1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Siyahıyaalma proqramının əsas müddəaları



Yüklə 2,59 Mb.
səhifə36/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   32   33   34   35   36   37   38   39   ...   62
4.1. Siyahıyaalma proqramının əsas müddəaları

Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasını apararkən Statistik vahidlərin dövlət registri əsas məlumat bazası hesab olunur. Statistik vahidlərin dövlət registrinə ümumi iqtisadi göstəricilər daxil edilmiş və hər il bu göstəricilər aktuallaşdırılır. Qeyd edilməlidir ki, aktuallaşdırma məhdud sayda statistik göstəriciləri əhatə edir. Fərdi sahibkarların və hüquqi şəxslərin demoqrafiyasına, fəaliyyətinə dair əsas məlumatların hər il toplanması böyük vəsait tələb edir. Hətta bəzən bu və ya digər səbəbdən mümkün olmur.

Dünya təcrübəsi göstərir ki, mövcud statistik hesabat sistemi “Senz” metoduna əsaslanan seçmə statistik müşahidələrlə əvəz edilir. Ona görə də siyahıyaalma proqramının tərtibi zamanı cari, illik müşahidələrin göstəricilərinin nəzərə alınması zəruridir. Belə ki, siyahıyaalma məlumatlarından istifadə etməklə müxtəlif təyinatlı registrlər tərtib edilir və bu registrlər cari, illik və birdəfəlik seçmə müşahidələrin aparılması üçün istifadə edilir. Seçmə müşahidələri aparmaq üçün seçmə şəbəkəsi və seçmə vahidləri seçmə əlamətlərinə uyğun seçilir. Kənd təsərrüfatı siyahıyaalınması üzrə mövcud təcrübə göstərir ki, registr müxtəlif göstəricilərə (əkin sahəsi, mal-qaranın baş sayı, texnika, işləyənlərin sayı və s.) görə yaradıla bilər. Əsasən istehsal faktorları (əkin sahəsi və s.) üzrə hazırlanmış registrlər tematik seçmə müşahidələrin aparılması üçün istifadə edilir. Belə registrin yaradılması zamanı seçmə əlaməti, seçmə vahidi əsas götürülür. Qeyd edilməlidir ki, siyahıyaalma zamanı toplanmış bütün göstəricilərin registrdə yerləşdirilməsi də məqsədəuyğun deyil və belə registrin aparılması, ona xidmət çətinləşir və əlavə vəsait tələb olunur. Odur ki, registrin aparılması zamanı lazım olan göstəricilərin optimal miqdarı və tərkibi müəyyən edilməli, həmin göstəricilərin siyahıyaalma zamanı toplanmasına xüsusi fikir verilməlidir.

Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasında iqtisadi fəaliyyətlə məşğul olan bütün vahidlərdən başdan-başa qaydada məlumatların toplanması nəzərdə tutulur. Lakin maliyyə vəsaitindən asılı olaraq bəzi sahələrin göstəriciləri seçmə qaydada toplanıla bilər. Bu halda, siyahıyaalma iki mərhələdə yerinə yetirilir. Birinci mərhələdə əsas məlumatlar, ikinci mərhələdə seçmə qaydada sahə üçün xarakterik məlumatlar toplanılır.

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq bütün hüquqi və fiziki şəxslər siyahıyaalma formalarına daxil edilmiş suallar üzrə tələb olunan məlumatları verməyə borcludur. Siyahıyaalınma formasındakı qeydlər yalnız icmal məlumatların alınması və statistik məqsədlər üçün istifadə edilir. Siyahıyaalma işçilərinə cavabların məzmunu haqqında, kimliyindən asılı olmayaraq, məlumatın hər hansı bir şəxsə verilməsi qadağandır.

Siyahıyaalmaya hazırlıq zamanı aşağıdakılar yerinə yetirilməlidir:


  • fərdi sahibkarların və hüquqi şəxslərin düzgün siyahısı müəyyən edilməli;

  • registr məlumatları aktuallaşdırmalı;

  • seçmə vahidləri və seçmə əlamətləri müəyyənləşdirilməli;

  • siyahıyaalma göstəriciləri müəyyənləşdirilməli;

  • siyahıyaalma formalarının layihəsi işlənib hazırlanmalı;

  • siyahıyaalma göstəriciləri ilə cari və illik müşahidə (hesabat) göstəriciləri uyğunlaşdırılmalı və s.

Siyahıyaalma xərclərini azaltmaq məqsədilə birinci mərhələdə əsas (ümumi) göstəricilər, sonra isə müəssisənin əsas fəaliyyət növündən (kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, tikinti və s.) asılı olaraq xarakterik göstəricilər üzrə məlumatlar toplanır. Əsas məlumatlar digər siyahıyaalma materiallarından (kənd təsərrüfatı), Statistik vahidlərin dövlət registrindən də götürülə bilər.

Aparılmış təhlil göstərir ki, fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınması proqramı aşağıdakı tipik məsələlərin həllini tələb edir:

- siyahıyaalmanın dövrünün və aparılma tarixinin dəqiqləşdirilməsi;

- siyahıyaalma üzrə əsas göstəricilərin müəyyən edilməsi;

- siyahıyaalma üçün istifadə ediləcək təsnifatların hazırlanması;

- siyahıyaalma üçün istifadə olunan sorğu vərəqlərinin hazırlanması;

- sınaq siyahıyaalınmasının keçirilməsi;

- qeyri-respondentlərin müəyyənləşdirilməsi;

- siyahıyaalma proqramına son düzəlişlərin edilməsi;

- təşkilat planının hazırlanması;

- məlumatların toplanması qaydalarının hazırlanması;

- məlumatların işlənməsi qaydalarının hazırlanması;

- çıxış cədvəllərinin hazırlanması;

- məlumatların yekunlaşdırılması qaydasının işlənməsi;

- yekun göstəricilərinin hazırlanması alqoritmi və s.




Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin