1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Mikro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası



Yüklə 2,59 Mb.
səhifə14/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
3.2. Mikro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası
Mikro iqtisadiyyatın səmərəliliyi göstəriciləri makro, mezo iqtisadiyyatın səmərəliliyi göstəricilərindən prinsipcə fərqlənir. Qeyd edilməlidir ki, beynəlxalq təcrübəyə əsasən, mikro iqtisadiyyatın statistikasının təşkili üçün menecment uçotunun məlumat bazasından istifadə edilir. Ölkəmizdə menecment uçotunun beynəlxalq tələblərə uyğunlaşdırılması ilkin mərhələdə olduğu üçün, mikro iqtisadiyyatın səmərəliliyin hesablanması üçün elmi-metodoloji tədqiqatların aparılmasına ehtiyac yaranmışdır.

Bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyinə qiymət, valyutanın məzənnəsi, dövriyyə, kredit faizi, vergi, subsidiya, maliyyə bazarının konyunkturası və s. göstəricilər təsir edir. Mikro iqtisadi səmərəlilik göstəriciləri müəssisənin strateji planlaşması üçün öbyektiv informasiya mənbəyidir. Bu göstəricilərdən ayrı-ayrı fəaliyyət sahələrində istifadə edilir. Ona görə investisiyanın, ekologiyadan istifadənin (ətraf mühitin mühafizəsi və bərpası) səmərəliliyinin hesablanması üzrə elmi-metodoloji tədqiqatlar genişləndirilir.

Mikro iqtisadiyyatın səmərəliliyi statistikasında əsasən aşağıdakı göstəricilər-dən istifadə edilir:

- uzunmüddətli və cari aktivlərin hər vahidinə düşən gəlir;

- bir manat aktivlərə görə xalis məhsul buraxılışı;

- aktivlərin bərpası ücün gəlirin ayrılmış hissəsi;

- yığımın səmərəlilik əmsalı;

- yığım vahidinə görə istehlak;

- mənfəətin artımı;

- rentabellik və s.

- bir işçiyə dövriyyənin həcmi;

- bir işçiyə gəlirin məbləği;

- sərf edilən material ehtiyatı vahidinə görə gəlirin həcmi;

- sərf edilən material ehtiyatı vahidinə görə əlavə dəyərin həcmi;

- aktivlərin (cari və uzunmüddətli) hər vahidinə görə əlavə dəyər.

İşçi qüvvəsindən istifadənin səmərəliliyi göstəricilərini iki qrupa ayırmaq olar:

1) işçi qüvvəsindən istifadənin intensivliyini əks etdirən göstəricilər;

2) işçi qüvvəsindən və iş vaxtından ekstensiv istifadəni səciyyələndirən göstəricilər.

İşçi qüvvəsindən intensiv istifadə göstəricilərinə aşağıdakılar aiddir:

- əmək məhsuldarlığının səviyyəsi;

- məhsul və xidmətlərin əmək tutumu;

- əmək məhsuldarlığının və əmək haqqının artım sürətinin nisbəti;

- əmək məhsuldarlığının artması nəticəsində sərbəstləşən işçilərin sayı;

- əmək haqqına qənaətin məbləği.

İşçi qüvvəsindən ekstensiv istifadə göstəricilərinə aşağıdakılar aiddir:

- iş vaxtından (təqvim, tabel, maksimal mümkün iş vaxtı fondlarından, iş gününün müəyyən olunmuş müddətindən və s.) istifadə göstəriciləri;

- işçi qüvvəsinin hərəkəti, daimiliyi və axını göstəriciləri.

