1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Başdan-başa statistik müayinə məlumatlarının



Yüklə 2,59 Mb.
səhifə25/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
3.9. Başdan-başa statistik müayinə məlumatlarının

əsasında seçmə aparılması
Başdan-başa statistik müayinə (siyahıyaalma) məlumatlarına əsasən statistik registrlər tərtib edilir. Həmin registrlərin tərtibi zamanı seçmə əlaməti əsas rol oynayır. Məsələn, kənd təsərrüfatının siyahıyaalınması üzrə məlumatlardan istifadə edərək, taxıl istehsalçılarının registri (siyahısı) tərtib edilir, taxıl istehsalçıları əkin sahəsinə görə qruplaşdırılır, baş məcmu normal paylanma qanunauyğunluğuna müvafiq qruplara bölünür.

Seçmə müayinəsinin aparılması üçün seçmə planı tərtib edilir. Seçmə planı üç hissəyə bölünür:



  • seçmənin həcminin müəyyən olunması;

  • yekun məlumatların işlənib hazırlanması (seçmə məlumatlarının baş məcmuya şamil edilməsi);

  • yekun məlumatların dəqiqliyinin qiymətləndirilməsi (xətanın hesablanması).

Seçmə metodologiyasının hazırlanmasına təsir edən mühüm amillər aşağıdakılardır:

  • cədvəllərin tərtibi;

  • seçmə metodu;

  • planlaşdırma və seçmə üçün mövcud material;

  • nəzərdə tutulan göstəricilərin variasiyası;

  • seçmənin həcmi;

  • yekun məlumatların dəqiqliyinə olan tələb;

  • xərclər.

Müayinə vahidlərinin ümumi məcmusu baş məcmu adlanır. Baş məcmu seçmənin əsas prinsipinə müvafiq tərtib edilməlidir. Seçmə qaydada müşahidəsi aparılan vahidlər seçmə vahidi adlanır. Seçmə vahidinin müəyyən olunması müayinənin aparılması üzrə texniki və metodoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Kənd təsərrüfatı statistikasında seçmə müayinə aparılan zaman aşağıdakı hallara təsadüf olunur:

  1. seçmə vahidləri müşahidə vahidlərinə uyğun olmalıdır;

  2. seçmənin bir vahidi müşahidənin bir neçə vahidini əhatə edə bilər (seriyalı seçmədə).

Seçmə metodundan asılı olaraq, baş məcmu qruplaşdırılır və hər bir qrupdan seçılmiş obyektlərdə müşahidə aparılır. Təcrübə göstərir ki, başdan-başa müayinə məlumatlarının paylanması ilə seçmə məlumatlarının paylanması üst-üstə düşmür. Çünki seçmə məlumatları daha aktualdır. Bu zaman seçmə müşahidəsinin xətası araşdırılmalı, xətaların seçmə metoduna və müşahidənin təşkilinə aid olduğu müəyyən edilməlidir. Ümümiyyətlə seçmə müşahidəsi zamanı aşağıdakı xətalar yaranır.

1. Seçmə ilə bağlı xətaların səbəbləri:



    1. Seçmənin təhrif olunması

      1. Seçmənin əsasında olan çatışmazlıqlar

      2. Seçmə metodunun tətbiqi nəticəsində təhriflər

      3. Qiymətləndirmə metodunun tətbiqi nəticəsində təhriflər

1.2 Təsadüfi xəta

2. Seçmə ilə bağlı olmayan xətalar:

2.1 Məzmun üzrə xətalar

2.1.1 Hazırlıq mərhələsində baş verən xətaların səbəbləri:

a) müayinənin aparılması üzrə konkret konsepsiyanın olmaması;

b) müayinənin aparılması qrafikinin olmaması;

c) sınaq müayinələrinin aparılmaması;

ç) müayinənin təşkilində xətalar;

d) sorğu vərəqəsinin tərtibində xətalar;

e) sorğu vərəqəsinin çapındakı xətalar;

ə) sorğu aparanların zəif təlimatlandırılması;

f) maliyyə təminatının aşağı olması.

2.1.2 Müayinənin aparılması mərhələsində xətalar:

a) respondentlər tərəfindən;

b) sorğu aparanlar tərəfindən;

c) məlumatların yığılması və köçürülməsi zamanı;

ç) sorğu vərəqəsinin qaydaya salınması və qaytarılması zamanı baş verir.

2.1.3 Məlumatların işlənməsi mərhələsində xətalar:

a) kodlaşdırma zamanı;

b) məlumatların kompüterə daxil edilməsi zamanı;

c) məntiqi yoxlama zamanı;

ç) yekun məlumatların hesablanması zamanı;

d) cədvəllərin tərtibi zamanı;

e) yekun məlumatların şərhi zamanı.

2.2 Seçmə planının icrası üzrə xətalar

2.2.1 Seçmə məcmusunun əhatəsi:

a) vahidlərin yoxluğu;

b) vahidlərin bir neçə dəfə təkrarlanması;

c) vahidlərin müayinə məcmusuna aid olmaması.

2.2.2 Sorğunun baş tutmaması:

a) vahidlər tapılmamışdır;

b) vahidlərin informasiyanın təqdim olunmasını imtina etmələri nəticəsində daxil edilməmişdir;

c) respondentin müayinə anına olan fəaliyyət növünün baş məcmunun məlumatları ilə üst-üstə düşməməsi.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin