Göstəricilərin adları
|
İyun
|
Artan yekunla
|
Qeyd
|
Seçilmiş obyektlərin sayı
|
1500
|
18250
|
Aylıq/illik
|
Telefonla aparılmış sorğuların sayı, %
|
84.7
|
84.2
|
Əhatə dərəcəsi
|
Birbaşa respondentlərlə əlaqə, %
|
77.3
|
77.5
|
İlk əlaqə
|
Evdə hər hansı bir şəxslə əlaqə, %
|
78.2
|
77.9
|
Ikinci dəfə əlaqə
|
Mobil telefonla əlaqə, %
|
16.1
|
12.5
|
Üçüncü dəfə əlaqə
|
Sorğuya cavab vermə dərəcəsi, %
|
63.9
|
64.2
|
Cavab vermə dərəcəsi
|
Cavab verməkdən imtina dərəcəsi, %
|
0.9
|
1.3
|
Cavabdan imtina dərəcəsi
|
Ünsiyyət (dil) problemi, %
|
0.0
|
0.2
|
Cavabdan imtina dərəcəsi
|
İmtina və səbəbləri, %
|
12.5
|
11.9
|
Cavabdan imtina dərəcəsi
|
- vaxtı yoxdur, məşğuldur, %
|
1.8
|
2.0
|
|
- prinsipcə əməkdaşlıq edilməyib, %
|
5.5
|
3.6
|
|
- məlumatlardan doğru istifadə edilmir, %
|
0.0
|
0.2
|
|
- stifadə edilməyən müşahidə, %
|
0.2
|
0.1
|
|
- tədqiqatın nəticəsindən istifadənin qeyri- müəyyənliyi, %
|
0.0
|
0.0
|
|
- müşahidə maraqlı deyil, %
|
1.3
|
1.6
|
|
- digər səbəblər, %
|
3.7
|
4.6
|
|
Sayıcı işi sona çatdırmamışdır, %
|
0.1
|
0.1
|
Cavabdan imtina dərəcəsi
|
Əlaqə olmamışdır, %
|
22.7
|
22.5
|
Əlaqə olmama dərəcəsi
|
Sona çatdırılmış sorğuların sayı, %
|
76.3
|
71.7
|
Xətaların ölçüsü
|
Sayıcıların sayı
|
10
|
19
|
Aylıq/illik
|
Hər sayıcı tərəfindən aparılmış sorğuların sayı
|
96
|
616
|
Sorğuçuların sorğu yükü
|
Klasterlərarası korrelyasiya (gedişin sayı üzrə)
|
0.017
|
0.017
|
Sorğuçuların səmərəliliyi
|
Klasterlərarası korrelyasiya əmsalı (gündəlik gedilən yol üzrə)
|
0.0024
|
0.0016
|
Sorğuçuların səmərəliliyi
|
Variasiya əmsalı (gedişlərin sayı üzrə),%
|
2.8
|
0.8
|
Seçmə xətası
|
Variasiya əmsalı (gündəlik gedilən yol üzrə),%
|
9.9
|
2.7
|
Seçmə xətası
|
Əlavə 2
2 nömrəli keyfiyyət hesabatı.