İstehsalın maddi aktivlərdən istifadəsinin səmərəliliyi göstəricilərini aşağıdakı qruplara ayırmaq olar:

I. İstehsal aktivlərindən istifadənin səmərəliliyi göstəriciləri:

- material xərclərinin hər vahidinə düşən əlavə dəyər;

- məhsul və xidmət vahidinin material tutumu;

- məhsul və xidmət vahidinin enerji tutumu;

- qeyri-istehsal aktivlərindən istifadənin səmərəliliyi göstəriciləri;

- istehsalın ümumi rentabelliyi;

- əsas fondların hər vahidinə düşən əlavə dəyər;

- maddi dövriyyə fondlarının hər vahidinə düşən əlavə dəyər;

- əsas kapitalın hər vahidinə düşən məhsul və xidmətlərin buraxılışı;

- dövriyyə kapitalının dövr etmə sürəti;

- dövriyyə kapitalının dövriyyəsinin sürətlənməsi nəticəsində azad olan vəsaitin məbləği.

II. Texniki tərəqqinin tətbiqinin səmərəliliyi göstəriciləri:

- istehsal aktivlərinin artımının hər vahidinə düşən əlavə dəyərin artımı;

- müasir texnika və texnologiyaların mənimsənilməsinə çəkilən əsaslı xərclərin ödənilmə müddəti;

- müasir texnika və texnologiyaların mənimsənilməsindən əldə olunan iqtisadi səmərə.

İstehsal amillərinə nisbi qənaət göstəriciləri:

- material xərcləri (aralıq istehlak);

- əsas kapital;

- maddi dövriyyə kapitalı;

- istehsalın texniki səviyyəsinin yüksəlməsi nəticəsində işçilərin sayının azalması və məhsulun maya dəyərinin aşağı salınması.

Ümumi yığım və kapital qoyuluşlarından istifadənin səmərəliliyi üzrə göstəricilər qrupuna aiddir:

- ümumi yığımda əsas kapitalın xüsusi çəkisi;

- ümumi yığımda dövriyyə kapitalının xüsusi çəkisi;

- iqtisadiyyata kapital qoyuluşlarının səmərəliliyi əmsalı.

Məlumdur ki, iqtisadi fəaliyyət zamanı (texnoloji proseslər nəticəsində) əmtəəlik məhsul (mal və xidmət) və tullantı əmələ gəlir. İqtisadi vahidin əmtəəlik məhsulun miqdar və məbləğ ucotunun təşkilinə marağı olsa da, tullantıların uçotunun təşkilinə marağı olmur. Nəticədə, ətraf mühit (torpaq, su, hava və s.) davamlı olaraq fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq aşınır (kəmiyyət və keyfiyyətini dəyişir). Nəzərə alsaq ki, müəssisə ətraf mühitin mühafizəsi üçün xərclər ayırsa və bu xərcləri məhsul istehsalına çəkilən xərclərdə əks etdirsə, onda satışdan əmələ gələn mənfəəti azalır. Son zamanlar metodoloji materiallarda “çirkləndirici ödəməlidir” prinsipinə uyğun olaraq, istehsal xərclərinə ətraf mühitin mühafizə xərclərinin daxil edilməsi tövsiyə edilir. Hətta məhsul istehsalı və bölüşdürülməsi üzrə sahələrarası balans modelinin sxemi aşağıdakı kimi tövsiyə edilir.


Xərclər
















1-ci sektor (kənd təsərrüfatı)

2-ci sektor (sənaye)

3-cü sektor (ətraf mühitin mühafizəsi xərcləri)




Son tələb


İstehsalın həcmi

M

ə

h



s

u

l



1-ci sektor (kənd təsərrüfatı)

25

20

0




55

100


2-ci sektor

(sənaye)

14

6

0




30

50








3-sektor (ətraf mühitin mühafizəsi üçün məhsullar)

50

10

0




0

60

Sxemdən göründüyü kimi, məhsulun tam dəyəri daxili və xarici xərclərdən formalaşır. Daxili xərclər məhsul istehsalına çəkilmiş xərcləri, xarici xərclər ətraf mühitə atılmış tullantıların zərərsizləşdirilməsi (cari və gələcəkdə) üçün xərcləri göstərir. İstehsal olunmuş məhsulda ətraf mühitin mühafizə xərcləri nəzərə alınmazsa, gələcək dövrün xərcləri artar, inflyasiya proqnozlaşdırılan səviyyədən yüksək ola bilər. Lakin ətraf mühitin bərpasına çəkilən xərclər istehsal olunan məhsulda nəzərə alınsa, onda iqtisadi səmərəlilik aşağı düşər. Bu prosesin optimal tənzimlənməsi üçün Avropa ölkələri keçən əsrin sonlarından başlayaraq başqa ölkələrə kapital ixracına üstünlük vermişlər, bu ölkələrdə “təbii ehtiyatlar və onlardan istifadə” cədvəlləri tərtib edilir, təbii ehtiyatlardan zamana görə normal istifadə qaydalarına ciddi riayət edilir.

Bütün yuxarıda göstərilənləri nəzərə alsaq, iqtisadi səmərəliliyin hesablanmasında istifadə edilən xərc göstəricisinin geniş təhlilinə ehtiyac yaranır. Ümumiyyətlə, xərclər xüsusi və ictimai, istehsal və alternativ, aşkar və qeyri-aşkar, mühasibat və iqtisadi xərclərə və s. bölünür.

Əmtəə istehsalına çəkilən xərclərə xüsusi xərclər deyilir. Lakin əmtəə istehsalı ətraf mühütə mənfi təsir etdiyi üçün, cəmiyyət tərəfindən ətraf mühitin bərpasına xərclər çəkilir. Belə xərclər ictimai xərclər hesab edilir, onun sosial və ekoloji səmərəsi olur (hal-hazırda Abşeron yarımadasının ekologiyasının bərpası üçün çəkilən xərclər və s). İctimai və xüsusi xərclər iki üsulla qiymətləndirilə bilər. Birinci üsul faktiki qiymətlərə, ikinci üsul isə daha sərfəli halda ehtiyatların qiymətinə əsaslanır. Birinci üsul mühasibat, ikinçi üsul isə iqtisadi üsul hesab edilir. Aşkar xərclər dedikdə, xammal, material, yanacaq, işçi qüvvəsinin əldə edilməsi xərcləri, qeyri-aşkar xərclər dedikdə isə, müəssisənin mülkiyyətində olan ehtiyatların istifadəsi başa düşülür (məsələn, fermer üçün kirayə xərcləri, sahibkar üçün müzdlu əmək haqqı, lizinq və s.). Alternativ xərclərə sahibkarın icarəyə götürülmüş avadanlıqdan istifadə xərcləri aid edilir.

Xərclərin məhsulun dəyərində xüsusi çəkisi dəyişdikcə, istehsal olunmuş məhsulun həcmi də dəyişir. Bu dəyişiklik ekonometriyada istehsal funksiyası ilə hesablanır və istehsal funksiyası modeli aşağıdakı kimidir.

X=f(K,L,E,M,S)

Burada, X - ümumi məhsul buraxılışı

K - əsas kapital xərcləri (kapital xidməti)

L - əmək xərcləri (işçi qüvvəsi xidməti)

E - enerji məsrəfi

M - material məsrəfi

S - digər xidmət xərcləri

E, M, S aralıq istehlak, K və L isə son istehlak xərcləridir.

İqtisadi fəaliyyət sahələri üzrə xərcləri bir neçə qruplara bölsək, onda model aşağıdakı kimi də ifadə edilə bilər:

Xi = fi (Xij,....,Xnj.Lj,Kj)

X j - j iqtisadi fəaliyyət sahəsi üzrə məhsul buraxılışı;

Xij - i iqtisadi fəaliyyət sahəsindən j sahəsinə aralıq istehlak məhsulları;

Lj - j iqtisadi fəaliyyət sahəsində əmək xərcləri;

Kj - j iqtisadi fəaliyyət sahəsində kapital xərcləridir.

Belə funksiyalar ekonometrik modellər vasitəsi ilə həll edilə bilər. Onda tipik ekonometrik modeli aşağıdakı kimi olar.

X = a0 + a1 x E +a2 x H + a3 x F

Burada, E - ekoloji kapital xərcini;

H - insan kapitalı xərcini;

F - fiziki kapital xərcini göstərir.

Əgər umumi investisiyanı ∆E, ∆H, ∆F komponentlərə bölsək, onda onun səmərəliliyi ∆X olar.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin