) kapitalın gəlir normasına (sütun 3) vurulması yolu ilə tapılır.
4-cü sütunun məlumatları əsasında əsas fondların ayrı-ayrı növləri üzrə kapital gəliri (sütun 5) hesablanır.
Kapital xidməti indeksində (sütun 6, sətir 1-10) əsas fondların növlərinin təsiri SSV-də əsas fondların fiziki həcm indeksinin (sütun 2) kapital gəlirinin müvafiq hissəsinə vurulması (sütun 5) yolu ilə hesablanır.
Kapital xidmətinin ümumi indeksi (sütun 6, sətir 11) - SSV-də əsas fondların fiziki həcm indeksinin (kapital gəlirində payına görə çəkilmiş) cəmlənməsi yolu ilə alınır (sütun 6, sətir 1-10–un cəmi).
Dostları ilə paylaş: |