Götəricilər
|
Sayıcılar (sorğuçular)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
Hər sayıcı tərəfindən ay ərzində aparılan sorğuların sayı
|
97
|
21
|
161
|
40
|
53
|
232
|
172
|
137
|
193
|
175
|
Sorğudan imtina edən obyektlərin sayı (vahidlər)
|
4
|
3
|
36
|
6
|
8
|
22
|
12
|
10
|
43
|
43
|
Respondentlərin secmə planını yerinə yetirmə % -i
|
89
|
100
|
88
|
96
|
94
|
92
|
86
|
98
|
93
|
92
|
Gün ərzində hər sayıcının gedişlərinin orta sayı
|
2.6
|
3.8
|
2.6
|
4.0
|
2.8
|
2.4
|
2.4
|
2.4
|
3.2
|
2.7
|
Gün ərzində hər sayıcının getdiyi orta yol
|
22.8
|
46.8
|
96.2
|
40.2
|
44.3
|
38.8
|
63.4
|
53.4
|
68.0
|
49.9
|
Ay ərzində hər adama düşən daha uzun yol
|
1.3
|
1.3
|
2.1
|
1.0
|
1.8
|
1.8
|
1.6
|
1.5
|
1.3
|
1.7
|
Gün ərzində bir adamın ayaqla qət etdiyi gedişlərinin orta sayı
|
1.01
|
0.76
|
0.39
|
0.81
|
0.54
|
1.04
|
0.30
|
1.41
|
0.56
|
1.08
|
Bir gedişdə dayanmaların orta sayı
|
0.71
|
0.83
|
0.44
|
0.59
|
0.48
|
0.97
|
0.38
|
1.59
|
0.41
|
0.90
|
Bir sorğunun aparılmasının orta müddəti, dəqiqə
|
26
|
30
|
24
|
31
|
35
|
28
|
23
|
26
|
27
|
23
|
Sorğuya başlamaq üçün sayıcının sərf etdiyi vaxt, %
|
4
|
0
|
5
|
0
|
9
|
5
|
2
|
16
|
4
|
1
|
Sorğuya başlamaq üçün res-pondentin sərf etdiyi vaxt, %
|
2
|
0
|
25
|
0
|
11
|
16
|
18
|
11
|
23
|
11
|
Bir sayıcı üzrə sorğu aparıl-mayan (non respond) vahid-lərin orta sayı
|
0.5
|
0.4
|
0.8
|
0.4
|
0.9
|
0.3
|
0.7
|
0.2
|
0.2
|
0.3
|
3. İqtisadi fəaliyyət sahələri üzrə iqtisadi səmərəliliyin
müəyyənləşdirilməsi metodikası
Müasir davamlı inkişaf nəzəriyyəsində inkişaf ekoloji, iqtisadi və sosial kapitala ayrılan xalis investisiyaların həcmi ilə müəyyənləşdirilir. Xalis investisiya isə ümumi investisiyadan kapitalın bərpasına ayrılmış investisiyanı çıxmaqla tapılır. İnkişafın bu konsepsiyasında ilk növbədə ekoloji, iqtisadi, sosial aktivlərin mühafizəsi, onlardan səmərəli istifadə və bərpası problemləri nəzərdən keçirilir. Əgər bu qanunauyğunluğun pozulması ilə inkişaf ekoloji aktivlərin hesabına baş verərsə, onda belə inkişaf uzunmüddətli olmur, gələcəkdə ekoloji aktivlərin bərpası daha çox vəsait tələb edir. Odur ki, qərb iqtisadçıları mühafizə prosesini bərpadan az riskli hesab edərək, mühafizəyə üstünlük verirlər.
Bazar münasibətləri şəraitində təbii, ictimai məhsuldar qüvvələrin artırılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması rəqabət qanunları, iqtisadi səmərəliliyin yüksəldilməsi hesabına təmin edilir. İqtisadi səmərəlilik ictimai səmərəliliyin tərkib hissəsi hesab olunur və onu təmin etmək üçün müxtəlif metodlardan istifadə edilir.
İqtisadiyyatın sahələrində səmərəliliyin müəyyənləşdirilməsi üçün BMT-nin tövsiyə etdiyi Milli Hesablar Sistemi (MHS) mühüm əhəmiyyətə malikdir. Lakin MHS-nin tətbiqi yeni məlumat infrastrukturunun yaranmasını, qiymət, maliyyə və s. statistikasının rolunun artmasını şərtləndirir. MHS-nin göstəriciləri iqtisadi inkişafın makro göstəricilərinin formalaşmasına, iqtisadi fəaliliyyət sahələri üzrə makro göstəricilərin qarşılıqlı müqayisəsinə imkan verir.
İstər planlı iqtisadiyyatda, istərsə də bazar iqtisadiyyatında səmərəliliyin öyrənilməsi və onun artırılması problemi elmi-tədqiqat obyekti olmuş və onun üçün iqtisadi-riyazi metodlardan, müasir texnika və texnologiyadan istifadə edilmişdir. Planlı iqtisadiyyat dövründə iqtisadi səmərəlilik statistikası xərclər və məhsul buraxılışı prinsipinə əsaslansa da, iqtisadiyyatın iyerarxik (makro, mezo, mikro) quruluşuna əsaslanmamışdır. Ancaq ümumi prinsiplər (daha az xərclə, daha çox məhsul istehsal edilsin, qənaət edilsin və s.) səmərəliliyin müəyyənləşdirilməsi metodunun əsasını təşkil edirdi.
Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası dövründə səmərəlilik konsepsiyasına daha geniş mənada yanaşmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyətinin nəticələrini nəzərə alaraq ekoloji, sosial, iqtisadi və maliyyə səmərəliliyi statistikasının təşkilinə ehtiyac yaranır. Səmərəliliyin müəyyənləşdirilməsi zamanı hər hansı bir amilin təsirinin nəzərə alınmaması, bərpasının təşkil edilməməsi inkişafın gələcək vəziyyətinə təsir göstərir.
Bazar iqtisadiyyatı şəraitində elmi cəhətdən əsaslandırılmış, dünya təcrübəsinə uyğun iqtisadi siyasətin işlənib hazırlanması və daim təkmilləşdirilməsi üçün səmərəlilik statistikası müasir tələblərə uyğun qurulmalıdır.
3.1. İqtisadi səmərəliliyin statistikası
Bazar iqtisadiyyatı şəraitində iqtisadi səmərəliliyin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici istehsalçılar arasında artan rəqabət iqtisadiyyatın uğurlu fəaliyyət göstərməsinin əsas amili kimi iqtisadi səmərəliliyin yüksəldilməsi zərurətini yaradır. Təbii ehtiyatların məhdudluğu da onlardan istifadənin səmərəliliyinin artırılmasını tələb edir.
Klassik mənada iqtisadi səmərəlilik iqtisadi fəaliyyətin nəticələrinin xərclərə nisbəti ilə xarakterizə olunur. İqtisadi səmərəlilik meyarı iki variantda ifadə oluna bilər:
1.İqtisadi amillərin tam istifadəsi ilə maksimum nəticəyə nail olunmasında;
2.İqtisadi amillərin minimum məsrəfləri ilə əvvəlcədən müəyyən edilmiş nəticəyə nail olunmasında.
İqtisadi səmərəlilik mürəkkəb iqtisadi kateqoriya olduğu üçün, onu hər hansı bir göstərici ilə xarakterizə etmək mümkün deyildir. Beynəlxalq statistikada iqtisadi səmərəliliyi xarakterizə etmək üçün çoxlu sayda göstərici tətbiq edilir ki, bunları da aşağıdakı kimi qruplaşdırmaq olar:
-
istehsalın və məhsulun rentabelliliyi;
-
əmək məsrəflərinin səmərəliliyi;
-
material məsrəflərinin səmərəliliyi;
-
enerji məsrəflərinin səmərəliliyi;
-
ekoloji kapitaldan (torpaq, su və s.) səmərəli istifadə;
-
iqtisadi kapitalın (əsas kapital və s.) səmərəli istifadəsi.
Bu göstəricilər mikro, mezo və makro səviyyədə, eyni zamanda iqtisadiyyatın sektorları (real, maliyyə, ev təsərrüfatı, dövlət və s.) üzrə hesablanır.
İqtisadi səmərəliliyin klassik düsturu (nəticə və məsrəf nisbəti) aşağıdakı kimidir:
Burada, S - iqtisadi fəaliyyətin səmərəliliyi;
N - iqtisadi fəaliyyətin nəticələri;
M - ehtiyatların ümumi məsrəfidir.
Səmərəliliyin artırılması xərclərin və nəticələrin müxtəlif nisbətlərində baş verə bilər:
- nəticələrin artımının xərclərin artımından çox olması ilə;
- nəticələrin dəyişməməsi və xərclərin azaldılması ilə;
- nəticələrin artırılması və xərclərin dəyişməməsi ilə;
- nəticələrin azaldılmasına nisbətən xərclərin daha çox azaldılması ilə;
- nəticələrin artırılması və xərclərin azaldılması ilə.
Bütün hallarda nəticələrin xüsusi çəkisinin artımı, daha doğrusu, istifadə olunmuş ehtiyatların vahidinə düşən nəticənin xüsusi çəkisinin artımı baş verir. Lakin daha optimal hal nəticələrin maksimumlaşdırılması və xərclərin minimumlaşdırıl-masıdır.
Makro və mezo səviyyədə nəticələrin uçotu üçün ümumi milli məhsul göstəricisindən, xərclərin uçotu üçün kapital qoyuluşları (investisiya) göstəricisindən istifadə olunur. Birinci göstərici digər nəticə göstəriciləri (ümumi ictimai məhsul, milli gəlir, mənfəət və s.) ilə müqayisədə nəticələri dəyər ifadəsində dəqiq ölçməyə imkan verir. Kapital qoyuluşlarının həcmi göstəricisi bütün ehtiyatların ümumi məsrəflərini ifadə edir. Beləliklə, iqtisadi səmərəlilik düsturu aşağıdakı kimidir:
Burada, Sm - makro səviyyədə iqtisadi səmərəlilik;
ΔÜDM - ümumi daxili məhsulun dəyişməsi;
KQ - kapital qoyuluşlarının həcmidir.
Statistika təcrübəsində ayrı-ayrı aktivlərdən istifadənin səmərəliliyini ölçmək üçün xüsusi göstəricilərdən də istifadə olunur: material məsrəflərinin ümumi milli məhsula nisbəti (material tutumu), əsas fondların ümumi milli məhsula nisbəti (fond tutumu), istifadə olunmuş əmək ehtiyatlarının ümumi milli məhsula nisbəti (əmək tutumu), enerji ehtiyatlarının ümumi milli məhsula nisbəti (enerji tutumu). Bunlardan başqa, fond verimi, torpağın məhsuldarlığı, istehlak olunmuş enerji vahidinə düşən ÜMM (ekoloji davamlılıq göstəricisi) və s. göstəricilərdən də istifadə olunur.
Təhlil göstərir ki, ehtiyatların sərfinə bir çox amillər (təbii, iqlim, texnoloji, istehlak və s.) təsir göstərir. Ona görə də, səmərəlilik göstəricisi müxtəlif olur, yəni hər hansı məhsulun istehsalı bu və ya digər ölkədə müxtəlif səviyyədə xərc tələb edir. Ehtiyatların sərfinə idarəetmənin, istehsalın və əməyin təşkili də təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, material ehtiyatlarının qənaətinin 80 %-i yeni texnika və texnologiyanın tətbiqi hesabına əldə edilir. Ehtiyatlara qənaət onların istifadəsinin bütün mərhələlərində (ehtiyatların hasilatı, emalı, məhsul istehsalı, istehlakı) baş verməlidir.
Səmərəlik göstəricilərinin səviyyəsinə görə inkişaf ekstensiv və intensiv olur. Ekstensiv inkişaf ehtiyatların istifadəsi həcminin artırılması, intensiv inkişaf isə ehtiyatların səmərəli istifadəsi vasitəsilə baş verir. İqtisadi inkişafa ekstensiv və intensiv amillərin birgə təsir göstərdiyi hallar da olur. İqtisadi fəaliyyətin intensivləşdirilməsi dedikdə, məhsul vahidinə ehtiyatların sərfinin azaldılması başa düşülür.
Dostları ilə paylaş: