3.3. Makro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası
Ölkənin inkişafı və əhalinin rifahının yaxşılaşdırılması aktivlərin səmərəli istifadəsindən asılıdır. Makro iqtisadi inkişafın səmərəliliyi ümumi daxili məhsul, ümumi milli məhsul, ümumi milli gəlir, sərəncamda qalan gəlir və s. makro göstəricilərdən istifadə etməklə təhlil edilir. İqtisadiyyatın səmərəliliyinin makro göstəricisi kimi ümumi məsrəflərin vahidinə düşən sərəncamda qalan gəlir, ümumi məsrəflərin vahidinə düşən ümumi daxili məhsul və s. istifadə edilir.
MHS-nin konsepsiyasına görə, əhalinin həyat səviyyəsinin əsas göstəricilərinə: əhalinin hər nəfəri üçün son istehlak, ümumi milli yığım, sərəncamda qalan ümumi milli gəlir, istehlak məsrəfləri, ev təsərrüfatlarında son istehlak xərcləri aid edilir.
Əməkdən istifadənin səmərəliliyi göstəricilərinə: əmək məhsuldarlığının səviyyəsi, əmək məhsuldarlığı ilə əmək haqqının artım sürətlərinin nisbəti, əməyə qənaət göstəriciləri aid edilir.
İqtisadi aktivlərin səmərəliliyi göstəricilərinə: əsas fondlardan istifadənin səviyyəsi, aktivlərə qənaət, məhsul istehsalında material tutumu, dövriyyə fondlarına qənaət, rentabellik aid edilir. Aktivlərin bərpası və genişləndirilməsi göstəricisi kimi, yatırılmış sərmayənin səmərəliliyini qəbul etmək olar.
Makro göstəricilər məsrəflərin nəticələrə bölünməsi yolu ilə də hesablanır, lakin onların hesablanmasında iqtisadi fəaliyyətin nəticəsini əks etdirən göstəricinin, ümumi məsrəflərin həcminin müəyyən olunması problemi meydana çıxır. Nəticə göstəricisi kimi, il ərzində yeni yaradılmış dəyər, yaxud ümumi milli gəlir (ÜMG) göstəricisi götürülür. Makro səviyyədə əlavə dəyərlərin cəmi ümumi daxili məhsulun (ÜDM) hesablanmasında istifadə olunur. Qeyd edilməlidir ki, səmərəliliyin ümumiləşdirici göstəricisini müəyyənləşdirərkən ümumi daxili məhsul (ÜDM) və ümumi milli gəlir (ÜMG) göstəriciləri ilə yanaşı, xalis gəlir və xalis daxili məhsul göstəricilərindən də istifadə oluna bilər. Beləliklə, səmərəliliyin ümumiləşdirici göstəricisini bir neçə üsulla hesablamaq olar.
İqtisadi fəaliyyətin səmərəliliyinin makro göstəricisinin hesablanmasının məsrəf və ehtiyat üsulu mövcuddur. Təcrübədə adətən məsrəf metodundan istifadə olunur, çünki məhsul istehsalına çəkilən ümumi məsrəflərin məbləğinin mühasibat və statistika hesabatına əsasən müəyyən olunması heç bir çətinlik törətmir. Ümumiləşdirici göstəricinin hesablanmasının ikinci üsulunun tətbiq olunması onunla çətinləşir ki, maddi ehtiyatlar pul ifadəsində qeydiyyata alındıqları halda, işçi qüvvəsi sayla qeydiyyata alınır. Deməli, onların miqdarının eyni vahidlə ölçülməsi çətinliyi yaranır. Ehtiyatların cəmi nəzəri cəhətdən aşağıdakı kimi müəyyən oluna bilər:
Eres = . Fəs + . Fdöv + . ƏE
Burada,, , - ehtiyatların tərkib hissələrinin vahid ölçüyə
keçirilməsi əmsalları;
Fəs, Fdöv - əsas və dövriyyə vəsaitinin dəyəri;
ƏE - əmək ehtiyatlarıdır.
Eres = FHə + ƏE
Burada, FHə - fondların əmək ölçüsü ilə həcmini göstərir.
Ehtiyatların ümumi həcmi dəyər ifadəsilə aşağıdakı düsturla müəyyən olunur:
Eres = FH + ƏEп
Burada, ƏEп - şərti dəyər ifadəsində əmək ehtiyatlarını göstərir.
FH - fondların həcmini göstərir.
Makro göstəricinin hesablanmasının dörd üsulu təklif olunur:
I. Müstəqim göstəricilər:
a) məsrəf üsulu üzrə: Sməs = iqtisadi nəticələr / iqtisadi məsrəflər
b) ehtiyat üsulu üzrə: Seht = iqtisadi nəticələr / ehtiyatlar
II. Əks göstəricilər:
-
məsrəf üsulu üzrə: Sməs= iqtisadi məsrəflər / iqtisadi nəticələr
b) ehtiyat üsulu üzrə: Seht = ehtiyatlar / iqtisadi nəticələr
Makro göstəricinin nəinki səviyyəsi, dinamikasını, həm də ona ayrı-ayrı amillərin təsirini aşkar edərkən, məsrəf üzrə müəyyən olunan göstəricidən istifadə olunması daha məqsədəuyğundur.
Səmərəliliyi başqa göstəricilər sisteminin köməyilə ifadə etmək olar. Belə göstəriciləri bir neçə qrupda birləşdirmək, onların da tərkibində əsas və əlavə göstəriciləri ayırmaq olar.
Xalqın rifahını səciyyələndirən səmərəlilik göstəricilərinə:
1) əhalinin hər nəfərinə düşən son istehlak üçün istifadə olunan ümumi milli gəlir;
2) əhalinin hər nəfərinə düşən yığım üçün istifadə olunan ümumi milli gəlir;
3) hər nəfərə düşən ev təsərrüfatlarının son istehlak xərcləri;
4) əhalinin hər nəfərinə və hər işçiyə düşən nominal əmək haqqı;
5) əhalinin hər nəfərinə və hər işçiyə düşən məcmu nominal və real gəlir;
6) əhalinin ömür həddi və iqtisadiyyatın səmərəliliyinin əsas sosial cəhətini əks etdirən bəzi başqa göstəricilər aiddir.
Sosial səmərəliliyi səciyyələndirən əhalinin həyat səviyyəsi göstəriciləri belə müəyyən olunur: əhalinin hər nəfərinə düşən son istehlaka və yığıma istifadə olunan ümumi milli gəlir, gəlirlərin təkrar bölüşdürülməsi hesabına və sərəncamda qalan ümumi milli gəlirin məbləğini əhalinin ortaillik sayına bölməklə hesablanır. Əhalinin hər nəfərinə düşən son istehlak xərclərinin səviyyəsi isə gəlirlərin istifadəsi hesabının məlumatına və əhalinin ortaillik sayına dair məlumata əsasən hesablanır. Əhalinin hər nəfəri hesabı ilə, ev təsərrüfatlarının son istehlak xərclərinin səviyyəsi ev təsərrüfatlarının son istehlakı üçün çəkilən xərclərin ümumi məbləğini əhalinin ortaillik sayına bölməklə hesablanır.
Sosial səmərəlilik öyrənilərkən bir sıra demoqrafik göstəricilərdən: uşaq ölümü əmsalından, əhalinin orta ömür müddəti göstəricilərindən də istifadə olunur.
İqtisadi fəaliyyətin səmərəliliyinə bir sıra amillər təsir göstərir. Bunlara aşağıdakılar daxildir:
1) Ekoloji, iqtisadi və sosial aktivlərin həcmi nöqteyi-nəzərindən, milli iqtisadiyyatın quruluşu;
2) Sosial aktivlərin kəmiyyəti, keyfiyyəti, səmərəliliyini müəyyən edən digər amillər;
3) Maddi və qeyri-maddi aktivlərin kəmiyyət, keyfiyyət tərkibi, texnika və texnologiyanın təkmilləşdirilməsi səviyyəsinin, iqtisadiyyatın daha üstün sahələrinə investisiya qoyuluşlarının həcmi.
Bütövlükdə iqtisadiyyat üzrə istehsalın səmərəliliyinin mütləq dəyişməsini
düsturu ilə müəyyənləşdirmək olar.
Ayrı-ayrı iqtisadi fəaliyyət sahələrində səmərəliliyin səviyyəsinin dəyişməsi
düsturu ilə müəyyənləşdirilə bilər.
İstifadə olunan ehtiyatların tərkibində baş verən dəyişikliklər
düsturu ilə müəyyənləşdirilə bilər.
Burada dp - ayrı-ayrı iqtisadi fəaliyyət sahələrində istifadə olunan ehtiyatların ümumi ehtiyatların tərkibindəki xüsusi çəkisidir.
Ümumi daxili məhsulun (ÜDM) artımı:
ÜDM = ÜDM1 – ÜDM0
düsturu ilə, istehsalın səmərəliliyi göstəricisinin dəyişməsi hesabına
düsturu ilə, istifadə olunan ehtiyatların həcminin dəyişməsi hesabına
düsturu ilə hesablanır.
Burada S0 - əsas dövrdə istehsalın səmərəliliyinin makro göstəricisidir. Ümumi artım ayrı-ayrı amillər hesabına artımların cəminə bərabərdir:
ÜDM = ÜDMS + ÜDME
İqtisadi fəaliyyətin səmərəliliyinin makro göstəricisinin səviyyəsinə və dinamikasına ayrı-ayrı amillərin təsirinin müəyyən edilməsi statistikanın ən mühüm vəzifələrindən biridir. İqtisadi fəaliyyətin səmərəliliyini məsrəf üsulu üzrə hesablanan əks göstəricinin köməyi ilə müəyyənləşdirmək olar:
Burada М - iqtisadi nəticə üçün sərf olunan məsrəflərin ümumi məbləğini;
N - nəticəni (ümumi daxili məhsul - ÜDM və ümumi milli gəlir - ÜMG) göstərir. Əgər nəticə kimi məhsul və xidmətlərin ümumi buraxılışı götürülərsə, səmərəliliyin əks göstəricisi – bir manat məhsula çəkilən xərc olacaqdır. Bu kəsrin surəti məcmu xərcləri ifadə etməklə, aralıq istehlakın, əsas fondların amortizasiyasının və əmək ödənişinin cəmindən ibarət olacaqdır.
M = Aİ + A + ƏÖ
Deməli, iqtisadi fəaliyyətin səmərəliliyinin əks göstəricisini üç nisbi göstəricinin cəmi kimi yazmaq olar:
Burada 1-ci nisbət istehsalın material tutumunu, 2-ci nisbət nəticənin hər vahidinə düşən amortizasiya məbləğini, 3-cü nisbət isə əmək tutumunu səciyyələndirir.
Əgər milli hesabların göstəricilərindən istifadə edilərsə, onda fəaliyyətin makro səviyyədə iqtisadi səmərəlilik əmsalı xalis əlavə dəyərin aralıq istehlakla əsas kapitalın istehlakının cəminə bölünməsi yolu ilə tapılır. Xalis əlavə dəyər ümumi əlavə dəyər ilə əsas kapitalın istehlakı arasındakı fərqdir. 2004–cü il üçün iqtisadi səmərəlilik əmsalı hesablanmışdır (Əlavə 4).
Dostları ilə paylaş: |