1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Statistik məlumatların keyfiyyət göstəriciləri



Yüklə 2,59 Mb.
səhifə8/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
2.1. Statistik məlumatların keyfiyyət göstəriciləri
Statistik tədqiqatların (başdan-başa və seçmə müşahidələr qaydasında) aparılması üsullarından və məlumatların işlənmə metodlarından asılı olaraq, yaranan səhvlər də müxtəlif olur. Bu səhvlərin azaldılması üçün statistik proqramlar tərtib edilir və statistik səhvlərin hesablanması, ölçülməsi və qiymətləndirilməsi məsələləri həmin proqramların mühüm hissəsi hesab edilir. Ümumiyyətlə, statistik səhvlərin aşkar edilməsi, qiymətləndirilməsi, onların diaqnostikası və profilaktikası aşağıdakı mərhələləri əhatə edir:

  1. Seçmə mərhələsi

    1. Baş məcmunun seçmə əlaməti üzrə hazırlanması

    2. Nümunələrin (vahidlərin) seçilməsi (seçmə şəbəkəsinin yaradılması)

    3. Seçmə prosesinin keyfiyyətinə nəzarət

  2. Müşahidə mərhələsi

    1. Sorğu vərəqəsinin hazırlanması

    2. Sayıcıların seçilməsi

    3. Sayıcıların hazırlanması

ç. Məlumatların toplanması

d. Müşahidə mərhələsinin keyfiyyətinə nəzarət



  1. Məlumatların hazırlanması mərhələsi

    1. Məlumatların daxil edilməsi

    2. Məlumatların redaktə edilməsi və bərpası

    3. Məlumatların hazırlanması prosesinin keyfiyyətinə nəzarət

  2. Məlumatların qiymətləndirilməsi

    1. Faktorların (çəkilərin) müəyyən edilməsi prosesi

    2. Yekunların hesablanması prosesi

    3. Qiymətləndirmə prosesinin keyfiyyətinə nəzarət

5. Təhlil, nəticənin nəşri və prezentasiyası

İqtisadiyyatın informasiya xidməti sektorunda sürətli inkişaf məlumatların istifadəçiləri tərəfindən keyfiyyətə (göstəricilərə) tələbatı dəyişmişdir. Məlumatların beynəlxalq standartlara uyğun keyfiyyətdə hazırlanması üçün 2001-ci ildə İsveçin Stokholm və 2004-cü ildə Almaniyanın Mayns şəhərlərində Avropa statistiklərinin konfransı keçirilmişdir. Konfransda əsasən aşağıdakı məsələlər müzakirə edilmişdir:

- müayinə və siyahıyaalma layihələri;

- müayinələrin təkmilləşdirilməsi;

- məlumatların işlənməsi;

- sorğu anketlərinin layihələndirilməsi;

- sorğuya cavab verməyən respondentlərin müəyyənləşdirilməsi;

- seçmədən kənar xətalar;

- inzibati məlumatlar;

- kompüterlərin köməyi ilə aparılan müayinələr;

- variasiya qiymətləndirilməsi;

- kiçik ərazilərin qiymətləndirilməsi;

- çəkilərin təyin edilməsi;

- meta məlumatlar (göstəricilərin formalaşma metodologiyası);

- statistik məxfilik;

- statistik məlumatların təqdimatı (prezentasiyası);

- keyfiyyət göstəriciləri;

- keyfiyyət hesabatları;

- keyfiyyət komponentləri;

- obyektin kompleks müayinəsi;

- milli hesabların keyfiyyəti;

- təkmilləşdirmə prosesi.

Demokratikləşmə statistik məlumatlara tələbatın ayrı-ayrı istifadəçilər (istehlakçılar) tərəfindən artmasına, eyni zamanda onun keyfiyyətinə də tələbatın dəyişməsinə səbəb olmuşdur. Statistik məlumat istifadəçiləri müxtəlif kateqoriyadan olduğu üçün, onun istehlak dəyəri də müxtəlif olur. Bazar iqtisadiyyatının tələb və təklif prinsiplərinə müvafiq olaraq, məlumatların metodoloji və keyfiyyət baxımından istifadəçilərin tələbatına uyğun formatda hazırlanması əsas məsələlərdən biri hesab edilir. Statistik məlumatların keyfiyyətinin yüksəlməsi üçün standartların hazırlanması və standartların statistika xidmətləri tərəfindən tətbiqi günün vacib problemidir.

Statistik məlumatların keyfiyyətini xarakterizə edən aşağıdakı standart göstəricilər müəyyənləşdirilmişdir.

- məlumatın faydalılığı;

- məlumatın dəqiqliyi;

- seçmənin reprezentativliyi;

- məlumatın zamana görə müqayisəliliyi;

- məlumatın əldə edilmə mümkünlüyü;

- məlumatın şəffaflığı;

- məlumatın əlaqəliliyi;

- məlumatın obyekti, hadisə və prosesi tam ifadə etməsi.

Məlumatların keyfiyyətinə həm istehsalçısı, həm də istehlakçısı nöqteyi nəzərindən yanaşılır. Ona görə də, məlumatların keyfiyyətinin qiymətləndirilməsi və onlara nəzarət iki funksiya vasitəsi ilə yerinə yetirilir. Birinci funksiyaya diaqnostika, monitorinq tədqiqatları, məlumat mənbələrinin qiymətləndirilməsi, səhvlərin aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilməsi daxildir. İkinci funksiya profilaktik - səhvlərin kəmiyyətini (ölçülərini) minimumlaşdırmaq tədbirlərindən ibarətdir. Səhvlərin profilaktikası onların diaqnostikasından daha səmərəli hesab edilir. Ona görə də, keyfiyyətli statistik məlumatların istehsalı üçün profilaktik tədbirlərin yerinə yetirilməsinə üstünlük verilir.

Diaqnostik işlər vasitəsi ilə əldə olunun məlumatlar informasiyanın işlənməsi sistemində əks əlaqə (rabitə) xarakteri daşıyır və tədqiqatın təşkilat planının (layihələrinin) hazırlanması zamanı daha optimal, reprezentativ seçmə şəbəkəsi yaradılması üçün istifadə edilir. Tədqiqatın keyfiyyətinin müəyyən edilməsi, səhvlərin hesablanması, onlar arasında qarşılıqlı əlaqələrin identifikasiyası keyfiyyətə nəzarət prosesinin əsas əməliyyatları hesab edilir. Tədqiqat zamanı əmələ gələn səhvlərin mənbələri keyfiyyətə dair hesabatlarda öz əksini tapır və burada ayrı-ayrı səhvlərin ölçüsü, yekun xətanın miqdarı göstərilir. Səhvlərin hesablanması və təhlili aparılmış tədqiqatın (müşahidənin) yararlılığı haqqında fikir irəli sürməyə imkan verir.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin